Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-413/2021 03.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, 13 avqust 2007-ci ildə anadan olmuş qızı X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 200 manat aliment tutulması ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı cavabdeh sabit həyat yoldaşı Cavabdeh ilə 2006-cı il tarixdə qeyri-rəsmi olaraq evlənmişlər. 2007-ci ilin noyabr ayınadək Bakı şəhərində yaşamaqla faktiki nikah münasibətlərində olmuşlar. 13 avqust 2007-ci il tarixdə X7 adlı bir övladları anadan olmuşdur. Gədəbəy rayon Məhkəməsinin 23.12.2011-ci il tarixli, 2(041)- 982/2011 saylı qətnaməsinə əsasən cavabdehin aylıq qazancının 1/4 hissəsi məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət olmuşdur. Cavabdeh 2020-ci il tarixədək işlədiyinə görə hər ay 1/4 hissədə aliment ödəmiş, lakin iş yerini dəyişdikdən sonra cavabdeh aliment ödəməmiş, nədə ki uşağı ilə maraqlanmamışdır. Uşağı böyükdür dərsə və hazırlıqlara gedir. Geyimi və maddi çətinlikləri var. İddiaçı tək başına bu problemlərin öhdəsindən gələ bilmir. Cavabdehin və ailə üzvlərinin maddi durumu yaxşıdır. Cavabdehə və ailə üzvlərinə məxsus çox yüksək dəyəri olan 3 mərtəbəli villaları, Alatavada isə yükəsək dəyərli evləri vardır. Ona görə də cavabdehdən hər ay sabit pul məbləğində 200 manat aliment tutulmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Çobankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli, 102 saylı arayışdan görünür ki, Əliyeva X2 İƏD üzrə nümayəndəlikdə qeydiyyatdadır. Hal-hazırda ərazidə yaşayır. İşdə olan AZ-İİ № 681083 seriyalı doğum haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 13.08.2007-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 23 dekabr 2011-ci il tarixli, 2(041)-982/11 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 13 avqust 2007-ci il də anadan olmuş X3 atası olması faktının müəyyən edilməsi və Cavabdeh 22 noyabr 2011-ci ildən başlayaraq Sevinc adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı verilmişi qət edilmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin 20.06.2019-cu il tarixli qərarından görünür ki, “xxxx” QSC-nin məktubuna əsasən Cavabdeh işdən azad olunduğu məlum olmuş və Gədəbəy rayon Məhkəməsinin 23 dekabr 2011-ci il tarixli, 2(041)-982/11 saylı icra sənədi icra olunması üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının izahatı, iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin 23 dekabr 2011-ci il tarixli, 2(041)-982/11 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Cavabdeh 13 avqust 2007-ci il də anadan olmuş X3 atası olması faktının müəyyən edilməsi və Cavabdeh 22 noyabr 2011-ci ildən başlayaraq Sevinc adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı verilmişi qət edilmişdir. İddiaçı iddia qaldıraraq sabit qazancı olmadığına görə cavabdehdən aylıq qazancının ¼ hissəsi məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək hər ay sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ““Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh işləmir və sabit qazancı yoxdur. Eləcə də, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, bir uşaq üçün 170 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin 23 dekabr 2011-ci il tarixli, 2(041)-982/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh hər ay qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 13 avqust 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-413/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-413/2021
03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver