Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-639/2023 31.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh azyaşlı uşağlarının saxlanılıb tərbiyyə edilməsi üçün hər ay sabit pul məbləğində 250 manat olmaqla iki uşaq üçün 500 manat aliment kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq, xx.xx.2017-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq ona verilməsi və cavabdehdən 220 manat sabit pul məbləğində alimentin alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 atalarının Cavabdeh olmasının müəyyən edilməsi və hər bir uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat aliment müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü il tarixdə cavabdeh X8 ilə evlənmişdir. Onların xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9 adında iki övladları olmuşdur. Aralarında olan narazılığa gör ayrılmışlar və ayrı yaşayırlar. Halhazırda onun cavabdehlə barışması və ailəsini bərpa etməsi qeyri mümkündür. Ona görə də o aliment tələbinə dair məhkəməyə müraciət etmişdir. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat aliment müəyyən edilməsini istəyir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə İddiaçı ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş və onlar birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il təvəllüdlü Mələk və xx.xx.2017-ci il təvəllüdlü Amin adlı iki övladları anadan olmuşdur. Bir müddət İddiaçı ilə xoşbəxt yasalar da, sonradan aralarında yaranan narazılıqlara görə ayrılmışlar və onlar ayrıldıqdan sonradan övladı Amin anası İddiaçı və digər şəxslər tərəfindən təzyiq və təsirlərə məruz qaldığı üçün onun yanında qalmaq istəmişdir. 4 aya yaxın müddət övladı Amin onunla yaşamasına, İddiaçı aliment və uşaq tələbinə dair iddiası üzrə Gədəbəy rayon Məhkəməsinin hakimi Marif Kazımovun icraatında mülki iş olmasına baxmayaraq, Gədəbəy rayon Polis şöbəsinin müvafiq əməkdaşları onu təkidlə polis şöbəsinə çağıraraq onu həmin şöbədə yerləşən müvvəqəti saxlama yerində saxladaraq övladı Amini, İddiaçı vermişlər. Övladı Amin ona çox bağlıdır, anasının yanında deyil, onun yanında qalmaq istəyir. Lakin cavabdeh Aminin ona olan bağlılığını bildiyi üçün onu uşağı ilə görüşdürmək belə istəmir ki, övladı onunla görüşəndə anasının yanına getməyəcək. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, aralarında olan narazılığa görə ayrılıblar. Uşaqlar onun himayəsindədir və uşaqlar atalarının yanında qalmaq istəmir. Hazırda uşaqları ilə birlikdə atası evində yaşayır. Uşaqlardan Amini atası zorla qaçırdıb aparmış, lakin daha sonra Amini cavabdehdən almışdır. Odur ki, ilk iddia tələbinin təmin edilməsini, qaşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi, ilk iddia tələbini qismən, uşaqların atası olması hissəsində etiraf etməklə qalan hissədə etiraf etmədi və ilk iddia tələbinin qismən təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, uşaqların atalıq faktı müəyyən edilmədiyinə görə qəyyumluq və himayəçilik orqanı rəy verə bilməmişdir. Cavabdeh uşaqların atası olduğunu etiraf edir. İddiaçı ilə cavabdeh ayrıldıqdan sonra uşaqlardan xx.xx.2017-ci il təvəllüdlü X9 4 ay atanın himayəsində yaşamışdır. İddiaçı DİN-nin 102 xidmətinə müraciət edərək guya cavabdehin uşağını döydüyünü bildirmiş, bundan sonra Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları cavabdehi saxlayaraq uşağı atadan alıb anaya vermişdir. X2 atalarına bağlılığı vardır və atasının himayəsində qalmaq istəyir. Odur ki, ilk iddia tələbinin qismən təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə və X9 xx.xx.2017-ci il tarixdə anadan olmuş, ataları qrafasında İddiaçı, anaları qrafasında Cavabdeh qeyd edilmişdir. İşdə olan mediator Mübariz Cəfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İşdə olan Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən Gədəbəy rayon Məhkəməsinə ünvanlanmış 12 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, uşaqların atalıq faktı müəyyən edilmədiyindən rəy verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2014-cü ildə qeyri-rəsmi olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9 adında iki uşaqları olmuşdur. Uşaqlar nikahdan kənar doğulduğundan atalıqları müəyyən edilməmişdir. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Uşaqlar hal-hazırda ananın himayəsində yaşayır. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının atası olması faktının müəyyən edilməsini və cavabdehdən uşaqlarının saxlanılması üçün aliment tutulmasını xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, övladı Amin Abdullayevin ilk iddia tələbi üzrə iddiaçıdan alınaraq ona verilməsi və uşağın saxlanılması üçün iddiaçıdan aliment tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək ilk iddia tələbini qismən etiraf edərək uşaqların atası olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini qismən etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini qismən etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himyəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 atasının Cavabdeh olması iddiaçının izahatı, cavabdehin etirafı və tədqiq edilmiş sübutlarla təsdiqini tapdığından bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin, məhkəmə Cavabdeh “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddiasına münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsinə verilməsi barədə iddiaçının dəlillərinə qiymət verən məhkəmə qeyd edir ki, onun bu dəlilləri azyaşlı uşaqların mənafeyi və maraqlarına zidd həll edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə işin faktiki hallarını, uşaqların ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olmasını, uşaqların mənafeyini nəzərə alaraq xx.xx.2015ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası cavabdeh İddiaçı himayəsində qalmasını daha ədalətli və qanunauyğun hesab edir və Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə ilk iddia tələbi üzrə iddiaçının aliment tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər uşağa görə 180 manat olmaqla, iki uşaq üçün 360 manat məbləğində aliment təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İlk iddia tələbi üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. İlk iddia tələbi üzrə cavabdeh qaşırlıqlı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ilk iddia tələbi qismən təmin edildiyindən və qarşılıqlı iddia tələbi təmin edilmədiyindən övənilmiş dövlət rüsumu və mediasiya xərci ilk iddia tələbi üzrə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İlk iddia tələbi qismən təmin edilsin. İddiaçı 22 sentyabr 2015-ci ildə doğulmuş X3 və 15 fevral 2017-ci ildə doğulmuş X4 atasının Cavabdeh olması faktı müəyyən edilsin. 26 may 2023-cü il tarixdən başlayaraq, 22 sentyabr 2015-ci il təvəllüdlü X3 və 15 fevral 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ilk iddia tələbi üzrə Cavabdeh hər uşağa görə 180 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində 360 manat məbləğində aliment tutularaq ilk iddia tələbi üzrə İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh 63.2 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci ilk iddia tələbi üzrə Cavabdeh alınaraq İddiaçı verilsin. Qarşılqılı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu ilk iddia tələbi üzrə Cavabdeh aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-639/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-639/2023
31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver