Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-757/2025 04.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Rafail oğluna qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Rafail oğluna qarşı Cavabdeh Rafail oğlundan 09 aprel 2021-ci il tarixdə doğulmuş X4 və 09 sentyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonarkı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin 0.615 misli məbləğində aliment təyin edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Cavabdeh Rafail oğlu ilə 2010-cu ilin əvvələrində nikah bağlamadan ailə qurmuşdur. Ailə münasibətlərindən 09 aprel 2011-ci il tarixdə X4 və 09 sentyabr 2014-cü il tarixdə X3 doğulmuşdur.Cavabdeh Rafail oğlundan aralarında olan narazılığa görə 2018-ci ildə ayrılmışlar. O, uşaqların atalıq faktının müəyyən edilməsi və ailment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşaqların atalıq faktı müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay hər uşaq görə 110 manat, iki uşağa görə 220 manat miqdarında alimentin cavabdehdən alınaraq, ona verilməsi qət edilmişdir. Bir müddət aliment aldıqdan sonra cavabdehlə barışmışlar. Bu səbəbdən də aliment almaqdan imtina etmişdir. Bu barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmiş, iş üzrə icra icratına xitam verilmişdir. Cavabdeh Rafail oğlu bir müddət mehirban yaşamışlar.Lakin aralarında yenidən narazılıqlar yaranmış və onlar ayrılmışlar. Ona görə də Cavabdeh Rafail oğlundan azyaşlı üşaqların saxlanılıb tərbiyyə edilməsi üçün sonrakı artımları nəzərə almaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğinin 0.615 misli məbləğində aliment alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Rafail oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh Rafail oğlu ilə İddiaçı birgə ailə münasibətlərindən 09 aprel 2011-ci il tarixdə X4 və 09 sentyabr 2014-cü il tarixdə X3 doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli Qətnaməsindən görünür ki, 09 aprel 2011-ci il tarixdə doğulmuş X4 və 09 sentyabr 2014-cü il tarixdə doğulmuş X2 atalarının Cavabdeh Rafail oğlu olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2010-cu ildə ailə həyatı qurmuşlar. Onların birgə ailə münasibətlərindən 09 aprel 2011-ci il tarixdə X4 və 09 sentyabr 2014-cü il tarixdə X3 doğulmuşlar. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər. İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğinin 0.615 misli məbləğində alimentin cavabdehdən alınaraq, ona verilməsini tələb etmişdir. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşaqların layiqli həyat şəraitinin təmin edilməsi üçün onlara minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin də maddi vəziyyətini, uşaqların saxlanılmasında onların iştirakları dərəcəsini, eləcə də Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 09 aprel 2011-ci il tarixdə doğulmuş X4 və 09 sentyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər üşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğinin 0.375 misli məbləğində aliment Cavabdeh Rafail oğlundan alınaraq, İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məcəlılənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. 09 aprel 2011-ci il tarixdə doğulmuş X4 və 09 sentyabr 2014-cü il tarixdə doğlmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı sonrakı artirılmalar nəzərə alınmaqla hər ay hər üşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.375 misli qədər aliment Cavabdeh Rafail oğlundan alınaraq, İddiaçı verilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh Rafail oğlundan alınaraq, İddiaçı və 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-757/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-757/2025
04.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver