Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-832/2020 08.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə İddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı himayədə olma faktının müəyyən edilməsi və aliment ödənişindən azad edilmə tələblərinə, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçın qarşı uşaq və alimentin artırılması tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsində yaşamasının nəzərə alınmaqla xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün təyin edilmiş aliment ödənişindən azad edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi üzrə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 onun himayəsində yaşaması faktının müəyyən edilməsi və aliment ödənişindən azad edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 cavabdeh İddiaçı alınaraq onun himayəsinə verilməsini və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin artırılaraq, hər ay hər uşaq üçün 170 manat, cəmi, 340 manat miqdarında müəyyən edilməsi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi üzrə İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, qarşılıqlı iddia ərizəsinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 2013cü il tarixdə qeyri-rəsmi evlənmiş, 2015-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2016-cı il tarixdə X7 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)59/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, azyaşlı uşaqlar cavabdehin himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilmişdir. Lakin azyaşlı uşaqları cavabdehin himayəsində yaşamamış onun himayəsinə gəlmişlər. Ona görə də uşaqların onun himayəsində saxlanılmaqla aliment ödənişindən azad edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbinə etiraz etmiş, qarşılıqlı iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı ilə 2013-cü il tarixdə qeyri-rəsmi evlənmiş, 2015-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2016-cı il tarixdə X7 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)59/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, azyaşlı uşaqlar onun himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilmişdir. Lakin İddiaçı onu aldadaraq mart ayında azyaşlı uşaqları ondan alaraq, yaşadığı evə gətirmişdir. O, uşaqlarını istəsə də İddiaçı uşaqları verməmiş, həmçinin karantin rejimi olduğu üçün məhkəməyə müraciət edə bilməmişdir. Ona görə də ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İşdə olan X8 görünür ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2015-ci il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlamışlar. İşdə olan X3 surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2016-cı il tarixdə X7 doğulmuşlar. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)59/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 anaları Cavabdeh himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 110 manat, cəmi, 220 manat miqdarında aliment alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)58/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddia tələbi təmin edilməmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)58/2020 saylı qətnaməsində olan Gədəbəy Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən verilmiş rəydən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 anaları Cavabdeh himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaq hüquqları haqqında Konvensiyanın 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinə əsasən, məhkəmə, şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 2013-cü il tarixdə qeyri-rəsmi evlənmiş, 2015-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2016-cı il tarixdə X7 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)59/2020 saylı qətnaməsi ilə onların aralarında olan nikah pozulmuş, azyaşlı uşaqlar Cavabdeh himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilmişdir. Lakin İddiaçı 2020-ci ilin mart ayında azyaşlı uşaqları Cavabdeh alaraq, yaşadığı evə gətirmişdir. Cavabdeh uşaqlarını istəsə də İddiaçı uşaqları verməmişdir. Yəni, məhkəmə qətnaməsi ilə azyaşlı uşaqların ananın himayəsinə verilməsi müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə alimentin artırılması tələbinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)59/2020 saylı qətnaməsi ilə aliment təyin olunduğu vaxtdan hazırki tarixədək İddiaçı maddi vəziyyətinin yaxşılaşması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə X7 ataları İddiaçı alınaraq, anaları Cavabdeh himayəsinə verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni ilkin iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş, dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İlkin iddia tələbləri təmin edilməsin. İlkin iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə X7 ataları İddiaçı alınaraq, anaları Cavabdeh himayəsinə verilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi İddiaçı alınaraq, Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-832/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-832/2020
08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver