Məhkəmə qərarları › İş №2(042)-907/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-907/2025

14.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-907/2025 14.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşağı xx.xx.2010-cu il doğum tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(042)-74/2025 saylı qərardadı ilə müəyyən etdiyi alimentin miqdarının bir uşaq üçün minimum əmək haqqına münasibətdə müəyyən edilmiş 0.76 mislinin azaldılaraq minimum əmək haqqının 0.325 misli müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuşdur.Onların ailə münasibətlərindən 07 noyabr 2010-cu il tarixdə X6 doğulmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışdır. Ayrıldıqdan sonra cavabdeh nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 01 iyul 2015-ci il tarixli qətnaməsi ilə uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay sabit pul məbləğində 80 manat aliment müəyyən edilmişdir. Cavabdeh 18 aprel 2025-ci il tarixdə alimentin indeksasiya edilməsinə dair Gədəbəy Rayon Məhkəməsinə ərizə vermiş, onun ərizəsi icraata qəbul edilmiş, ərizəyə baxılması 28 aprel 2025-ci il tarixə baxılması təyin edilmişdir. 28 aprel 2025-ci il tarixdə Cavabdeh ərizəsi təmin edilmiş, xx.xx.2010-cu il doğum tarixli X1 üçün ondan sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olumuş minimum məbləğinin 0.76 misli həddində aliment alınaraq, Cavabdeh verilməsi qərara alınmışdır.O, heç bir yerdə işləmir. Əvvəlki 80 manat alimenti ödəməkdə çətinlik çəkir. Aliment indeksasiya edildikdən sonra ödəməli olduğu aliment bir uşaq üçün 304 manat təşkil edir və bu məbləği ödəməyə imkanı yoxdur. Hal hazırda bir uşaq üçün 130 manat aliment ödəyə bilər. 2015-ci ildə 80 manat aliment təyin olunduqdan sonra o, ikinci ailə həyatı qurmuş, həmin ailədən iki övladı var. Həmin ailənin saxlanılma xərcləri onun üzərinə düşür ki, bu da alimentin artırılması üçün deyil, azaldılması üçün əsasdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 8(042)-74/2025 saylı qərardadından görünür ki, 07 noyabr 2010-cu il tarixdə doğulmuş X2 üçün İddiaçı sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.76 misli həddində aliment alınaraq, Cavabdeh verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olna sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsaəsn sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsaəsn uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 8(042)-74/2025 saylı qərardadı ilə 07 noyabr 2010-cu il tarixdə doğulmuş X2 üçün İddiaçı sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.76 misli həddində aliment alınaraq, Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı heç bir yerdə işləmir və eyni zamanda cavabdehlə ayrıldıqdan sonra ikinci ailə həyatı qurmuş və ikinci ailədən uşaqları vardır. Ona görə də iddia tələbi qismən edilməli, 07 noyabr 2010-cu il tarixdə doğulmuş X2 üçün İddiaçı sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.615 misli həddində aliment alınaraq, Cavabdeh verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220-ci, 227 və 233 maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. 07 noyabr 2010-cu il tarixdə doğulmuş X2 üçün İddiaçı sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.615 misli həddində aliment alınaraq, Cavabdeh verilsin. Ödənilmiş 50 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin əvəzi X3 alınaraq, İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar