Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-698/2020 02.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təhsil və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı Dövlət Universitetinin Qazax filialının Filologiya ixtisasının əyani şöbəsinin 4-cü kursunu bitirənədək, yəni, 2024-cü ilin iyun ayına kimi hər ay 400 manat sabit pul məbləğinin Cavabdeh alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun atasıdır. Valideynləri 1999-cu il tarixdə qeyri-rəsmi ailə qurmuşdur. O, xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Valideynləri 2006-cı il tarixdə aralarında baş vermiş narazılıqlara görə ayrılmış və o, anasının himayəsində saxlanılmışdır. Hazırda o, Bakı Dövlət Universitetinin Qazax filialının Filologiya ixtisasının əyani şöbəsində ödənişli əsaslarla oxuyur və heç bir yerdə işləmir. Anasınını və qardaşının maddi vəziyyəti yaxşı deyil. Ona görə də universiteti bitirənədək atasından onun təhsil və əlavə xərclərin ödənilməsini istəyir və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, 60-dan çox yaşı var. Onun hələ də torpaq sahəsi və yaşamağa evi yoxdur. Aldığı əmək haqqı onun dolanması üçün çətinliklə kifayət edir. Ona görə də onun iştirakı olmadan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuş, atası qrafasında Cavabdeh qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddiatələbi qismən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Beləliklə, iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, cavabdeh isə məhkəməyə etiraz ərizəsi göndərərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə məcəlləsinin müvafiq normalarına əsasən 18 yaşına çatmayan şəxslər uşaq hesab edilir və onların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Lakin iddiaçı 18 yaşına çatmış və o, uşaq sayıla bilməz.Eyni zamanda qanunda valideynlərin yalnız əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlarınısaxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının əmək qabiliyyətinin olmaması müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-698/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-698/2020
02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver