Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-554/2022 20.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, gözündə olan xəstəliyi ilə əlaqədar maddi cəhətdən köməklik edilməsi üçün hər ay sabit miqdarda 200 manat aliment alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, cavabdehlə 2011-ci il tarixdə evlənmiş, xx.xx.2015-ci il tarixdə nikah bağlayaraq, ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2020-ci il tarixdə X7 doğulmuşlar Onlar arasında 2016-cı il tarixdə ailə münasibətləri pozulmuş, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının ¼ hissəsi miqdarında aliment təyin edilmişdir. Sonradan onlar barışmış, bir ailədə yaşamışlar. Birgə yaşadıqları müddətdə ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X7 doğulmuşdur. Lakin sonradan ailə münasibətləri yenidən pozulmuş və ayrılmışlar. Hazırda o, valideynlərinin evində yaşayır və azyaşlı uşaqlar onun himayəsindədir. Maddi vəziyyəti çox pisdir. Onda müxtəlif xəstəliklər var. Cavabdeh ona heç bir yardım göstərmir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə göndərərək, iddia tələbinə etiraz etmiş, ərizəsində göstərmişdir ki, iddiaçı ilə xx.xx.2015-ci il tarixdə nikah bağlayaraq, ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X6 doğulmuşdur. 2016-cı il tarixdə ailə münasibətləti pozulmuş və Gədəbəy Rayon Məhkəməsi azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün onun qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment təyin etmişdir. Lakin onlar 2019-cu il yenidən barışmışlar. Buna baxmayaraq, birlikdə yaşadıqları zaman da iddiaçıya aliment ödəmişdir. Bundan sonra onların ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X7 doğulmuşdur. Hazırda onlar yenidən ayrılmışlar. Lakin iddiaçı hər uşaq üçün onun qazancının ¼ hissəsi miqdarında aliment tələb etməkdə haqlı deyildir. Qanunun tələblərinə görə o, iki uşağın saxlanılması üçün qazancının 1/3 hissədə aliment ödəməlidir. Bundan başqa iddiaçı anadangəlmə gözdən əlildir. O, hər ay əlilliyə görə 280 manat miqdarında pensiya alır. Ona görə də iddia tələbinin qismən təmin edilməsini, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün onun qazancının 1/3 hissəsi miqdarında aliment alınaraq, iddiaçıya verilməsini, xəstəliyi ilə əlaqədar maddi cəhətdən köməklik edilməsi üçün hər ay sabit miqdarda ondan 200 manat aliment alınaraq, iddiaçıya verilməsi hissəsində rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X4 surətindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X7 doğulmuşdur. İşdə olan X5 surətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2015-ci il tarixdə nikah bağlamışlar. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-498/2016 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı xəstəliklər var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 76.1 və 76.1.1.1-ci maddələrinə əsasən bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Məcəllənin 76.1 və 76.1.2.2-ci maddələrinə əsasən iki uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məcəllənin 84.2. və 84.2.1-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər 2011-ci il tarixdə ailə qurmuş, xx.xx.2015-ci il tarixdə nikah bağlamışlar. Ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X6 doğulmuşdur. 2016-cı il tarixdə tərəflər arasında ailə münasibətləti pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazanclarının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin ödənilməsi qət edilmişdir. Lakin tərəflər 2019-cu il yenidən barışmış, onların ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X7 doğulmuşdur. Bundan sonra tərəflər arasında ailə münasibətləri yenidən pozulmuşdur. Hazırda iddiaçı valideynlərinin evində yaşayır və azyaşlı uşaqlar onun himayəsindədirlər. O, azyaşlı uşaqları saxlamaqda çətinlik çəkir. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşaqların layiqli həyat şəraitinin təmin edilməsi üçün onlara minimum yaşayış imkanı yaradılmalıdır. İddiaçı xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazanclarının ¼ hissəsi miqdarında aliment alır. Əgər xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün təyin ediləcək aliment cavabdehin aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilrsə, iki uşağın saxlanılmasına görə cavabdehin qazanclarının ½ hissəsini təşkil edəcək ki, bu da onun hüquqlarının və qanunun tələblərinin pozulmasına səbəb ola bilər. Yəni, xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün müəyyən ediləcək alimentin miqdarı toplanılarkən qanunla iki uşağın saxlanılması üçün tutulmalı olan miqdardan, yəni, cavabdehin qazancları və digər gəlirlərinin 1/3 hissəsindən artıq olmamalı, 1/4+1/12=1/3 olması nəzərə alınmaqla, cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/12 hissəsi miqdarında müəyyən edilməlidir. Məhkəmə digər iddia tələbinə yəni, iddiaçının xəstəliyi ilə əlaqədar maddi yardım edilməsi üçün cavabdehdən hər ay sabit miqdarda 200 manat alimentin alınaraq, ona verilməsi hissəsinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, həqiqətən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2. və 84.2.1-ci maddələrinə əsasən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Lakin iddiaçıda İİ qrup əlillik olsa da, o, əmək qabiliyyətinə malikdir,o, əlilliklə əlaqədar müavinət alır, onun maddi yardıma ehtiyacı olması və cavabdehin zəruri vəsaitə malik olması halları isə sübut edilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/12 hissəsi miqdarında aliment alınaraq, İddiaçı verilməli, alimentin tutulmasının əvvəli, xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İddia tələbləri digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/12 hissəsi miqdarında aliment alınaraq, İddiaçı verilsin. İddia tələbləri digər hissələrdə təmin edilməsin. İddiaçı tərəfindən mediasiya xidmətinə ödənilmiş 50 manat xərc Cavabdeh alınaraq, İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması 22 aprel 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-554/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-554/2022
20.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver