Məhkəmə qərarları › İş №2(042)-485/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-485/2022

30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-485/2022 30.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun həbsdə olduğu müddət ərzində, yəni 13 oktyabr 2018-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək övladı - xx.xx.2004-cü il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-419/2016 saylı qətnaməsi ilə yaranmış, ondan Cavabdeh xeyrinə tutulmalı olan 3240 manat aliment ödənişindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh ilə 2003-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2004-cü il doğum tarixli X3 adında bir övladları olmuşdur. Sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-265 saylı qətnaməsi ilə xx.xx.2004-cü ildə doğulmuş X1 atasının İddiaçı olması müəyyən edilmiş, Aytəkinin saxlanılması üçün hər ay ondan 30 manat aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Sonradan alimentin miqdarı artırılmış, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)- 419/2016 saylı qətnaməsi ilə 90 manat miqdarında müəyyən edilmişdir. O, 31 may 2019-cu il tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-109/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli həbs qətimkan seçildiyi tarixdən, yəni 13 oktyabr 2018-ci ildən başlanmışdır. 2021-ci ilin 13 oktyabr tarixində o təyin olunmuş cəzasını tam çəkib qurtarmışdır. O, həbsdə olduğu müddətdə, yəni 13 oktyabr 2018-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-419/2016 saylı qətnaməsi ilə onun hər ay 90 manatdan olmaqla cəmi 3240 manat aliment borcu yığılmışdır ki, o həbsdə olduğu üçün borcu heç cür ödəyə bilməzdi. Həmin müddət ərzində heç bir iş yeri olmamış, heç bir gəliri və qazancı olmamışdır. Halhazırda da heç bir yerdə işləmir, maddi imkanı olduqca aşağıdır. Həmçinin, övladı xx.xx.2004-cü il doğum tarixli X1 xx.xx.2022-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Bundan başqa o ikinci dəfə ailə həyatı qurmuşdur. Həmin ailədən dörd övladı vardır ki, onların saxlanması yükü də onun üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq həbsdə olduğu müddətdə, yəni 13 oktyabr 2018-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-419/2016 saylı qətnaməsi ilə yaranmış 3240 manat aliment ödənişindən azad olunmasını istəyir. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş, bununla əlaqədar xx.xx.2022-ci il tarixdə mediator X4 tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2018- ci il tarixdə iddia tələbini etiraf etmədi və bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-265 saylı qətnaməsi ilə xx.xx.2004-cü ildə doğulmuş X1 atasının İddiaçı olması müəyyən edilmiş, Aytəkinin saxlanılması üçün hər ay ondan 30 manat aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Sonradan alimentin miqdarı artırılmış, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-419/2016 saylı qətnaməsi ilə 90 manat miqdarında müəyyən edilmişdir. Daha sonra İddiaçı 3 il müddətinə həbs edilmişdir. Lakin, buna baxmayaraq, həmin müddət ərzində yığılmış aliment borcunun ödənilməsini istəyir. Həmçinin o 10 ildir ki başqa şəxslə ailə qurmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin fikirlərini dinləyib, işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsgərov X6 rayonu, Qozqaralı kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonu, Şəkərbəy kəndində anadan olmuşdur. Atası qrafasında X8, anası qrafasında Cavabdeh qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə, X12 xx.xx.2010-cu il tarixdə, X5 xx.xx.2006-cı il tarixdə, X10 isə xx.xx.2008-ci il tarixdə doğulmuşlar, ataları qrafasında İddiaçı, anası qrafasında X11 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(041)-419/2016 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 16 mart 2011-ci il tarixli, 2(041)-168/2011 saylı qətnaməsi ilə bir uşağın saxlanması üçün müəyyən edilmiş 50 manat alimentin miqdarının artırılması, cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixindən başlayaraq, xx.xx.2004-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 90 manat aliment Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(100)- 109/2019 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlanıldığı, müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 13 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşdə olan mediator Anar Hacıyev tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməmiş, X3 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan digər sübutlarla müəyyən olundu ki, iddiaçı Əsgərov X2 Bafat Əli qızı ilə 2003-cü ildə qeyrirəsmi ailə həyatı qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2004-cü il doğum tarixli X3 adında bir övladları olmuşdur. Sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-265 saylı qətnaməsi ilə xx.xx.2004-cü ildə doğulmuş X1 atasının İddiaçı olması müəyyən edilmiş, Aytəkinin saxlanılması üçün hər ay ondan 30 manat aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Sonradan alimentin miqdarı artırılmış, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)- 419/2016 saylı qətnaməsi ilə 90 manat miqdarında müəyyən edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(100)-109/2019 saylı hökmü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 13 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, həbsdə olduğu müddətdə, yəni 13 oktyabr 2018-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixə kimi hesablanmış 3240 manat məbləğində aliment borcundan azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd olunan hüquq normasını hazırki iş üzrə tətbiq edərək, hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(100)-109/2019 saylı hökmü İddiaçı 13 oktyabr 2018-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixə kimi həbsdə olduğundan, azadlıqdan məhrum edilmiş müddətdə tərəf olaraq borclunun maddi vəziyyətində dəyişiklik olmuş, onun qazanc əldə etmək imkanı məhdudlaşmışdır. Uşaqların saxlanmasında valideynlərin bərabər üstün olmayan vəzifələrini əsas götürərək məhkəmə hesab edir ki, bu hallar diqqətə layiq hallar kimi qeyd edilməlidir. Ona görə də, həmin dövr ərzində hesablanmış aliment borcunu ödəyə bilməmiş və həmin dövr üçün 3240 manat məbləğində alimenti hesablanmışdır. Odur ki, İddiaçı həmin dövr ərzində hesablanmış alimentdən azad edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(100)-109/2019 saylı hökmünə əsasən İddiaçı həbsdə olduğu müddət ərzində, yəni 13 oktyabr 2018-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək övladı xx.xx.2004-cü il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-419/2016 saylı qətnaməsi ilə yaranmış, İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan 3240 manat aliment ödənişindən azad edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307-308, 311 və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(100)-109/2019 saylı hökmünə əsasən, İddiaçı həbsdə olduğu müddət ərzində, yəni 13 oktyabr 2018-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək övladı xx.xx.2004-cü il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-419/2016 saylı qətnaməsi ilə yaranmış, İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan 3240 manat aliment ödənişindən azad edilsin. Ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar