Məhkəmə qərarları › İş №2(042)-745/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-745/2024

28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-745/2024 28.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsində olmasının müəyyən edilməsi və aliment ödənişindən azad olma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, övladı - xx.xx.2007-ci il doğum tarixli X3 ata İddiaçı himayəsində olmasının müəyyən edilməsi və övladının saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-175/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat alimentdən 10 aprel 2024-cü il tarixdən etibarən azad edilməsi və 55 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun və 65 manat vəkil xərcinin əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə 2004-cü ildə qeyri-rəsmi ailə qurmuşlar, aralarında rəsmi ikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2005-ci il doğum tarixli X8, xx.xx.2007-ci il doğum tarixli X6 və xx.xx.2008-ci il doğum tarixli X9 üç övladları olmuşdur. Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarıdna baş verən narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042 )-175/2023 saylı qətnaməsi ilə yetkinlik yaşma çatmayan uşaqlarının saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay sabit pul məbləğində hər bir uşaq üçün 130 manat olmaqla cəmi 390 manat aliment tutulması qət edilmişdir. Uşaqlarından oğlum İlkin yetkinlik yaşına çatmışdır. Qızı Rahilə hal-hazırda faktiki olaraq onun yanında, Mələk isə anasının yanındadır. Rahilə anasına getmək istəmir və onunla yaşamaq istədiyini bildirir. Sonuncu dəfə 10 aprel 2024-cü il tarixdə oğlu onun yanına gəlmiş və anasına geri qayıtmamışdır. Həmin vaxtdan Rahiləni o saxlayır, bütün maddi tələbatlarını qarşılayır və övladının sağlam böyüməsi üçün bir ata kimi əlindən gələni edir. Rahilənin müalicə xərclərini o qarşılayır və müalicəsində istifadə olunan dərmanları Rusiya Federasiyasından sifarişlə gətizdirir. Ona görə də övladı - Rahilənin onun himayəsində olmasının müəyyən edilməsini və onun saxlanılması üçün ondan cavabdehin xeyrinə tutulan aliment ödənişindən azad edilməyisini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, ona qarşı olan iddia tələbini qəbul etmir, iddiaçı ilə aralarında baş verən narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042 )-175/2023 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün iddiaçıdan onun xeyrinə hər ay sabit pul məbləğində hər bir uşaq üçün 130 manat olmaqla cəmi 390 manat aliment tutulması qət edilmişdir. Uşaqlarından oğlu İlkin yetkinlik yaşına çatmışdır. Qızı Rahiləni isə ad günü qeyd etməsinə gör atasının yanına göndərmişdir. Həmin vaxtdan qızı Rahilə iddiaçı tərəfdən öyrədilərək onun yanına gəlmir. Qızı epilepsiya xəstəsidir, öz davranışlarını özü idarə edə bilmir, hal hazırda da özündə deyildir. Rahilənin müalicə xərclərini o qarşılamışdır. Ona görə də iddia tələbi ilə razı deyil və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir xx.xx.2007-ci il doğum tarixli X6 məhkəmə iclasında atasının himayəsində və tərbiyəsində qalmaq istədiyini, cavabdeh tərəfindən işgəncələrə məruz qaldığını və ona görə də cavabdehin himayəsində qalmaq istəmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, yetkinlik yaşına çatmamış uşağın fikrini dinləyib, iş materiallarını və işin diqqətəlayiq hallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(042)- 175/2023 saylı qətnaməsinə əsasən, 28 sentyabr 2005-ci il tarixdə doğulmuş X8, 27 iyul 2007-ci il tarixdə doğulmuş X6 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X2 üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(104)-2255/2021 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay hər uşaq üçün 120 manat, cəmi, 360 manat alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 130 manat, cəmi, 390 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.2007-ci il tarixdə doğulmuş, atası qrafasında İddiaçı, anası qrafasında Cavabdeh qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti yanında Qəyyum və himayəçilik orqanının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə məhkəmədə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2004-cü ilin əvvəllərində qeyri-rəsmi evlənmiş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların 28 sentyabr 2005-ci il təvəllüdlü X8, 27 iyul 2007-ci il təvəllüdlü X6 və 08 avqust 2008-ci il təvəllüdlü X7 adında üç uşaqları olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(042)-175/2023 saylı qətnaməsinə əsasən, 28 sentyabr 2005-ci il tarixdə doğulmuş X8, 27 iyul 2007-ci il tarixdə doğulmuş X6 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X2 üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(104)-2255/2021 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay hər uşaq üçün 120 manat, cəmi, 360 manat alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 130 manat, cəmi, 390 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İlkin Qurbanov yetkinlik yaşın açatmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, xx.xx.2007-ci il təvəllüdlü X3 onun himayəsində olmasını müəyyən edilməsini və 10 aprel 2024-cü il tarixdən ondan Cavabdeh xeyrinə tutulan . Gədəbəy rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(042)-175/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat aliment ödənişindən azad edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsinə verilməsi barədə iddiaçının dəlillərinə qiymət verən məhkəmə qeyd edir ki, onun bu dəlilləri azyaşlı uşaqların mənafeyi və maraqlarına zidd həll edilməməlidir. Gədəbəy Rayon İcra Hakimiyyəti yanında Qəyyum və himayəçilik orqanı rəyində xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 atası İddiaçı himayəsində qalmasını məqsədəuyğun hesab etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə işin faktiki hallarını, uşağın mənafeyini, sağlamlığını, tərbiyəsini, eləcə də qəyyumluq və himayəçilik orqanının rəyini, məhkəmə iclasında dinlənilmiş yetkinlik yaşına çatmayan X3 fikrini nəzərə alaraq xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 atası cavabdeh İddiaçı himayəsində qalmasını daha ədalətli və qanunauyğun hesab edir. Eləcə də məhkəmədə uşağın iddiaçının himayəsinə verilməsini istisna edən hal müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, uşağın atasının himayəsində yaşaması onun sağlam böyüməsi, təhsili və tərbiyəsi, cəmiyyətdə sağlam böyüməsi və formalaşması üçün zəruri əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd olunan hüquq normasını hazırki iş üzrə tətbiq edərək, hesab edir ki, yetkinlik yaşına çatmayan X6 atası İddiaçı himayəsinə olduğundan, ondan Gədəbəy Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(042)-175/2023 saylı qətnaməsi ilə həmin uşağa münasibətdə Cavabdeh xeyrinə tutulan alimentin icrası aradan qalxmışdır. Odur ki, İddiaçı Gədəbəy rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(042)-175/2023 saylı qətnaməsi ilə X1 üçün tutulan aliment ödənişindən uşaq iddiaçının himayəsinə keçdiyi vaxtdan, 10 aprel 2024-cü il tarixdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 27 iyul 2007-ci il təvəllüdlü X6 İddiaçı himayəsində saxlanılmalı, İddiaçı Gədəbəy rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(042)-175/2023 saylı qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 130 manat məbləğində aliment ödənişindən 10 aprel 2024-cü il tarixdən azad edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, vəkil xərci və məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, vəkil üçün çəkilmiş xərclər, ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. 27 iyul 2007-ci il təvəllüdlü X6 İddiaçı himayəsində saxlanılsın. İddiaçı Gədəbəy rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(042)-175/2023 saylı qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 130 manat məbləğində aliment ödənişindən 10 aprel 2024-cü il tarixdən azad edilsin. Ödənilmiş 45 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin və 65 manat xəkil vərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar