Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-636/2020 07.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmədzadə Xəyal Natiq oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı X2 Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərazi aidiyyəti qaydalarına əməl etməmiş və ərizəni cavabdehin və ya özünün yaşadığı yerin məhkəməsinə verməmişdir. Belə ki,cavabdehə aid portalın şəxsiyyət vəsiqəsi məlumatları vərəqəsində və iddiaçının şəxsiyyət vəsiqəsindəiddiaçının və cavabdehin qeydiyyat yeri kimi ünvan 1 ünvanı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.3-cü maddəsinə görə, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsininin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı və cavabdeh hər ikisiünvan 1 ünvanında qeydiyyatda olduğundan, ona qarşı həmin iddia ərizəsinə Gədəbəy rayon Məhkəməsində baxıla bilməz. Odur ki, iddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia geri qaytarılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıX2naqaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-636/2020
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-636/2020
07.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver