Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-609/2024 22.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment ödənişindən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı övladı- 26 noyabr 2015-ci il doğum tarixli X1 üçün 24 aprel 2023-cü il tarixdən övladının faktiki olaraq onun himayəsində olduğu günədək Gədəbəy Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(042)-428/2022 saylı icra sənədi üzrə yığılmış alimenti ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası 22 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında işin aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edildiyi aşkar olunmuşdur. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemində Cavabdeh şəxsi məlumatları qrafasında sorğu verilən zaman sonuncunun Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olduğu müəyyən edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı aliment ödənişindən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş,lakin məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, işə ərazi aidiyyatı üzrə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də iş aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İş aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-609/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-609/2024
22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver