Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-752/2021 05.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı uşaqların onun himayəsinə verilməsi və aliment ödənişindən azad edilmə tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X9 qarşı 15.05.2009-cu il tarixdə doğulmuş X10 onun himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(042)-37/2018 saylı qətnaməsi ilə cavabdehə ödəməli olduğu aliment ödənişindən azad edilmə tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, cavabdeh X14 ilə 2007-ci il tarixdə qeyri-rəsmi ailə qurmuş, 07.07.2011-ci il tarixdə Gədəbəy rayonunun Zəhmət kənd İƏD üzrə Nümayəndəlikdə nikah bağlamışlar. Birgə nikahlarından 15.05.2009-cu il tarixdə X17 və 25.01.2016-cı il tarixdə X18 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(042)-37/2018 saylı qətnaməsi ilə ondan hər ay, iki uşağın yetkinlik yaşına çatanadək cəmi 220 manat aliment alınaraq, X9 verilməsi qət edilmişdir. X4 onun himayəsində qalmışdır. Ona görə də iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək bildirmişdir ki, Tərəflərin birgə nikahlarından X17 və X18 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. X4 iddiaçının himayəsində qalmışdır. Məhkəmə iclasında dindirilmiş digər şahidlər X13 və X2 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(042)37/2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X15 ilə X14 arasında 07.07.2011-ci il tarixdə Gədəbəy rayon İHB-nın Zəhmətkənd İƏD üzrə nümayəndəlikdə bağlanmış, 17 nömrə ilə qeyd olunmuş nikahın pozulması, yetkinlik yaşına çatmayan 15.05.2009-cu il təvəllüdlü X19 və 25.01.2016-cı il təvəllüdlü X20 anaları X7 himayəsində saxlanılması, 23 avqust 2017-ci il tarixdən başlayaraq, 15.05.2009-cu il təvəllüdlü X11 və 25.01.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 hər ay sabit pul məbləğində bir uşaq üçün 110 manat cəmi 220 manat aliment alınaraq, iddiaçı X9 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 15.05.2009cu il tarixdə X19 və 25.01.2016-cı il tarixdə X20 doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaq hüquqları haqqında Konvensiyanın 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir ki, tərəflər 2007-ci il tarixdə qeyri-rəsmi ailə qurmuş, 07.07.2011-ci il tarixdə Gədəbəy rayonunun Zəhmət kənd İƏD üzrə Nümayəndəlikdə nikah bağlamışlar. Onların birgə nikahlarından 15.05.2009-cu il tarixdə X17 və 25.01.2016-cı il tarixdə X18 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(042)-37/2018 saylı qətnaməsi ilə İddiaçı hər ay, iki uşağın yetkinlik yaşına çatanadək cəmi 220 manat aliment alınaraq, X9 verilməsi qət edilmişdir. Lakin X3 Müşfiq Xanlar oğlunun himayəsində qalmışdır. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini azyaşlı uşaqların rifahını və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, qarşı 15.05.2009-cu il tarixdə doğulmuş X3 Müşfiq Xanlar oğlunun himayəsində olması faktı müəyyən edilməli, Gədəbəy Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(042)-37/2018 saylı qətnaməsi ilə İddiaçı 15.05.2009-cu il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək ödəməli olduğu aliment ödəmək öhdəliyindən azad edilməli və X1 ilə əlaqədar yaranmış aliment borcu ləğv edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. 15.05.2009-cu il tarixdə doğulmuş X3 Müşfiq Xanlar oğlunun himayəsində olması faktı müəyyən edilsin. Gədəbəy Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(042)-37/2018 saylı qətnaməsi ilə İddiaçı 15.05.2009-cu il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək ödəməli olduğu aliment ödəmək öhdəliyindən azad edilsin. İddiaçı X1 ilə əlaqədar yaranmış aliment borcu ləğv edilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi X6 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-752/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-752/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver