Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-607/2021 24.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların onun himayəsində qalması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 08.11.2011-ci il tarixdə anadan olmuş X3 və 21.07.2013-cü il tarixdə anadan olmuş X2 onun himayəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh ilə 2010-cu ildə qeyri rəsmi ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə 08.11.2011-ci il təvəllüdlü X5 və 21.07.2013-cü il təvəllüdlü X4 adında iki övladları olmuşdur. Uşaqlarının hər ikisi də onun soyadını daşıyırlar və uşaqların atalıqları müəyyən olunmuş, atalığın müəyyən olunması barədə şəhadətnamələr alınmışdır. Cavabdehlə ailə qurduqları gündən sözləri düz gəlmədiyinə görə 2021-ci il tarixdən ayrılmışlar. Uşaqlarının hər ikisi də onun himayəsində yaşayırlar. Övladlarının heç biri cavabdehlə yaşamaq istəmirlər. Cavabdeh uşaqlarına təziqlər göstərir və onları zorla almağa çalışır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, iddiaçı ilə qeyri-rəsmi olaraq evlənmişdir. Onların birgə yaşadıqları dövrdə 08.11.2011-ci il təvəllüdlü X5 və 21.07.2013-cü il təvəllüdlü X4 adında iki övladları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. O, iddia tələbini qəbul etmir və uşaqların onun himayəsinə verilməsini istəyir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dinlənilmiş 08.11.2011-ci il təvəllüdlü X5 və 21.07.2013-cü il təvəllüdlü X4 ataları ilə qalmaq istədiklərini bildirdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və işin diqqətəlayiq hallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli, 217 saylı arayışdan görünür ki, İddiaçı halhazırda Maarif kəndində yaşayır. İşdə olan Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Orqanının 22 iyul 2021-ci il tarixli rəyindən görünür ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyum və Himayəçilik komissiyası işin araşdırma hallarını, tərəflərin fikirlərini, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5 və 8-ci maddələrini, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci, 61.1 -ci və 61.3-cü maddələrini nəzərə alaraq 08.11.2011 -ci il təvəllüdlü X5 və 21.07.2013-cü il təvəllüdlü X4 ata İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və iş materiallarında olan sənədlərlə məhkəmədə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh ilə 2010-cu il tarixdə qeyrirəsmi olaraq evlənmişlər. Onların birgə yaşadıqları dövrdə 08.11.2011-ci il təvəllüdlü X5 və 21.07.2013-cü il təvəllüdlü X4 adında iki övladları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Uşaqlar nikahdan kənar doğulsa da atalıqları müəyyən edilmişdir. Uşaqlar hal-hazırda iddiaçının himayəsində yaşayırlar. Məhkəmə iclasında dinlənilmiş 08.11.2011-ci il təvəllüdlü X5 və 21.07.2013-cü il təvəllüdlü X4 ataları ilə qalmaq istədiklərini bildirdilər. İddiaçı məhkəmədə iddia qaldıraraq uşaqların onun himayəsinə olmasının müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsinə verilməsi barədə iddiaçının dəlillərinə qiymət verən məhkəmə qeyd edir ki, onun bu dəlilləri azyaşlı uşaqların mənafeyi və maraqlarına zidd həll edilməməlidir. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Orqanının rəyində 08.11.2011-ci il təvəllüdlü X3 və 21.07.2013-cü il təvəllüdlü X2 ataları İddiaçı himayəsində verilməsi məqsədəuyğun hesab etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə işin faktiki hallarını, uşağın mənafeyini, eləcə də qəyyumluq və himayəçilik orqanının rəyini nəzərə alaraq 08.11.2011-ci il təvəllüdlü X3 və 21.07.2013-cü il təvəllüdlü X2 ataları cavabdeh İddiaçı himayəsində qalmasını daha ədalətli və qanunauyğun hesab edir. Eləcə də məhkəmədə uşağın iddiaçının himayəsinə verilməsini istisna edən hal müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, 08.11.2011-ci il təvəllüdlü X3 və 21.07.2013-cü il təvəllüdlü X2 ataları himayəsində yaşaması onun normal psixi inkişaflı, psixi və praktiki cəhətdən sağlam böyüməsi və formalaşmaları üçün zəruri əhəmiyyət kəsb edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 08.11.2011-ci il təvəllüdlü X5 və 21.07.2013-cü il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Yetkinlik yaşına çatmayan 08.11.2011-ci il təvəllüdlü X5 və 21.07.2013-cü il təvəllüdlü X4 ataları olan İddiaçı himayəsinə verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-607/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-607/2021
24.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver