Məhkəmə qərarları › İş №2(042)-420/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-420/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-420/2021 30.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin aylıq maaşına uyğun hesablanması” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “alimentin aylıq maaşına uyğun hesablanması” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərazi aidiyyəti qaydalarına əməl etməmiş və ərizəni cavabdehin yaşadığı yerin məhkəməsinə verməmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh qeydiyyatda olduğu yer kimi Tovuz rayonu, Əyyublu kəndi qeyd edilmişdir. Ərizənin məzmunundan aydın olur ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsi və ya əmək haqqına yönəldilməsini istəyir. Beləliklə, tələb aydın və konkret şəkildə qeyd edilməmişdir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olduğundan, ona qarşı həmin iddia ərizəsinə Gədəbəy rayon Məhkəməsində baxıla bilməz. Odur ki, İddiaçı Cavabdeh qarşı “alimentin aylıq maaşına uyğun hesablanması” tələbinə dair iddia geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149.2.3-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Eləcə də iddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçı ərizədə öz tələbini hansı əsaslarla əsaslandırdığını aydın şəkildə göstərməmişdir. Məhkəmə hesab edir ki, mübahisələrə baxılarkən çəkişmə prinsipinə əməl olunmalıdır. Çəkişmə prinsipinin arqumentlərindən biri də iddia ərizəsinin cavabdehə göndərilməsidir. Belə bir ərizənin icraata qəbul olunması, cavabdehə göndərilməsi çəkişmə prinsipinin pozulmasına və gələcəkdə cavabdehin etiraz və mülahizələrini hazırlamaq imkanından məhrum edilməsinə səbəb olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “alimentin aylıq maaşına uyğun hesablanması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar