Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-570/2022 22.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü qızı Nuraliyənin, xx.xx.2014-cü il təvəllüdlü qızı Simuzərin, xx.xx.2016-cı il təvəllüdlü oğlum Nuranin yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 200 (iki yüz) manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2011-ci ildə faktiki ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 adında üç uşaqları olmuşdur. Aralarında yaranmış narazılıq nəticəsində 2020-ci ilin iyun ayından faktiki olaraq ayrılmışlar. Ayrıldıqları vaxtdan uşaqları onun himayəsindədir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2020-ci il tarixdən Cavabdeh, qızları Nuraliyə və Simuzərin, oğlu Nuranin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 120 (yüz on) manat məbləğində aliment tutulub ona verilir. O, özü işləsə də, maddi cəhətdən çətinlik çəkir, başqa heç bir yerdən gəliri yoxdur, aldığı aliment isə uşaqlarının gündən-günə artan tələbatını ödəmir. Uşaqlarının hər üçü məktəblidir. Cavabdehin maddi vəziyyəti yaxşıdır, polis şöbəsində işləyir, hazırda da əmək haqqı artmışdır, onun uşaqlarına yüksək məbləğdə aliment vermək imkanı vardır. O, hazırda ibtidai sinif müəllimidir. Ayda 600 manat maaş alır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında olan narazılığa görə ayrılmışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2012ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 adında üç uşaqları olmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-944/2020 saylı qətnaməsinə əsasən, bir uşaq üçün 120 manat, olmaqla cəmi 360 manat məbləğində aliment ödəyir. O, polis əməkdaşıdır və ayda 785 manat maaş alır. Atası rəhmətə getmişdir. Anasına o, baxır. İddiaçı məktəbdə müəllim işləyir və maddi imkanı yaxşıdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 15/1 saylı arayışdan görünür ki, İddiaçı 05 saylı təsərrüfatbaşına kitabın 17-ci səhifəsinə əsasən, Gədəbəy rayonunun Miskinli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İşdə olan Gədəbəy rayonu İHB-nin Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 15 saylı arayışdan görünür ki, Cavabdeh 07 saylı təsərrüfatbaşına kitabın 53-cü səhifəsinə əsasən, Gədəbəy rayonunun Miskinli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2012-ci ildə, X4 xx.xx.2014-cü ildə və X7 xx.xx.2016-cı ildə doğulmuş, ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-944/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X1, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 120 manat, cəmi, 360 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Təhsil şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, 63 saylı arayışın surətindən görünür ki, İddiaçı 2021-ci il ərzində iyul ayına kimi aylıq 600 manat əmək haqqı almışdır. İşdə olan mediator Elçin Həsənov tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında tərəflərin izahatı, iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Birgə yaşadıqları dövrdə xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 adında üç uşaqları olmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-944/2020 saylı qətnaməsinə əsasən, xx.xx.2012-ci il tarixdə doğulmuş X1, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 120 manat, cəmi, 360 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, alimentin miqdarının artırılması qanunda nəzərdə tutulmuş bir sıra hallarla şərtləndirilmişdir. Lakin, alimentin tutulması ilə bağlı olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-944/2020 saylı qətnaməsinin çıxarılmasından keçən müddət ərzində iddiaçı özünün və ya cavabdehin maddi vəziyyətində, eləcə də, məhkəmə qətnaməsi müəyyən edilmiş digər məsələrlərdə dəyişiklik olması, barədə məhkəməyə sübut təqdim edə bilmədi. Həmçinin, keçən müddət ərzində cavabdehin maddi vəziyyətinin yaxşılaşması məhkəmədə müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa uşaqlarını saxlamaq atanın borcu olduğu kimi həm də ananın valideynlik vəzifələrinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Ailə qanunvericiliyi alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: 1) tərəflərin maddi və ailə vəziyyəti; 2) diqqətəlayiq digər hallar; 3) uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə qeyd edir ki, tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, diqqətəlayiq digər halların araşdırılması zamanı tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə alınmalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Şərh olunanlara əsasən, məhkəmə alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında iddiaçı və cavabdehin bərabər məsuliyyət daşımalarını nəzərə alaraq, bir uşağa görə təyin edilmiş 120 manat məbləğində alimenti yetərli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsassız sayıb, onun təmin olunmaması qənaətinə gəlir. Eləcə də, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-570/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-570/2022
22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver