Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-632/2024 23.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X18 və Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra Aqrarkredit” QSC) Cavabdeh qarşı “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və yüklülük qeydiyyatının bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəmədə iddia qaldıraraq, Cavabdeh Azərbaycan Respublikası DİNnin Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində adına olan xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi, borclu X6 məxsus "Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil yenidən İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilməklə onun adına Azərbaycan Respublikası DİN-nin Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində dövlət qeydiyyatına alınmasını Azərbaycan Respublikası DİN-nin Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin üzərinə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, ‘'Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit" QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X8ma dair sənədlər S-AVK-720 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) cavabdeh X7 (bundan sonra “Bordan”) arasında xx.xx.2012-ci il tarixdə, 131 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 60 ay müddətinə 14025 manat məbləğində kredit verilmişdir. xx.xx.2012ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq X3 mülkiyyətində olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2012-ci il tarixdə, 131 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X21 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012- ci il tarixli, AA seriyalı, 052188 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə cavabdeh X7 öz öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Belə olduğu təqdirdə Bank tərəfindən borc məbləğinin cavabdehdən məhkəmə qaydasında tutulmasına dair Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-5198/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin icra mərhələsində hazırki iddianın mahiyyəti ortaya çıxmışdır. Belə ki, İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum “X23 Edilməsi Agentliyi” MMC-nin Yığım Şöbəsinin keçmiş əməkdaşı olan X24 öz tanışı X11 adlı şəxslə birlikdə müxtəlif vaxtlarda borclular X7, və qeyrilərinə məxsus olan, ipoteka müqaviləsi ilə yüklü edilmiş avtomobilləri saxta sənədlər əsasında qanunsuz olaraq özgəninkiləşdirilmiş və aşağıda qeyd edilən hökmlərə əsasən X11 və X24 törətdiklər cinayət əməlləri üzrə təqsirli bilinmiş və onlara cəza təyin edilməsi hökm edilmişdir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X24 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2. 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hökm edilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-115/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1 -ci madəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Qeyd edilən hökmlərdən müəyyən edilr ki, X24 və X11 təkrarən hüquq verən və vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlama və bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olan digər şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə tanışı olan həmin digər şəxs aralarında olan cinayətkar razılaşmaya əsasən X3 adına sənədləşdirilməklə “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabında olan “Seat İbiza" markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili özgəninkiləşdirmək üçün 2018-ci ilin təxminən dekabr ayının əvvəllərində Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış Svetlana Məcidovanın həmin avtomaşınla bağlı “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 13531.38 (on üç min beş yüz otuz bir manat 38 qəpik) manat pul borcunun ödənilməsi və bununla əlaqədar icra sənədinə xitam verilməsinə dair real həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş 05 dekabr 2018-ci il tarixli nömrəsiz məktubu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsinə ünvanlanmış Svetlana Məcidovanın öhdəliklərini icra etdiyi üçün ona məxsus ipoteka predmeti olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydiyyatının ləğv edilməsinə dair həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş tarixsiz və nömrəsiz məktubu istintaqa məlum olmayan şəraitdə və yerdə bilə-bilə istifadə etmək məqsədi ilə “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin İcraçı direktoru Süleyman Bəkirovun ad və soyadının qarşısında olan imzanı oxşatma üsulu ilə birbaşa icra etməklə cəmiyyətin möhürünü isə başqa bir həqiqi sənəddən skayner edib elektrofotoqrafık çap üsulu ilə rəqəmsal çap qurğusu vasitəsilə çap edərək saxtalaşdırıb qanunsuz hazırlamaqla İlkin Gülməmmədova vermiş, sonuncu həmin dövrdə tanışı olan həmin digər şəxs tərəfindən ona verilmiş hər iki məktubun saxta olduğunu biləbilə 05 dekabr 2018-ci il tarixli nömrəsiz məktubu Abşeron rayon İcra və Probasiya şöbəsinə, tarixsiz və nömrəsiz məktubu isə Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsinə təqdim etməklə saxta sənəddən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 dekabr 2018-ci il tarixdə “Seat İbiza” markalı avtomobili qohumu X4 adına rəsmiləşdirib 12 dekabr 2018-ci il tarixdə sonuncu tərəfindən ona verilmiş etibarnamə ilə “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetməsində olan 16500 (on altı min beş yüz) manat dəyərində "Seat İbiza” markalı avtomobili tanışı olan həmin digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui istifadə etməklə ələ keçirib zərərçəkmiş şəxs “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Belə olan təqdirdə borclu X6 məxsus və İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş "Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində adına olan alqı-satqı müqaviləsinin ləğv edilməli, borclu X6 məxsus "Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil yenidən İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilməklə onun adına Azərbaycan Respublikası DİN-nin Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində dövlət qeydiyyatına alınmalıdır. İddiaçı QSC-nin nümayəndəsi X26 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, X11 onun atasının əmisi oğludur. İ.Gülməmmədov ona zəng vuraraq bir avtomobil olduğunu bildirmiş və həmin avtomobilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. O, İ.Gülməmmədovun qohumu olduğunda onunla razılaşmış və Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun rəsmiləşdirilmişdir. Bundan sorna İ.Gülməmmədov həmin avtombil ilə bağlı etibarnamə verməsini və avtomobili satacağını bildirmişdir. O, həmin avtomobil ilə bağlı İ.Gülməmmədova etibarnamə vermişdir. Daha sonra isə o X9 qeyd edilən əməllərinə görə həbs edildiyini eşitmişdir. O, həmin avtomobilin onun adından çıxarılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə və X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 131 saylı kredit müqaviləsinin surətindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən X6 illik 17% tətbiq edilməklə, 60 ay müddətinə 14025 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 131 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq X3 mülkiyyətində olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2012-ci il tarixdə, 131 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İşdə olan 06 avqust 2012-ci il tarixli İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrdən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində X3 mülkiyyətində olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonuncu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 may 2012-ci il tarixli 131 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair 06 avqust 2012-ci il tarixli qeydiyyat aparılmışdır. İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli, 2(005)-5198/2014 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 12120 manat məbləğində əsəs, 1311.38 manar faiz, 100 manat məbləğində dəbbə pulu, cəmi 13531.38 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh X6 məxsus **-NS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” markalı avtomobilə yönəldilməsi, avtomoblin açıq hərracda satılaraq satışdan əldə ediləcək pul vəsaitinin yuxarıda göstərilənən pul məbləğinin təmin edilməsi üçün iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinə satışdan əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana- cavabdeh X6 qaytarılması qət edilmişdir. İşdə olan DİN Baş X31 İdarəsi tərəfindən “X22 edilməsi Agentliyi” MMC-nin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, DİN Baş X31 idarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "SEAT İBİZA" markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə X3 adına qeydiyyata alınaraq ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Nəsimi filialının xeyrinə yüklü edilmiş, həmin bankın xx.xx.2018-ci il tarixli 617 nömrəli məktubu əsasında ipotekadan azad olunmuşdur. Sözügedən avtomobil xx.xx.2018-ci il tarixdə alqısatqı müqaviləsi əsasında X5 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-115/2021 saylı hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1 -ci mədəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X11na təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 məhkəməyədək həbsdə saxlandığı 5 (beş) ay 13 (on üç) gün müddət günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay 17 (on yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmə əsasən, X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X12 məhkəməyədək həbsdə saxlandığı 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində 4 (dörd) il 2 (iki) ay 6 (altı) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 -ci və 68.1.3-cü maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə X20 təyin edilmiş qazancından 20 faiz tutulmaqla 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası dörd günə bir gün hesabı ilə hesablanmaqla 4 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası kimi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla X12 üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X25 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)- 19/2022 saylı hökmündən görünür ki, X24 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X13 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) cavabdeh X7 (bundan sonra “Bordan”) arasında xx.xx.2012-ci il tarixdə, 131 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 60 ay müddətinə 14025 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X3 mülkiyyətində olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2012-ci il tarixdə, 131 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X21 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 052188 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. X7 banka olan öhdəliyini lazıminca icra etmədiyinə görə, bank tərəfindən borcun tutulması tələbi Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli, 2(005)-5198/2014 saylı qətnaməsinə əsasən, cavabdeh X2 12120 manat məbləğində əsəs, 1311.38 manar faiz, 100 manat məbləğində dəbbə pulu, cəmi 13531.38 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh X6 məxsus **-NS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” markalı avtomobilə yönəldilməsi, avtomoblin açıq hərracda satılaraq satışdan əldə ediləcək pul vəsaitinin yuxarıda göstərilənən pul məbləğinin təmin edilməsi üçün iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinə satışdan əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana- cavabdeh X6 qaytarılması qət edilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit" QSC-yə keçmişdir. “Aqrarkredit" QSC məhkəmə iddia qaldıraraq, X24 və X11 birlikdə müxtəlif vaxtlarda borclu X6 məxsus olan, ipoteka müqaviləsi ilə yüklü edilmiş avtomobillərin saxta sənədlər əsasında qanunsuz olaraq özgəninkiləşdirildiyini iddia etmiş və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsini və yüklülük qeydiyyatının bərpa edilməsini tələb etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-115/2021 saylı hökmü və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)- 19/2022 saylı hökmü ilə müəyyən edilmişdir ki, X24 və X11 təkrarən hüquq verən və vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlama və bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olan digər şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə tanışı olan həmin digər şəxs aralarında olan cinayətkar razılaşmaya əsasən X3 adına sənədləşdirilməklə “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabında olan “Seat İbiza" markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili özgəninkiləşdirmək üçün 2018-ci ilin təxminən dekabr ayının əvvəllərində Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış Svetlana Məcidovanın həmin avtomaşınla bağlı “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 13531.38 (on üç min beş yüz otuz bir manat 38 qəpik) manat pul borcunun ödənilməsi və bununla əlaqədar icra sənədinə xitam verilməsinə dair real həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş 05 dekabr 2018-ci il tarixli nömrəsiz məktubu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsinə ünvanlanmış Svetlana Məcidovanın öhdəliklərini icra etdiyi üçün ona məxsus ipoteka predmeti olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydiyyatının ləğv edilməsinə dair həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş tarixsiz və nömrəsiz məktubu istintaqa məlum olmayan şəraitdə və yerdə bilə-bilə istifadə etmək məqsədi ilə “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin İcraçı direktoru Süleyman Bəkirovun ad və soyadının qarşısında olan imzanı oxşatma üsulu ilə birbaşa icra etməklə cəmiyyətin möhürünü isə başqa bir həqiqi sənəddən skayner edib elektrofotoqrafık çap üsulu ilə rəqəmsal çap qurğusu vasitəsilə çap edərək saxtalaşdırıb qanunsuz hazırlamaqla İlkin Gülməmmədova vermiş, sonuncu həmin dövrdə tanışı olan həmin digər şəxs tərəfindən ona verilmiş hər iki məktubun saxta olduğunu bilə-bilə 05 dekabr 2018-ci il tarixli nömrəsiz məktubu Abşeron rayon İcra və Probasiya şöbəsinə, tarixsiz və nömrəsiz məktubu isə Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsinə təqdim etməklə saxta sənəddən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 dekabr 2018-ci il tarixdə “Seat İbiza” markalı avtomobili qohumu X4 adına rəsmiləşdirib 12 dekabr 2018-ci il tarixdə sonuncu tərəfindən ona verilmiş etibarnamə ilə “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetməsində olan 16500 (on altı min beş yüz) manat dəyərində "Seat İbiza” markalı avtomobili tanışı olan həmin digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui istifadə etməklə ələ keçirib zərərçəkmiş şəxs “X23 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Həmin dələduzluq cinayətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-115/2021 saylı hökmü və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-19/2022 saylı hökmü ilə X24 və X1 Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-ci maddəsinə əsasən, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi məhkəmə hökmləri ilə X24 və X11 tərəfindən saxta sənədlər əsasında etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 dekabr 2018-ci il tarixdə “Seat İbiza” markalı avtomobilin X4 adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-115/2021 saylı və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-19/2022 saylı hökmləri hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 avqust 2022-ci il tarixli qərarına əsasən müəyyən olunmuşldur ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, qeyd edir ki, Plenumun bir sıra qərarlarında məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipinin qorunmalı olduğu bildirilir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Belə ki, S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarda qeyd edilmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericilik normalarına riayət edilməklə həll olunması mahiyyəti üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənliyin əsas amili tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanının olmamasından ibarətdir. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsinə əsasən, hüquqi müəyyənlik prinsipi müxtəlif formalarda və kontekstlərdə, o cümlədən mübahisəli məsələnin həllinə yekun vurmuş məhkəmə qərarlarının şübhə altına alınmaması tələbində özünü göstərir. Hüquqi müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson İslandiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il 1 dekabr tarixli Qərarı, § 238). Qeyd olunmalıdır ki, res judicata ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Birincisi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, yəni orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğun gəlməsi prezumpsiyası (res judicata pro veritate habetur) da məhkəmə qərarının məcburiliyi ilə bağlıdır. Yəni qanuni qüvvəyə minmiş qərarın məzmununu rəsmi şəkildə şübhə altına almaq, onun icrasından imtina etmək yolverilməzdir. Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir. İkincisi, məhkəmə qərarının qanuni qüvvəyə minməsi məhkəmə qərarı ilə həll edilmiş faktlar üzrə prosesin təkrarlanmasını istisna edir. Bu nəticə pozitiv və neqativ mənada özünü göstərə bilər. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarı). Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı preklyuziv effekt (exceptio rei judicatae) yaradır. Başqa sözlə, res judicata qaydasının tətbiqi daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qərarında həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir. Qeyd etmək lazımdır ki, roman-german hüquq sisteminə daxil olan əksər ölkələrin prosessual hüquq elmi və təcrübəsində məhkəmə qərarına dair res judicata qaydasının tətbiqi həmin qərarın formal və maddi mənada qüvvəyə minməsi ilə də xarakterizə olunur. Formal mənada res judicata haqqında qəbul olunmuş məhkəmə qərarını eyni proses çərçivəsində artıq mübahisələndirmək (etiraz etmək) mümkün olmadıqda, məsələn, məhkəmə qərarından şikayət vermək müddəti başa çatdıqda və ya verilmiş şikayət (protest) geri götürüldükdə, bəhs etmək olar. Məhkəmə qərarının formal olaraq qanuni qüvvəyə minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni qüvvəyə minməsi (preklyuziv təsiri) baş verir. Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz.” Məhkəmə hesab edir ki, “Seat İbiza” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz olaraq, yəni saxta sənədlər əsasında etibardan sui-istifadə etmə və aldatma yolu ilə 11 dekabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə əsasında Cavabdeh adına rəsmiləşdirilməsi təsdiqini tapdığından, həmin nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin məhkəmə iddiaçının "Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yenidən İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilməklə onun adına dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikası DİN-nin Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin üzərinə qoyulması tələbinə münasibət bildirərək qeyd edir ki, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz olaraq, yəni saxta sənədlər əsasında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ipotekadan azad edildiyi faktı təsdiqini tapdığından və nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə etibarsız olduğundan, nəqliyyat vasitəsi yenidən ipoteka yüklü edilməli deyil, əvvəlki nəqliyyat vasitəsinin ipoteka yüklü edilməsinə dair qeydiyyat da bərpa edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 11.1-ci maddəsinə əəsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin qanunun 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddia tələbi qismən təmin edilməli, X7 ilə Cavabdeh İltiman oğlu arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində rəsmiləşdirilmiş 11 dekabr 2018-ci il tarixli “Seat İbiza” markalı **-NS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə etibarsız hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində X3 mülkiyyətində olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonuncu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 25 may 2012-ci il tarixli 131 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair aparılmış 25 may 2012-ci il tarixli qeydiyyat bərpa edilmli və “Seat İbiza” markalı **- NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11 nömrəli “Siqnal” duracağına təhvil verilmli, iddia tələbi qalan hissədə hissədə təmin edilməməlidir. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. X7 ilə Cavabdeh İltiman oğlu arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində rəsmiləşdirilmiş 11 dekabr 2018ci il tarixli “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısına dair müqavilə etibarsız hesab edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində X3 mülkiyyətində olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonuncu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 may 2012-ci il tarixli 131 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair aparılmış 06 avqust 2012-ci il tarixli qeydiyyat bərpa edilsin. “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11 nömrəli “Siqnal” duracağına təhvil verilsin. İddia tələbi qalan hissədə hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İltiman oğlundan alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə oğluna verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-632/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-632/2024
23.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver