Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-887/2020 22.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi,İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2003-cü il tarixdə doğulmuş X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-3755/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 80 manat alimentin miqdarının ləğv edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 2002-ci ilin axırlarında faktiki nikah münasibətlərinə girmişdir. 2003-cü ilin aprel aynadək birgə yaşamışdır. Aralarında olan narazılığa görə ayrılmışdır. Ailə münasibətlərindən xx.xx.2003-cü il tarixdə X4 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli 2(041 )-548/11 saylı qətnaməsinə əsasən xx.xx.2003-cü il tarixdə doğulmuş Əfsanənin atası Cavabdeh olması faktı müəyən edilərək onun saxlanması üçün hər ay 40 manat alment təyin edilmişdir. Lakin cavabdeh qızını aldadaraq, onu evinə aparmış, bundan sonra Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2003-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək ondan hər ay 100 manat alimentin tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. O, qətnamədən apelyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş və xx.xx.2003-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək ondan hər ay 80 manat aliment tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. Hazırda onun rəsmi iş yeri yoxdur. Pensiya və müavinət almır. Yaşamağa yeri yoxdur, bacısının himayəsində yaşayır. Ona təyin edilmiş alimenti ödəmək imkanı yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (104)-3755/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 606/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş və xx.xx.2003-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək ondan hər ay 80 manat aliment tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Atalığın Müəyyən edilməsi Haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə doğulmuş X2 atası X3, anası İddiaçıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Məhkəmələr və hakimlər haqqında qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə,məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (104)-3755/2019 saylı qətnaməsi qəbul edildikdən sonra İddiaçı maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Yəni, onda müəyyən xəstəliklər baş vermiş, bu xəstəliklər nəticəsində əmək qabiliyyətini itirmişdir. Yəni onun, aliment ödəmək qabiliyyəti yoxdur. Ona görə də iddia ərizəsi təmin edilməli, İddiaçı Cavabdeh aliment ödəməkdən azad edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh aliment ödəməkdən azad edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-887/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-887/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver