Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-580/2020 29.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 saxlanılıb tərbiyə edilməsi üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşağa görə 300 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 atasının Cavabdeh olması faktı müəyyən edilməklə azyaşlı uşaqlarının saxlanıb tərbiyə edilməsi üçün hər bir uşağa görə sabit pul məbləğində 250 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2005-ci il tarixdə el adəti ilə toy edərək evlənmişlər. Aralarında rəsmi nikah vardır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 adında iki uşaqları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra onların bir müddət münasibətləri normal olmuşdur. Sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Cavabdeh Rusiya Federasiyasında yaşayır və ticarətlə məşğuldur. Cavabdehin aylıq qazancı təxminən 2500-3000 manat təşkil edir. Cavabdeh nə ona, nə də ki uşaqlarına heç bir maddi yardım göstərmir və bildirir ki, məhkəmə qaydasında neçə manat aliment kəsilərsə həmin məbləği ödəyəcək. O, heç bir yerdə işləmir, maddi vəziyyəti aşağıdır. Uşaqlarına baxmaqda çətinlik çəkir. Həmçinin bildirir ki, böyük oğlu Toğrulun atalığı müəyyən edilmiş, lakin kiçik oğlu Zaurun atalığı müəyyən edilməmişdir. O, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlamışlar. Ona görə də məhkəmə qaydasında xx.xx.2013-cü il təvəllüdlü X4 atalığının müəyyən edilməsini və cavabdehdən azyaşlı uşaqlarının saxlanılması üçün aliment tutulmasını istəyir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1086 saylı arayışdan görünür ki, İddiaçı şəhər İƏD üzrə nümayəndəliyin 08 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 36-cı səhifəsində qeyd edilmişdir. İşdə olan AZ-İV № 432006 seriyalı doğum haqqında şəhadətnaməin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2006-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş İİİ-AP № 806337 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Dürtüli şəhərində anadan olmuşdur. Atası qrafası boş saxlanılmış anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan AZ-İV № 363246 seriyalı nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İbrahimov Cavabdeh Şəhranə Mahir qızı ilə nikahlarını xx.xx.2020-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, iddiaçı ilə cavabdehin ailə tabloları əks olunmuş və onların yanında iki övladının olduğu öz əksini tapmışdır. İşdə olan doğum xx.xx.2013-cü il tarixli, 269 nömrəli doğum haqqında tibbi arayışdan görünür ki, Hüseynova (İbrahimova) Şəhranə Mahir qızı xx xxxxx 2013-cü il tarixdə, sat 20.35-də doğuş həyata keçirmişdir. İşdə olan ** AA ***0323 saylı ərizədən görünür ki, Cavabdeh azyaşlı övladları X1 və X4 anaları Hüseynova (İbrahimova) Şəhranə Mahir qızı ilə birlikdə Azərbaycan Respublikasına gedib qayıtmasına razılıq vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 2005-ci il tarixdə qeyri-rəsmi ailə quraraq evlənmişlər. xx.xx.2020-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 adında iki uşaqları olmuşdur. Uşaqlardan Toğrulun atalığı müəyyən edilmiş, lakin Zaurun atalığı müəyyən edilməmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.2013-cü il təvəllüdlü X4 atalığının müəyyən edilməsini və cavabdehdən uşaqlarının saxlanılması üçün aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. xx.xx.2013-cü il doğum tarixli X4 atasının Cavabdeh olması iddiaçının izahatı, işə əlavə edilmiş fotoşəkillər və tədqiq edilmiş sübutlarla təsdiqini tapdığından bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqları ilə maraqlanmır. İddiaçı uşaqlarının saxlanmasında çətinlik çəkdiyini bildirərək aliment təyin edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, təhsil almasında tərəflərin iştirakları dərəcəsini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq, hər bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə onu qeyd edir ki, məhkəmə işə baxarkən iddia tələbindən kənara çıxmamalı, iddia tələbi həcmində qətnamə çıxarmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx xxxxx 2013-cü il tarixdə doğulmuş X4 atasının Cavabdeh olması faktı müəyyən edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X1 və xx xxxxx 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-580/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-580/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver