Məhkəmə qərarları › İş №2(042)-721/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-721/2021

27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-721/2021 27.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə İddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı aliment və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı 21.08.2011-ci il tarixdə doğulmuş X5 və 21.08.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi, 400 manat miqdarında aliment alınaraq, ona verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Bayramov X7 İlahə Köçəri qızı ilə aralarında olan 03.03.2011-ci il tarixdə Gədəbəy Rayonunun Zəhmət kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış nikahın pozulması haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 03.03.2011ci il tarixdə Gədəbəy Rayonunun Zəhmət kənd İƏD üzrə nümayəndəlikdə nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından 21.08.2011-ci il tarixdə X9 və 21.08.2011ci il tarixdə X10 doğulmuşlar. Hazırda azyaşlı uşaqlar onun himayəsindələr. Cavabdehlə münasibətləri pozulmuşdur. O, azyaşlı uşaqların saxlanılmasında çətinliklər çəkir. Cavabdeh isə fərdi əməklə məşğul olur və yüksək qazanc əldə edir. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməsini xahiş ehiş edir. Həmçinin aralarında ailə münasibətləri pozulduğu üçün qarşılıqlı iddia ərizəsinin də təmin edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbini qismən etiraf etmiş, qarşılıqlı iddia ərizəsinin məzmunuma uyğun izahat verərək bildirmişdir ki, 21.08.2011-ci il tarixdə doğulmuş X9 və 21.08.2011-ci il tarixdə doğulmuş X1 İlahə Köçəri qızının himayəsindədir. Onun rəsmi iş yeri yoxdur. Həmçinin Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay 50 manat aliment ödəyir. Hər uşaq üçün 100 manat, cəmi, 200 manat miqdarında aliment ödəyə bilər. Ona görə də ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X4 görünür ki, İddiaçı və Cavabdeh nikahlarını 03.03.2011-ci il tarixdə Gədəbəy RİHB-nın Zəhmət Kənd İƏD üzrə Nümayəndəliyində bağlamışlar. İşdə olan X3 surətlərindən görünür ki, tərəflərin birgə nikahından 21.08.2011-ci il tarixdə X9 və 21.08.2011-ci il tarixdə X10 doğulmuşlar. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 19.03.2014-cü il tarixli 2(041)-249/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ay 50 manat aliment alınaraq, X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin, qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 22.2.1, 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaq üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1 -ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Beləliklə, tərəflər 03 may 2011-ci il tarixdə Gədəbəy RİHB-nın Zəhmət Kənd İƏD üzrə Nümayəndəliyində nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 21.08.2011-ci il tarixdə X9 və 21.08.2011-ci il tarixdə X10 doğulmuşdur. Hazırda azyaşlı uşaqlar analarının himayəsindədirlər. Tərəflər arasında olan nikah formal xarakter daşıyır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı nikah pozulduqdan sonra azyaşlı uşaqların analarının himayəsində saxlanılmasına etiraz etmir. Tərəflər məhkəmə iclasında nikahın pozulmasını təkid etmişlər. Məhkəmə alimentin miqdarını müəyyən edərkən cavabdehin rəsmi iş yerinin olmasını, onun Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə digər şəxsə aliment ödəməsini nəzərə alır və belə nəticəyə gəlir ki, Cavabdeh azyaşlı uşağın saxlanılması üçün hər ay, cəmi 260 manat aliment ödəyə bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalı, azyaşlı 21.08.2011-ci il tarixdə X9 və 21.08.2011-ci il tarixdə X10 anaları İddiaçı himayəsinə verilməli, 21.08.2011-ci il tarixdə doğulmuş X5 və 21.08.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 iyun 2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 130 manat, cəmi, 260 manat miqdarında aliment alınaraq, İddiaçı verilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: İlkin iddia tələbi qismən təmin edilsin. 21.08.2011-ci il tarixdə doğulmuş X5 və 21.08.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay, hər uşaq üçün 130 manat, cəmi, 260 manat miqdarında aliment alınaraq, İddiaçı verilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 03.03.2011-ci il tarixdə Gədəbəy RİHB-nın Zəhmət Kənd İƏD üzrə Nümayəndəliyində bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından 21.08.2011-ci il tarixdə doğulmuş X9 və 21.08.2011-ci il tarixdə X10 anaları İddiaçı himayəsinə verilsin. Aliment tutulması 17 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar