Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-481/2021 27.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların onun yanında qalması” tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı “uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24.07.2015-ci il tarixdə anadan olmuş qızı X3 və 26 23.2017-ci il tarixdə anadan olmuş X4 onun himayəsində qalmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq ilk iddianın rədd, qarşılıqlı iddianı təmin edilməklə İlk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, azyaşlı övladları - 24.07.2015-ci il təvəllüdlü X3 və 26.03.2017-ci il təvəllüdlü X4 İddiaçı alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərdi ki, Cavabdeh ilə 2014-cü il tarixdə faktiki olaraq evlənib, bir ailədə 2019-cu ilin sonlarına kimi birlikdə yaşamışlar. Cavabdeh alış-veriş məqsədi ilə evdən çıxmış və başqa bir nəfərə qoşularaq Ağstafa rayonuna getmişdir. Həmin şəxslə orada bir müddət yaşadıqdan sonra evlərinə qayıtmış və ona yenidən bir ailədə yaşamaları bildirmiş, lakin o bunun qəbul etməmişdir. Həmin vaxtdan iki ay sonra Cavabdeh azyaşlı uşaqlarının saxlanılıb tərbiyə edilməsi üçün aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qətnaməsinə əsasən azyaşlı uşaqlarının saxlanılıb tərbiyə edilməsi üçün 220 manat aliment kəsilmişdir. Həmin vaxt azyaşlı qızları analarının himayəsinə verilmişdir. Lakin Cavabdeh 05.04.2021-ci il tarixdə azyaşlı qızlarını onun üstünə ataraq çıxıb getmişdir. Daha sona o könüllü olaraq uşağın birini X10 vermişdir. Onlar bu barədə qəyyumluq və himayəçilik orqanına razılıq ərizəsi vermişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, 2014-cü ildə İddiaçı ilə qeyri-rəsmi ailə qurub evlənmiş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə 24.07.2015-ci il təvəllüdlü X11 və 26.03.2017-ci il təvəllüdlü X12 adında iki övladları olmuşdur. Uşaqlar nikahdan kənar doğulsa da, atalıqları müəyyən edilmişdir. Cavabdehlə ailə qurduqdan sonra onların bir müddət münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar olmuş və ayrılmışlar. O, aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış və Gədəbəy rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli, 2(042)-179/2020 saylı qətnaməsi ilə İddiaçı 07 yanvar 2020-ci il tarixdən başlayaraq, 24 iyul 2015-ci il təvəllüdlü X3 və 26 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub ona verilməsi qət edilmişdir. O, Natiqdən ayrıldıqdan sonra uşaqlarının birlikdə valideynlərinin yanında yaşamağa başlamışdır. Bundan sonra Natiq mütəmadi olaraq 2-3 aydan bir gəlib uşaqları ilə görüşüb, uşaqları evlərinə aparıb və ona qaytarmışdır. O, bir ana olaraq uşaqlarını atası ilə görüşməsinə və onun yanında qalmasına heç vaxt etiraz etməmişdir. Sonuncu dəfə 2021-ci ilin aprel ayının 5-də İddiaçı özünün ad günü münasibətilə uşaqlarını aparmağı xahiş etmiş və həmin gün axşam uşaqları qaytaracağını bildirmişidir. O, Natiqə “uşaqları apar və axşam qaytar gətir. Çünki babam xəstə olduğu üçün axşam Bakı şəhərinə yola düşəcəm” demişdir. Natiq də onunla razılaşmış, lakin həmin axşam uşaqları qaytamamış, anası Gülşən Məmmədova onunla əlaqə saxladıqda uşaqları sabah gətirəcəyini bildirmişdir. 06 aprel tarixində anası yenidən Natiqə zəng vurmuş və uşaqları gətirməsini bildirmişdir. Natiq isə bəhanə edərək yer əkdiyini, uşaqları axşam gətirəcəyini demişdir. Lakin axşam Natiq uşaqları gətiməmişdir. Anası dəfələrlə Natiqə zəng vurmuş, Natiq isə uşaqların yatdığını bildirərək 07 aprel tarixdə səhər-səhər gətirəcəyini demişdir.. Beləliklə, Natiq hər dəfə bir bəhanə gətirərək uşaqları ona qaytarmaqdan boyun qaçırmışdır, ona zəng vurduqda isə telefonunu açmamışdır. Bundan sonra qardaşı Hüseyn Natiqin anası Rənaya zəng vurub “natiq uşağı niyə gitrmir?”- demiş, Rəna isə cavabında gətirəcəyini demişdir. Hüseyn uşaqları əynini geyindirməsini və gəlib götürəcəyini Rənaya dedikdə, o, uşaqları özü axşam gətirəcəyini bildirmişdir. Bundan sonra dəfələrlə o özü Natiqə zəng vursa da, o onun telefonunu açmamışdır. Bundan sonra o Natiqin atası Ceyhuna zəng vuraraq- “Natiqə de ki, telefonu açsın, mənim uşaqlarımı niyə gətirmir?” Ceyhun isə cavabında ona bundan sora uşaqları görməyəcəksən deyə bildirmişdir. Eyni zamanda uşaqlarını almaq üçün o anası ilə birlikdə Natiqgilin evinə də getmişlər, lakin onlar qapını açmamışlar və uşaqları onlara qaytarmaqdan imtina etmişlər. Bundan sonra o uşaqlarının İddiaçı tərəfindən əlindən alınması barədə Gədəbəy rayon Polis şöbəsinə müraciət etmişdir. Bütün bu olanlara baxmayaraq Natiq uşaqlarını ona geri qaytarmamışdır. Bu olanlar azmış kimi, bu gün İddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq uşaqlarının onun himayəsində qalması barədə qətnamə çıxarılmasını istəyir. Natiq iddia ərizəsində guya o uşaqlarını onun üstünə ataraq çıxıb getmişdir. Eləcə də qonşuları aldadaraq aparıb notarial qaydada ərizələrini almışdır ki, guya o uşaqlarından imtina etmiş və onları atasının üstünə atmışdır. Lakin bu tamamilə yalanıdır. O, uşaqlarından heç vaxt imtina etməmişdir və etməyəcəkdir. İddiaçı uşaqlarımı qanunsuz olaraq ona verməməsində məqsədi aliment ödəməkdən yayınmaqdır. Belə olan halda o uşaqlarının İddiaçı alınıb ona verilməsi ilə bağlı qarşılıqlı iddia qaldırmalı olmuşdur. Odur ki, o, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli, 246 saylı arayışdan görünür ki, Hüseynov X1 yaşayır. İşdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli, 245 saylı arayışdan görünür ki, Gədəbəy rayon Notariat ofisinin təsdiq etdiyi **********009 saylı ərizəsinə əsasən Cavabdeh 05.04.2021-ci il tarixdən iki övladını X5 və X6 atası İddiaçı “mən bu uşaqları istəmirəm”- deyərək atıb getmişdir. Hal-hazırda həmin uşaqların atası İddiaçı yanında Slavyanka kəndində yaşayır. İşdə olan notarial qaydada təsdiq edilmiş İddiaçı 5 nəfər qonşusu tərəfindən verilmiş ərizədən görünür ki, 05.04.2021-ci il tarixdən X14 iki övladı X5 və X6 atası İddiaçı mən bu uşaqları istəmirəm deyərək atıb getmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, X11 24.07.2015-ci il tarixdə Gədəbəy rayonunda, X12 isə 26.03.2017-ci il tarixdə Şəmkir rayonu, Çənlibel kəndində anadan olmuşdur. Ataları qrafasında İddiaçı, anaları qrafasında Cavabdeh qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli, 2(042)-179/2020 saylı qətnaməsini surətindən görünür ki, cavabdeh İddiaçı 07 yanvar 2020-ci il tarixdən başlayaraq, 24 iyul 2015-ci il təvəllüdlü X3 və 26 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli, 261 saylı arayışdan görünür ki, Məmmədova X2 yaşayır. İşdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən X7 müraciətinə cavab olaraq verilmiş 13 aprel 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı uşaqları Cavabdeh könüllü olaraq verməkdən imtina etdiyi üçün aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Gədəbəy rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının rəyindən görünür ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyum və himayəçilık komissiyası işin araşdırma hallarını, tərəflərin fikirlərim. “Uşaq hüquqları haqqında’ Azərbaycan Respublikasının Qanununun 5 və 8-ci maddələrini o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 611 -ci və 61.3-cü maddəsini nəzərə alaraq 24.07.2015-ci il təvəllüdlü X3 ana Cavabdeh himayəsinə, 26.03.2017-ci il təvəllüdlü X4 ata İddiaçı Şahın oğlunun himayəsinə verilməsi məqsədəuyğun hesab etmişdir. Beləliklə, tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə məhkəmədə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh 2014-cü ildə qeyri-rəsmi ailə qurub evlənmiş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların 24.07.2015-ci il təvəllüdlü X11 və 26.03.2017-ci il təvəllüdlü X12 adında iki uşaqları olmuşdur. Uşaqlar nikahdan kənar doğulsa da, atalıqları müəyyən edilmişdir. Aralarında narazılıqlar olmuş və ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli, 2(042)-179/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 07 yanvar 2020-ci il tarixdən başlayaraq, 24 iyul 2015-ci il təvəllüdlü X3 və 26 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hal-hazırda uşaqlar atası İddiaçı himayəsindədir. İddiaçı ilkin iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh uşaqları saxlamaq istəmədiyinə görə onun üstünə ataraq getdiyini iddia etmiş və uşaqların onun himayəsində qalmalarına dair qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh isə məhkəmədə qarşılıqlı iddia qaldıraraq İddiaçı uşaqlarla görüşmək məqsədi ilə uşaqları ondan aldığını və bir daha ona qaytarmadığını bildirmiş və uşaqların İddiaçı alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsinə verilməsi barədə iddiaçının dəlillərinə qiymət verən məhkəmə qeyd edir ki, onun bu dəlilləri azyaşlı uşaqların mənafeyi və maraqlarına zidd həll edilməməlidir. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Orqanının rəyində 24.07.2015-ci il təvəllüdlü X3 ana Cavabdeh himayəsinə, 26.03.2017-ci il təvəllüdlü X4 ata İddiaçı himayəsinə verilməsi məqsədəuyğun hesab etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə işin faktiki hallarını, uşağın mənafeyini, eləcə də qəyyumluq və himayəçilik orqanının rəyini nəzərə alaraq 24.07.2015-ci il təvəllüdlü X3 ana Cavabdeh himayəsinə, 26.03.2017-ci il təvəllüdlü X4 ata İddiaçı Şahın oğlunun himayəsinə verilməsini daha ədalətli və qanunauyğun hesab edir. Eləcə də, Cavabdeh və İddiaçı qəyyumluq orqanına təqdim etdikləri ərizələrə əsasən, Cavabdeh 26.03.2017-ci il təvəllüdlü X4 atası İddiaçı himayəsinə verilməsinə etiraz etmədiyini, İddiaçı isə 24.07.2015-ci il təvəllüdlü X3 anası Cavabdeh himayəsinə verilməsinə etiraz etmədiklərini bildirmişlər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, 24 iyul 2015-ci il təvəllüdlü X11 anası Cavabdeh himayəsinə, 26 mart 2017ci il təvəllüdlü X12 atası İddiaçı himayəsinə verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ilkin iddiası və Cavabdeh qarşılıqlı iddia qismən təmin edilsin. 24 iyul 2015-ci il təvəllüdlü X11 anası Cavabdeh himayəsinə, 26 mart 2017-ci il təvəllüdlü X12 atası İddiaçı himayəsinə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-481/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-481/2021
27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver