Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-697/2025 24.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-869/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiası üzrə mülki işin baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Kür qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 769 saylı arayışdan görünür ki, Əliyeva X1 rayonu, Çobankənd kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşayır. Həmçinin cavabdeh xarici ölkənin vətəndaşı olduğundan və müvəqqəti yaşayış yeri olmadığından məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman iddiaçının qeydiyyat ünvanı Gədəbəy rayonu ərazisində yerləşdiyindən və iddia ərizəsinə baxılan zaman qeydiyyatını Şəmkir rayonuna dəyişdiyindən, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Həmin mülki işə ərazi aidiyyətinə görə Gədəbəy Rayon Məhkəməsi tərəfindən baxılmalı olması ilə əlaqədar Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 869/2025 saylı qərardadı üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edilməli olması ilə bağlı aidiyyət qaydasını istisna edən hallar da müəyyən edilmişdir. Hansı ki, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddia tələbi üzrə iddiaçılara öz yaşadığı yerin məhkəməsinə müraciət etmək üçün seçim imkanı verilmişdir. Qanunvericinin bu mövqeyi alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddia tələbi üzrə tərəflərin qeydiyyat yerindən asılı olmayaraq məhkəməyə əlçatımlılığının təmin edilməsindən irəli gəlir. Elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatlar üzrə müəyyən edilmişdir ki, İddiaçı Şəmkir rayonu, Kür Qəsəbəsi ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, «rəsmi qeydə alınan yer» və «şəxsin yaşadığı yer» anlayışları müxtəlif anlayışlardır. Doğrudur ki, şəxsin rəsmi qeydə alındığı yer dedikdə onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu ünvan başa düşülür. Şəxsin yaşayış yeri dedikdə isə onun faktik yaşadığı yer başa düşülür. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Bu halda iddiaçının yaşayış yeri Şəmki rayonu, Kür qəsəbəsi hesab edilir və onun aliment tələbinə dair iddiası Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsinin tələbləri baxımından Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olmuş olur. Məhkəmə diqqətə çatdırır ki, qanunun özündə yaratdığı bu prizma şəxsin məhkəməyə əlçatanlıq prinsipindən qaynaqlanır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə diqqətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir Məhz bu baxımdan məhkəmə aidiyyəti mülki prosessual qanunvericilikdə dəqiq müəyyən edilmiş və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün tam aydın olaraq göstərilmişdir. Həmçinin elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatlar üzrə Cavabdeh qeydiyyat və ya sonuncu yaşadığı ünvanın müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, hazırki mülki işə Gədəbəy Rayon Məhkəməsində baxılmasına dair əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilən hallar İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğundan hazırkı iş üzrə məhkəmə aidiyyəti Gəncə Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair 2(042)-697/2025 nömrəli mülki iş ərazi aiddiyyatının müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(042)-697/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-697/2025
24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver