Məhkəmə qərarları › İş №2(042)-780/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-780/2025

15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-780/2025 15.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldilması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ondan xx.xx.2012-ci il tarixdə doğulmuş X2, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün üçün Gədəbəy Rayon Məhkəməsinin 14 mart 2025-cu il tarixli 8(042)- 53/2025 saylı qərardadı ilə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin 0.48 misili həddində aıimentin miqdarının azaldaraq minumum əmək haqqının 0.325 misli həddində müyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdehlə ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş X2, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Gədəbəy Rayon Məhkəməsinin 14 mart 2025-cu il tarixli qərardadı ilə hər ay hər uşaq üçün minimum əməkhaqqı məbləğinin 0.48 misli həddində alimentin ondan alınaraq, cavabdehə verilməsi qərara alınmışdır. O, daxili işlər orqanlarının əməkdaşıdır. Başqa iş və əlavə gəlir mənbəyi yoxdur. Yeni ailə qurmuşdur və həmin ailədən uşağın doğulması gözlənilir. Buna görə də uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün o, hər ay hər uşaq üçün yalnız 130 manat aliment ödəyə bilər. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki,o, iddiaçı ilə 2011-ci il tarixdə nikah bağlamışdır. Birgə ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X2, xx.xx.2014-cü il tarixdə X3 və xx.xx.2016-cı il tarixdə X7 doğulmuşlar. İddiaçı ilə aralarında yaranmış narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin qərardadı ilə uşaqların saxlanılması üçün iddiaçıdan hər ay hər uşaq üçün minimum əməkhaqqı məbləğinin 0.48 misli həddində alimentin alınaraq, ona verilməsi qərara alınmışdır. Uşaqlar hazırda onun yanındadır. Buna baxmayaraq, onun maddi vəziyyəti yaxşı deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz etmiş, eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(042)-53/2025 saylı qərardadının surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X2, xx.xx.2014cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı minimum əməkhaqqı məbləğinin 0.48 misli həddində indeksasiya edilmişdir. İşdə olan Sənədlərdən görünür ki, xx.xx.2012-ci il tarixdə X2, xx.xx.2014-cü il tarixdə X3 və xx.xx.2016-cı il tarixdə X8 doğulmuş, atası qrafasında İddiaçı İlahm oğlu, anası qrafasında Cavabdeh qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olna sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsaəsn sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsaəsn uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırda cavabdehə 2025-ci ildə uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumundan daha az miqdarda aliment ödəyir. Ona görə də məhkəmə uşaqların maraqları və manefələrinin üstünlüyü prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci, 227 və 233 maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar