Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-805/2020 05.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müalicə xərcləri tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X2 müalicə edilməsi üçün 300 manat tutularaq ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə 2011-ci il tarixdə qeyri-rəsmi olaraq evlənmişdir. Ailə münasibətlərindən xx xxxxxx 2016-cı il tarixdə X6 və xx xxxxxx 2012-ci il tarixdə X5 doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur. O, Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(042)-489/2020 saylı qətnaməsinə əsasən azyaşlı uşaqların saxlanılması üçün aliment təyin edilmişdir. Qızı Nuray anadangəlmə xəstədir. Daim həkim müayinəsinə ehtiyacı vardır. Cavabdeh isə uşağın müalicəsinə heç bir köməklik etmir. Təyin edilmiş aliment azyaşlı uşağının müalicə xərclərini ödəmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, lakin ona göndərilmiş bildirişlər ərazidə olmaması səbəbindən geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(042)-489/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X2 və xx xxxxxx 2012-ci il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, cəmi, 280 manat alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Atalığın Müəyyən edilməsi Haqqında Şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X2 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X1 ataları Cavabdehdur. İşdə olan X4 surətindən görünür ki, X6 xx xxxxxx 2016-cı il tarixdə doğulmuş, atası qrafasında Cavabdeh qeyd edilmişdir. İşdə olan sənədlərdən görünür ki, azyaşlı X3 xəstəliklər var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, iddiaçı iddia tələblərini müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə azyaşlı uşağın xəstəliyini, onun müalicəsi ilə əlaqədar həkim nəzarətində olmasını, bununla əlaqədar iddiaçının əlavə xərclərinin olmasını və iddiaçının bu xərcləri təkbaşına qarşılaya bilməyəcəyini nəzərə alaraq, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X2 müalicə xərclərinə cəlb edilməsini zəruri hesab edir. Məhkəmə müalicə xərclərinin miqdarını müəyyən edərkən Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(042)-489/2020 saylı qətnaməsini, tərəflərin uşağın xəstəliyi ilə əlaqədar iştirakını nəzərə alaraq, müalicə xərclərini 60 manat müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X2 xəstəliyi ilə əlaqədar Cavabdeh müalicə xərcləri üçün hər ay 60 manat alınaraq İddiaçı verilsin. Müalicə xərclərinin tutulması xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-805/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-805/2020
05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver