Məhkəmə qərarları › İş №2(042)-463/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-463/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-463/2025 16.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 23 fevral 2012-ci tarixdə doğulmuş X5 və 16 avqust 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğinin 0.615 misli məbləğində alimentin cavabdehdən alınaraq ona veriliməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 16 fevral 2015-ci ildə ailə qurmuşlar. Ailə münasibətlərindən 23 fevral 2012ci tarixdə X5 və 16 avqust 2013-cü il tarixdə X4 doğulmuşlar. Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında baş verən narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnamsəi ilə 23 fevral 2012-ci tarixdə X5 və 16 avqust 2013-cü il tarixdə X4 onun himayəsində saxlanılmışdır.Qətnamə qanuni qüvəsini almışdır.Hazırda maddi vəziyyəti pisdir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Cavabdeh isə uşaqlarla maraqlanmır, ona heç bir maddi yardım göstərmir.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikah münasibətlərindən 23 fevral 2012-ci tarixdə X5 və 16 avqust 2013-cü il tarixdə X4 doğulmuşlar. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(042)-677/2024 saylı qətnaməsindən görünür ki, X5 ilə X3 atası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2015-ci ildə ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən 23 fevral 2012-ci tarixdə X5 və 16 avqust 2013-cü il tarixdə X4 doğulmuşlar. Hazırda uşaqlar iddiaçının himayəsindədirlər. İddiaçı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 0.615 misli miqdarında alimentin alınaraq, ona verilməsini istəyir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi vəziyyətini, uşaqların saxlanılmasında onların iştirakları dərəcəsini, eləcə də Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 23 fevral 2012-ci tarixdə doğulmuş X5 və 16 avqust 2013-cü il tarixdə doğulmuş X1 üçün 07 fevral 2025-ci il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.25 misli qədər aliment Cavabdeh alınaraq, İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məcəlılənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. 23 fevral 2012-ci tarixdə doğulmuş X5 və 16 avqust 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 fevral 2025-ci il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.25 misli qədər aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 25 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar