Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-60/2025 18.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin, vərəsəlik şəhadətnaməsnin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı X24 ilə X14 arasında Gədəbəy Rayon Notariat Kontorunda bağlanmış 27 may 1993-cü il tarixli K-D-l-315 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən X5 adına verilmiş xx.xx.2008-ci il tarixli **********91-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, Gədəbəy Rayon Notariat Kontorunda təsdiq edilmiş 24 aprel 1996-cı il tarixli K- 2B-46 reyestr nömrəli vəsiyyətnamənin, Şəmkir Rayon 1 saylı Notaiat Kontorundan Cavabdeh verilmiş 27 noyabr 2008-ci il tarixli 2v-385 reyestr nömrəli vəsiyyətnamə üzrə X18 Şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş 11 dekabr 2008-ci il tarixli **********91-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, X8 ilə anası X6 xx.xx.1965-ci il tarixdə Gədəbəy RİHB-nın nikah bağlamışlar. Onların nikah münasibətlərindən o, X20 və Əliyeva Svetlana qızı doğulmuşlar. X8 27 avqust 1995-ci il tarixdə, anası X6 isə 15 mart 2007-ci il tarixdə ölmüşlər. Atasından Gədəbəy rayonu, Miskinli kəndində 0.15 ha torpaq sahəsi və ümumi sahəsi 40 kvm olan fərdi yaşayış evi miras qalmışdır. Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə atasının ölümündən sonra qalmış həmin əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, lakin cavabdehin apellyasiya şikayəti ilə qətnamə ləğv edilmiş, baxılmamış saxlanılmışdır. Atasından miras qalmış əmlaka vərəsəlik hüquqi haqqında şəhadətnamə almaq üçün 2021-ci ilin oktyabr ayında Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmişdir. Gədəbəy Rayon Notariat Ofisindən tərəfindən DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 01 fevral 2022-ci il tarixdə bildirilmişdir ki, X16 məxsus olmuş, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evinə dair X5 və Cavabdeh adına tərtib edilmiş Çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan sonra məlum olmuşdur ki, atası ilə qardaşı qızı X14 arasında 27 may 1993-cü il tarixdə bağışlama müqaviləsi bağlanmış, atası torpaq sahəsi və yaşayış evini X9 bağışlamışdır. Həmin əmlak X5 adına qeydiyyata alınmış və ona Çıxarış verilmişdir. X1 həmin əmlakla bağlı cavabdehə vəsiyyətnamə vermiş, cavabdeh vəsiyyət edənin ölümündən sonra, yəni, 27 noyabr 2008-ci il tarixli vəsiyyətnamə üzrə X13 şəhadətnamə almışdır. Bundan sonra isə həmin əmlaka cavabdehin hüquqları qeydə alınmış və ona Çıxarış verilmişdir. Yəni, cavabdeh qanunsuz hərəkətləri ilə onun atasına məxsus olmuş əmlakı əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnam mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüqu< normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüqu< normalarına uyğun çıxarılmalıdır. X24 xx.xx.1995-ci ildə öldüyündən və ondan qalmı miras həmin tarixdə açıldığından hüquq münasibətinin yarandığı zamaı qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Atasına məxsus ev 1959-cu ildə tikilmişdir. Təsərrüfat özgəninkiləşdirilərkən təsərrüfat üzvlərinin,yəni, anasının bundan xəbəri və buna razılığı olmamışdır. Həmin evi valideynləri birlikdə tikdikləri üçün anasının razılığı alınmalı idi. Ona göə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Vəkil eyniməzmunlu izahat vermiş və iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, mərhum nənəsi X14 iddiaçının atası X10 qardaşı qızı olmuşdur. X23 Gədəbəy rayonunun Miskinli kəndindəki evində yaşamışdır. Ömrünün son illərində o, tək qaldığına görə ona nənəsi baxmışdır. Buna görə də Məhəmməd Əliyev 1993-cü ildə Miskinli kəndində yerləşən torpaq sahəsini və evini nənəsi İsayeva Bəstiyə bağışlamış, bağışlama müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Bundan sonra həmin əmlaka nənəsi Bəsti Qasımovanın mülkiyyət hüququ qeydə alınmış, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhəmməd Əliyev 1995-ci ildə vəfat edərkən onu nənəsi və babası Şamil Qasımov dəfn etmişlər. Nənəsi 30 avqust 2008-ci ildə vəfat etmiş, həmin tarixə qədər həmin evdə babası Şəmıl Qasımovla birlikdə yaşamışdır. Həmçinin nənəsinin ölümündən sonra babası Şəmil Qasımov qeyd edilən evdə ölənədək yaşamıçdır. Nənəsi həmin əmlakı ona vəsiyyət etmiş, onun ölümündən sonra onun tərəfindən verilmiş vəsiyyətnaməyə uyğun olaraq əmlakla əlaqədar ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı atası Məhəmməd Əliyevdən hər-hansı mirası qəbul etməmişdir. İddiaçı və onun bacı-qardaşları əmlakın ataları tərəfindən nənəsinə bağışlandığını bilmişlər. X23 tərəfindən bağışlama müqaviləsinin imzalandığı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən bütün iddialar üzrə iddia müddəti üç il olmuşdur. Həmçinin hazırda qüvvədə olan Mülki Məcəllədən göründüyü kimi, umumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il müəyyən edilmişdir. İddiaçının atası 1995-ci ildə vəfat etmiş, onun vəfatından sonra da evdə mənim nənəsi və babası yaşamışlar. İddiaçı bu illər ərzində həmin evin nənəsinin və daha sonra da onun mülkiyyətində olduğunu bilmişdir. İddiaçı 2021-ci ildə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, guya atasından qalmış mirasın qəbul edilməsi haqqında qətnamə çıxarılmışdır. Lakin bu qətnamə hazırda Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Ona görə də iddia müddətlərinin keçdiyini nəzərə alaraq iddia tələblərinin təmin edilməməsi haqqında qətnamı çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X20 ifadə verərək, bildirmişdir ki, iddiaçının qardaşıdır. X30 Gədəbəy rayonu, Rüstəm Əliyev kəndi, indiki Miskinli kəndində anası Xeyransa Məmmədova ilə birlikdə tikmişlər. O, həmin evdə doğulub yaşamışdır. Valideynlərinin ölümündən sonra iddiaçı həmin əmlakı miras kimi qəbul etmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsi və evi mülkiyyətinə keçirmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X15 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən torpaq sahəsi və üzərindəki ev iddiaçının X30ə məxsus olmuşdur. Onun ölümündən sonra evdə Xeyransa və onun qardaşı qızı Bəsti yaşamışlar. İddiaçı və cavabdeh arabir evə gəlib getmişlər. O, həyat yoldaşı X17 ilə birlikdə qonşu kimi evə və həyətə nəzarət etmişlər. Məhkəmə iclasında şahid kimi dindirlmiş X17 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xitməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı 01 fevral 2022-ci il tarixdə göndərilmiş məktubdan görünür ki, X11 məxsus olmuş Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evinə dair X7 adına verilmiş Çıxarışın ləğv edilməsi səlahiyyətləri xaricindədir və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan 27 may 1993-cü il tarixdə bağlanılmış Bağışlama Müqaviləsindən görünür ki, X4 Əliyev kəndində yerləşən 1959-cu ildə hörülmüş 2500 kvm həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evini X9 bağışlamışdır. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzəində yerləşən fərdi yaşayış evinə X5 mülkiyyət hüququ 20 noyabr 2008-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Vəsiyyətnamə üzrə X13 Şəhadətnamənin surətindən görünür ki, X2 rayonu, Rüsrəm Əliyev kəndində yerləşən 0.25 ha torpaq sahəsində olan 1959-cu il tarixdə tikilmiş yaşayış evini Cavabdeh vəsiyyət etmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzəində yerləşən fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ 11 dekabr 2008-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Çıxarışdan görünür ki, X24 və X6 23 sentyabr 1965-ci il tarixdə nikah bağlamışlar. İşdə olan Arayışdan görünür ki, X24 və X3 ailə münasibətlərindən xx xxx 1953-cü il tarixdə İddiaçı doğulmuşdur. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli Qəradadından görünür ki, İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin Qərardaddan həmçinin görünür ki, iddiaçının X8 27 avqust 1995-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhqiq edərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 245-ci maddəsinin birinci hissəsinə əsasən bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur. Həmin Məcəllənin 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin e`tibarsızlığına səbəb olur. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin e`tibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir. Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məcəllənin 111-ci maddəsinə əsasən əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya kooperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Ümumi mülkiyyətin paylar məlum olan (paylı mülkiyyət) və paylar məlum olmayan (birgə mülkiyyət) növləri vardır. Məcəllənin 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məxcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının valideynləri X24 və X6 23 sentyabr 1965-ci il tarixdə nikah bağlamışlar. Barəsində mübahisə edilən Gədəbəy rayonu, Miskinli kəndində yerləşən torpaq sahəsi üzərində olan ev isə 1959-cu ildə, iddiaçının valideynləri nikah bağladıqları vaxtdan daha əvvəl inşa edilmişdir. Yəni, iddiaçının X8 23 may 1993-cü il tarixdə cavabdehin nənəsi X14 ilə bağışlma müqaviləsi bağlayarkən, notariat hərəkətini aparan notarius bu halı nəzərə alaraq, müqaviləni təsdiq etmişdir. Yəni, həmin bağışlama müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, müqavilə bağlanılarkən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində həmin əsasla əqdin etibarsız hesab edilməsi haqqında norma yoxdur. Bundan başqa, müqavilə bağlanılarkən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən ümumi iddia müdəti üç ildir və iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddiaçı bu axımın başlandığı vaxtla əlaqədar heç bir sübut təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə bağışlama müqaviləsinin bağlandığı 23 may 1993-cü il tarixdən keçmiş 32 il ərzində iddiaçı əmlakın başqa şəxslərin mülkiyyətinə keçməsini bilmişdir və ya əgər həmin əmlakı faktiki olaraq, miras kimi qəbul etmişdirsə bilməli idi. Yəni, bağışlama müqaviləsi etibarsız hesab edilə bilməz. Bağışlama müqaviləsi etibarlı müqavilə olduğu üçün həmin müqavilənin etibarlılığı ilə əlaqədar olan nəticələr də etibarlıdır. Ona görə də iddia tələbləri təminn edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-60/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-60/2025
18.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver