Məhkəmə qərarları › İş №2(042)-835/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-835/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-835/2022 26.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, X1 oğlunun katibliyi ilə, İddiaçı qızının cavabdeh Gədəbəy rayon Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı qızının cavabdeh Gədəbəy rayon Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Belə ki, iddiaçı ərizəsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edərkən cavabdeh kimi müqaviləni bağlayan orqan Gədəbəy rayon Notariat ofisini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi şərti olaraq 4 hissəyə bölünür. İddia ərizəsinin giriş hissəsində ərizənin verildiyi məhkəmə adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddia ərizəsini nümayəndə tərəfindən verilirsə, nümayəndənin adı, səlahiyyətinin təsdiq edən sənədin adı, onun poçt ünvanları göstərilməlidir. İddia ərizəsinin təsviri hissəsində mübahisəli hüquq münasibətinin nədən ibarət olması əks olunur. Əsaslandırıcı hissədə iddiaçının öz tələbini əsaslandırdığı hallar. Qanunlara və digər normatov hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilir. İddia ərizəsinin tələb hissəsində iddiaçının məhkəmədən nəyi xahiş etməsi göstərilir. Lakin, iddiaçı tərəfindən iddia ərizəsində notariat ofisə qarşı yönələn hər hansı tələb qeyd edilməmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçının yönəltdiyi tələb maraqlı şəxs kimi qeyd edilmiş alqı-satqı müqaviləsinin tərəfi kimi Maraqlı şəxs qarşıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi icraata götürülərək baxıldığı təqdirdə, əsl olmayan tərəfin əvəz edilməsi zərurəti yaranacaqdır ki, bu zaman isə aidiyyət qaydasının pozulması ilə nəticələnə bilər. Eləcə də, Maraqlı şəxs gələcəkdə iddia qaldırılacağı təqdirdə onun İsmayıllı rayonu, Qalacıq kəndində qeydiyyatda olması nəzərə alınaraq, aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı qızının cavabdeh Gədəbəy rayon Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata götürülməsi qeyri-mümkün hesab edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 114.1.3-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarında olan dövlət rüsumu barədə qəbzin surətindən görünür ki, İddiaçı qızı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qızının cavabdeh Gədəbəy rayon Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə İddiaçı qızı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı qızının cavabdeh Gədəbəy rayon Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qızına geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar