Məhkəmə qərarları › İş №2(042)-506/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-506/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-506/2021 21.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus 1 ədəd kravat, 2 ədəd tumbuçka, 1 dəst yorğan-döşək, ayna pərdəsi, 3 ədəd müxtəlif ölçüdə xalça, 2 karobka qab-qacaq (çay dəsti, yemək dəstindən ibarət) cehiz əşyalarının onun evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, oğlu X5 2017-ci il tarixdə Əlnağılar kənd sakini Cavabdeh ilə qeyri-rəsmi olaraq evlənmiş, 2018-ci ilin iyun ayına kimi bir ailədə ər arvad münasibətində yaşamışlar. Birgə yaşadıqları müddətdə 19.06.2018-ci ildə bir nəfər qız uşaqları anadan olmuşdur. Həmin vaxtdan aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(042)-232/2020 saylı qətnaməsi ilə uşağın atalıq faktı müəyyən edilmiş və aliment qət edilmişdir. Cavabdeh 3 ildən artıqdır ki, atası evinə getməsinə baxmayaraq cavabdehə məxsus cehiz əşyalarını aparmamışdır. Dəfələrlə bu barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o könüllü olaraq cehiz əşyalarını aparmır. Artıq oğlunun cavabdehlə barışıb birgə yaşaması qeyri mümkündür. Cavabdeh onların evinə gələrkən bir ədəd kravat, 2 ədəd tumbuçka, 1 dəst yorğan-döşək, ayna pərdəsi, 3 ədəd müxtəlif ölçüdə xalça, 2 karobka qab-qacaq (çay dəsti, yemək dəstindən ibarət) cehiz gətirmişdir. Cavabdeh evlərinə gedərkən cehiz əşyalarını özü ilə aparmamışdır. Ona görə də məhkəmədə iddia qaldırmalı olmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, o, X5 2017-ci il tarixdə faktiki olaraq evlənmişdir. Birgə yaşadıqda dövrdə 19.06.2018-ci il tarixdə bir övladları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Həmçinin qeyd olunan əşyalardan başqa iddiaçının evində tozsoranı və qızılları qalmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan AZE seriyalı 16383953 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Dəyirmandağ kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nin Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 175 saylı arayışdan görünür ki, İddiaçı ailə tərkibi bunlardır: 1. Özü İddiaçı -1968; 2. H.yol- X7 – 1962; 3. X12 Nürəddin 1997. İşdə olan Gədəbəy rayonu İHB-nin Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 176 saylı arayışdan görünür ki, X5 hal-hazırda Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyin Dəyirmandağ kəndində yaşayır. Heç bir idarə müəssisədə işləmir. Gədəbəy rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(042)-956/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X2, İddiaçı, X4 və X3 qarşı istifadə hüququnun verilməsi və cehizi olan həmin otaqlara köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı cavabdehə məxsus olan və çıxarılmasını tələb etdiyi cehiz əşyalarının onun mülkiyyətindən maneəsiz şəkildə istifadə etməsini məhdudlaşdırdığını sübut etməlidir. İşin mübashiləndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçının Gədəbəy rayonu, Dəyirmandağ kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Cavabdeh 2017-ci ildə həmin evə gəlin köçmüş və cehiz əşyalarını həmin evə gətirmişdir. Cavabdeh 2018-ci ilin iyun həmin evdə yaşamış və baş vermiş ailə mübahisələrinə görə evdən çıxıb atası evinə getmişdir. Cehiz əşyaları isə həmin evdə qalmışdır. İddiaçı mülkiyyət hüququndan məhrum olmasa da, cehiz əşyalarının onun evində yerləşməsi onun öz mülkiyyətindən maneəsiz şəkildə istifadə etməsini məhdudlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının öz evindən çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən, İddiaçı yaşadığı evə yığılmış, Cavabdeh məxsus olan 1 ədəd kravat, 2 ədəd tumbuçka, 1 dəst yorğan-döşək, ayna pərdəsi, 3 ədəd müxtəlif ölçüdə xalça, 2 karobka qab-qacaqdan (çay dəsti, yemək dəstindən) ibarət cehiz əşyaları cavabdehin hesabına həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 10 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən, İddiaçı yaşadığı evə yığılmış, Cavabdeh məxsus olan 1 ədəd kravat, 2 ədəd tumbuçka, 1 dəst yorğan-döşək, ayna pərdəsi, 3 ədəd müxtəlif ölçüdə xalça, 2 karobka qab-qacaqdan (çay dəsti, yemək dəstindən) ibarət cehiz əşyaları və cavabdehə məxsus mübahisələndirilməyən digər əşyalar cavabdehin hesabına həmin evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar