Məhkəmə qərarları › İş №2(042)-80/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-80/2023

17.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-80/2023 17.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir sədrliyi, X8 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlamadan imtina edilməsi və bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, ƏMKDK-nin yanında DƏDRXnin Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə onun adına verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən ümumi sahəsi 24.30 kv.m olan fərdi yaşayış evinin və 0.8742 ha torpaq sahəsinin Cavabdeh1 bağışlamasından imtina edilməsi və bu barədə reyestrdə 4Ə-17 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X1 ona Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən ümumi sahəsi 24.30 kv.m olan fərdi yaşayış evi və 0.8742 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlaka dair onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə ƏMDK yanında DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən ona xx.xx.2022-ci il tarixdə **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. O, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir, hal-hazırda Gədəbəy rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. Cavabdeh1 onun oğludur. Oğlu onu ruhi xəstəliyindən istifadə edib aldadaraq 2019-cu ildə ondan Gədəbəy rayon Notariat ofisində mülki etibarnamə almışdır. Bu barədə xx.xx.2019cu il tarixdə reyestrdə 7E-2537 nömrə ilə qeyd edilmişdir. O, ruhi xəstə olduğu üçün və həmin vaxt xəstəxanadan təzə çıxdığı üçün adından oğluna verilən etibarnamənin məzmununu oxumadan onu imzalamışdır. Anasının vəfatından sonra ondan qalmış miras onun adına xx.xx.2022-ci il tarixdə sənədləşmişdir. Bundan sonra Cavabdeh1 onun etibarından sui-istifadə edərək xx.xx.2019-cu il tarixli, reyestrdə 7E-2537 nömrə ilə qeyd edilmiş etibarnamə əsasında ona verilmiş olduğu səlahiyyətləri öz arvadı Cavabdeh2 ötürmüş, sonuncu ona məlumat vermədən özbaşına olaraq xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən ümumi sahəsi 24.30 kv.m olan fərdi yaşayış evini və 0.8742 ha torpaq sahəsini bağışlama yolu ilə oğlu Cavabdeh1 adına keçirmişdir. Cavabdeh2 onun əvəzindən xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi imzalayaraq həmin əmlakı Cavabdeh1 bağışlamışdır. Hansı ki bundan onun xəbəri olmamış və ona heç bir məlumat verilməmişdir. Yalnız 2022-ci ilin avqust ayında ona Arıqıran kəndində yaşayan qonşusu Taleh adlı şəxs ona Cavabdeh1 onun adına olan əmlakı öz adına keçirdiyini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, oğlu Cavabdeh1 onun vermiş olduğu etibarnamə üzrə səlahiyyətləri xx.xx.2022-ci il tarixli, 7E- 148 saylı etibarnamə əsasında arvadı Cavabdeh2 qızna ötürmüşdür. Bundan sonra Şəmkir rayon Notariat ofisinə müraciət edərək xx.xx.2022-ci ildə xx.xx.2019-cu il tarixli, reyestrdə 7E-2537 nömrə ilə qeyd edilmiş etibarnaməni və xx.xx.2022- ci il tarixli, reyestrdə 7E-148 nömrə ilə qeyd edilmiş etibarnaməni ləğv etdirmişdir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən ümumi sahəsi 24.30 kv.m olan fərdi yaşayış evinin və 0.8742 ha torpaq sahəsinin oğlu Cavabdeh1 bağışlanması barədə reyestrdə 4Ə- 17 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini tələb etməli olmuşdur. Hansı ki, həmin müqavilədən onun ümumiyyətlə xəbəri olmamış, cavabdehlər mənim ruhi xəstəliyindən istifadə edərək ona məxsus olan əmlakı öz adlarına keçirmişlər. Həmçinin, hal-hazırda oğlu və sonuncunun arvadı ilə münasibətləri pisləşmişdir. Hazırda Cavabdeh1 bir oğul kimi ona baxmır, ailə hüquq münasibətlərindən irəli gələn övlad vəzifələrini yerinə yetirmir. Hazırki iddia üzrə bağışlama müqaviləvisinin ləğv edilməsi üçün iki hüquqi əsas yaranmışdır. Birincisi, həmin bağışlama müqaviləsini ona məlumat vermədən onun adından Cavabdeh2 imzalamışdır. Hansı ki, o Cavabdeh2 belə bir səlahiyyət verməmişdir. Adına etibarnamə verdiyi Cavabdeh1 onun etibar etdiyi səlahiyyətləri arvadı Cavabdeh2 vermiş, lakin bu barədə ona heç bir məlumat verməmişdir. Eləcə də Cavabdeh1 onu aldadaraq adına olan əmlakı öz adına keçirtmək məqsədi ilə birtərəfli əqd olan etibarnaməni ona imzalatmış və həmin etibarnamədən istifadə edərək, arvadı Cavabdeh2 onun əvəzindən bağışlama müqaviləsinə imza etdirərək ona məxsus əmlakın öz adına bağışlanılmasına nail olmuşdur. İkincisi, həmin bağışlama müqaviləsi etibarlı olsa belə, Cavabdeh1 ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş valideynini saxlamaq və ona qayğı göstərmək vəzifəsini kobudcasına pozduğuna görə onun adından Cavabdeh1 verilmiş hədiyyəni (Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən ümumi sahəsi 24.30 kv.m olan fərdi yaşayış evini və 0.8742 ha torpaq sahəsini) bağışlamaqdan imtina etməkdə haqlıdır. Odur ki, qızına verdiyi bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. Cavabdehlər Cavabdeh1 Ziyad oğlu və Cavabdeh2 məhkəmə iclasında ərizə verərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 Ziyad oğlu məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. İddiaçı onun atasıdır. İddiaçının psixi xəstəliyi vardır. Bu barədə xəstəxanada qeydiyyatdadır və ikinci qrup əlildir. Atası etibarnamə verərkən xəstəliyi ilə bağlı xəstəxanada olmamışdır. Həmin etibarnaməni verərkən tam anlaqlı olmuşdur. Etibarnamə vermək üçün Şəmkir rayonunda notariat ofisinə onunla birlikdə gedərək ona etibarnamə vermişdir. Hətta dövlət rüsumunu da atası ödəmişdir. Bundan sonra isə o, həmin etibarnamə əsasında arvadı Cavabdeh2 etibarnamə vermişdir. Mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin sənədləşdirmə işlərini o aparmışdır. Atası İddiaçı bütün sənədləşdirmə prosesindən xəbəri olmuşdur. Daha sonra atasına məxsus Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı tərəfindən ona bağışlanmışdır. Bağışlanma müqaviləsi bağlanarkən İddiaçı əvəzindən onun nümayəndəsi Cavabdeh2 iştirak etmişdir. Atası İddiaçı həmin müqaviləsinin bağlanmasında xəbəri olmuş, müqavilə bağlanarkən onlarla notariat ofisinə getmiş və orda olmuşdur. Atası ilə anası uzun müddətdir ki, ayrı yaşayırlar. Atası Tovuz rayonunda, anası isə Bakı şəhərində bacısının yanında yaşayır. Hazırda isə atası ilə anası barışmışdır. Bacısı isə həmin torpaq sahəsinə və fərdi yaşayış evinə sahiblik etmək istəyir. Ona görə də, atası hazırda ona qarşı iddia qaldırmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 Ziyad oğlu ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayon Xüsusi Notariusu məhkəməyə məktub göndərək mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X4 Gədəbəy rayon Qəbul şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ƏƏSMN-i tabeliyində DSMF publik hüquqi şəxsinin 2 saylı Qazax-Tovuz RF Gədəbəy rayon qəbul şəxsindən ömürlük İİ qrup hərbi xidməti dövrü ilə əlaqədar əlil kimi 268.62 manat pensiya alır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1981-ci ildən Qazax psixiatriya xəstəxanasında qeydiyyatdadır və dəfələrlə xəstəxanada stasionar müalicələrdə olmuşdur. Diaqnozu “şəxsiyyətin psixopatik dəyişkənliyi. Oynaq tip” olmuşdur. İşdə olan 19 yanvar 2022-ci il tarixli, reyestrdə 7E-148 nömrə ilə qeyd edilmiş etibarnamənin surətindən görünür ki, Məmmədov X9 İlqam Ziyad oğlu tərəfindən ona verilmiş səlahiyyətləri Cavabdeh2 ötürmüşdür. İşdə olan Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 05 oktyabr 2022-ci il tarixli və 10 oktyabr 2022-ci il tarixli məktublardan görünür ki, xx.xx.2022-ci il tarixli, 7E-148 saylı reyestrdə qeydə alınmış Cavabdeh1 verilmiş və xx.xx.2019-cu il tarixli, 7E-2537 saylı reyestrdə qeydə alınmış etibarnamələr Azərbaycan Respublikası MM-nin 365.1.3-cü maddəsinin tələbinə uyğun olaraq İddiaçı ərizəsinə əsasında xx.xx.2022-ci il tarixdə ləğv olunmuş və bu barədə etibarnamələrinin qeyd olunduğu reyestr kitabında müvafiq qeyd aparılmışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı ərizəsinə cavab olaraq verilmiş 30 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mərhum X3 məxsus olmuş Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021 -ci il tarixli, 2v-757 reyestr nömrəli “Qanun üzrə vərəsəlik Şəhadətnaməsi” əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixli, 4Ə-17 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı həmin fərdi yaşayış evi üzərində yenidən hüquqlarınin dövlət reyestrində qeydiyyata alınması üçün Cavabdeh1 adına verilmiş bağışlanma müqaviləsi və çıxarış ləğv olunmalıdır. Cavabdeh1 adına verilmiş bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Sözügedən məsələnin həlli ilə bağlı sizə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan 19 yanvar 2022-ci il tarixli bağışlanma müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən ümumi sahəsi 24.3 m2 olan yaşayış evini və həmin evin yerləşdiyi 0.8742 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Müqaviləni İddiaçı əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən ümumi sahəsi 24.3 kv.m olan fərdi yaşayış evi və 0.8742 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq Cavabdeh1 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə 505-06-355 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. İşdə olan Gədəbəy rayonu İHB-nin Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 420 saylı arayışdan görünür ki, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən DƏDRX-nin ********** qeydiyyat nömrəli, **********91-10301 reyestr nömrəli çıxarışına əsasən fərdi yaşayış evi Cavabdeh1 məxsusdur və həmin evdə sadəcə Cavabdeh1 qeydiyyatdadır. İşdə olan doğum akt qeydləri kitabından çıxarışdan görünür ki, X6 xx.xx.1958-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuşdur. Bu barədə Gədəbəy rayon İnəkboğan kənd İƏD-si tərəfindən xx.xx.1958-ci il tarixdə 35 nömrəli doğum akt qeydi tərtib olunmuşdur. Atası qrafası boş saxlanılmış, anası qrafasında X7 qeyd edilmişdir. İşdə olan olan Gədəbəy rayon Notariat ofisinin DƏDRX-nin Ərazi İdarəsinə ünvanlanmış 27 avqust 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı miras qoyan mərhum anası X2 qanun üzrə vərəsəsidir. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Ərazi İdarəsinə müraciət edərək mərhum anası X1 miras qalmış Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair reyestrdən çıxarışı aldıqdan sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. İşdə olan Gədəbəy rayonu İHB-nin Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 421 saylı arayışın surətindən görünür ki, İddiaçı mərhum anası X5 ölən bir günə kimi Gədəbəy rayonu, Arıqıran kəndində yaşamış və 01 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatında ailə üzvü kimi sadəcə İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 258 saylı arxiv arayışının surətindən görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arıqıran kənd X12 İcraiyyə Komitəsinin 1991-1995-ci illərə dair 5 saylı təsərrüfatbaşına kitabının 378-ci şəxsi hesabında İddiaçı mərhum anası X2 adına olan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tiki qrafasında ümum sahəsi 16 kv.m olan ev qeyd edilmişdir. İşdə olan 03 dekabr 2021-ci il tarixli, reyestrdə 2V-757 nömrə ilə qeyd edilmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olan İddiaçı olması və onun miras əmlakdan tam hissədə tam pay alması müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********911-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən ümumi sahəsi 24.3 kv.m olan fərdi yaşayış evindən və həmin evin mülkiyyətində olan 0.8742 ha torpaq sahəsində ibarətdir. Məhkəmədə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi Gədəbəy rayonu, Arıqıran kəndində yerləşir. Həmin ev iddiaçının anası, eləcə də, Cavabdeh1 Ziyad oğlunun nənəsi mərhum X3 məxsus olmuşdur. X5 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, ona məxsus olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021 -ci il tarixli, 2v-757 reyestr nömrəli “qanun üzrə vərəsəlik şəhadətnaməsi” əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonra 19 yanvar 2022-ci il tarixli bağışlanma müqaviləsinə əsasən, İddiaçı Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən ümumi sahəsi 24.3 m2 olan yaşayış evini və həmin evin yerləşdiyi 0.8742 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Müqaviləni İddiaçı əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 imzalamışdır. xx.xx.2022-ci il tarixli, 4Ə-17 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında həmin fərdi yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh1 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, sözügedən fərdi yaşayış evinin və torpaq sahəsinin Cavabdeh1 bağışlanılmasından imtina edilməsi və bu barədə reyestrdə 4Ə-17 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı hazırkı iddia tələbi bağışlamadan imtina edilməsi və bağışlama müqaviləsinin ləğv edilməsi olmaqla iki hissədən ibarətdir. Məhkəmə iddiaçının bağışlamadan imtina edilməsi tələbinin qanuni əsasının olubolmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673-cü maddəsinə əsasən, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən izah edir ki, əşyanı bağışlamadan imtina edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673-cü maddəsində nəzərdə tutulan yuxarıda sadalanmış əsaslardan biri və ya bir neçəsi mövcud olmalı, eləcə də bu şərtlər tərəflər arasında bağlanmış müqavilədə qeyd edilməlidir. İddiaçı Cavabdeh1 onun üzərinə qoyulmuş valideynini saxlamaq və ona qayğı göstərmək vəzifəsini kobudcasına pozduğunu iddia ərizəsində qeyd etsə də, cavabdehlər bu halı inkar etmişlər. Bununla əlaqədar iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eləcə də, mübahisələndirilən bağışlama müqaviləsinin məzmununda bağışlanan şəxs üçün hər hansı öhdəlik və ya qeyd-şərt nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçı tərəfindən Cavabdeh1 bağışlanılmasından imtina edilməsi tələbinin heç bir qanuni əsası yoxdur və iddia tələbi bu hissədə əsassızdır. Bundan başqa, məhkəmə iddiaçının mübahisələndirilən bağışlama müqaviləsinin ləğvi tələbinin qanuni əsasının olub-olmaması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 674.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Göründüyü kimi, Azərbaycan Respublikası MM-nin 674-cü maddəsi bağışlama müqaviləsinin ləğvinin iki əsasını nəzərdə tutmuşdur ki, bu əsasların heç biri hazırkı halda baş verməmişdir. Məhkəmə həmçinin, İddiaçı psixi xəstəliyinin olduğunu və cavabdehlərin onun xəstəliyindən sui-istifadə edərək daşınmaz əmlakları adlarına rəsmiləşdirdiklərini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının psixi xəstəliyi ilə əlaqədar stasionar müalicələrdə olmasına baxmayaraq, İddiaçı fəaliyyət qabiliyyətinin olmamasının məhkəmə qaydasında müəyyən edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 668.1.3-cü maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 667.2-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər. Həmin Məcəllənin 667.3-ci maddəsinə əsasən, əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi bağlanarkən iddiaçı onun əvəzindən müqavilə bağlamış Cavabdeh2 səlahiyyətinin olmamasını bildirsə də, iddiaçı öz iradəsi ilə Cavabdeh1 vermiş olduğu etibarnamə ilə Cavabdeh1 bütün növ müqavilələr bağlamaq və digər səlahiyyətləri vermiş və bu etibarnamə üzrə Cavabdeh1 tərəfindən səlahiyyətlərinin başqa şəxsə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1 isə ona verilmiş səlahiyyətləri digər bir etibarnamə ilə Cavabdeh2 vermişdir. Bundan sonra isə Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş səlahiyyətlərdən istifadə edərək Cavabdeh1 ilə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İddiaçı özü də bağışlanma müqaviləsi bağlanarkən notariat ofisində olmasını və həmin müqavilədən xəbərinin olmasını təkzib etməmişdir. İddiaçı sözügedən daşınmaz əmlakları cavabdehə hədiyyə etməklə onunla bağışlama müqaviləsi bağlamış və müqaviləyə əsasən, həmin daşınmaz əmlaklar Cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 4Ə-17 reyestr nömrəli bağışlama müqaviləsi əsasında həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh hədiyyə edilmiş əmlakı qəbul etməklə bağışlama müqaviləsi bağlanmış hesab edilmiş və qüvvəyə minmişdir. Bağışlama müqaviləsi tərəflərin iradəsi ilə bağlanmış, qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmuna əməl edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, daşınmaz əmlakın bağışlanılması müqaviləsi bağlanılarkən hər hansı hüquqazidd əmələ yol verilməsi məhkəmədə aşkar edilmir, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmə iddia tələbi təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında" Qanunun 9.1 və 9.1.20-ci maddələrinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlamadan imtina edilməsi və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnaməni aldıqdan sonra 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar