Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-93/2024 08.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “aliment tutulması və uşaq üç yaşına çatanadək əlavə yardım” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 220 manat olmaqla, cəmi 440 manat aliment və uşaq 3 yaşına çatanadək saxlanması üçün ona hər ay 100 manat maddi kömək, eləcə də dövlət rüsumu üçün ödədiyi 50 manat pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Gədəbəy rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(042)-93/2024 saylı qərardadı ilə iddiaçı X3 Cavabdeh qarşı “aliment tutulması və uşaq üç yaşına çatanadək saxlanılması üçün əlavə yardım” tələbinə dair 2(042)-93/2024 saylı mülki işin icraatına X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması tələbinə dair hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı X9 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 03 yanvar 2008-ci il tarixdə ailə qurub, birgə yaşamışlar. Nikahları xx.xx.2022-ci ildə qeyd edilmişdir. Onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X12 və 21 06.2023-cü il təvəllüdlü X13 adında iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətləri pozulduğu üçün o atası evinə gətmişdir. Uşaqları da onun himayəsindədir. Uşağın tələbatını, xərclərini təkbaşına ödəyə bilmir. Onların saxlanması üçün cavabdehdən aliment almağa ehtiyacı vardır. Eləcə də xx.xx.2023-cü ildə anadan olmuş oğlu Ömərin 3 yaşına çatanadək saxlanması üçün cavabdehdən ona maddi yardım tutulmalıdır. Cavabdehin kifayət qədər imkanı vardır ki, hər ay uşaqların hər birinə sabit pul məbləğində 220 manat olmaqla, cəmi 440 manat aliment və oğlu Ömərin 3 yaşına çatanadək saxlanması üçün ona hər ay 100 manat ödəsin. İddiaçı X9 məhkəməyə teleqram göndərərək, himayəsində azyaşlı uşaq olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahat verərək bildirdi ki, o, iddiaçı ilə 2008-ci il tarixdə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə iki uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında yaranan narazılığa əvəllər görə ayrılmışlar, lakin sonra barışmışlar. Həmin zaman uşaqlardan X1 üçün maaşının ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. Onlar yenidən aralarında yaranan narazılığa görə ayrılmışlar. Hazırda Yusifin saxlanılması üçün ondan aliment tutulur. O, Gədəbəy rayon Polis şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. Odur ki, qeyd edilənlərin nəzər alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ № 406052 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 nikahlarını 01 iyun 2022-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 39 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda, X13 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuşlar. Ataları qrafasında Cavabdeh, anaları qrafasında X9 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(042)-304/2018 saylı qətnaməsi ilə X2 04 yanvar 2013-cü il tarixdə doğulmuş X7 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, 16 fevral 2018-ci il tarixdən başlayaraq, 04 yanvar 2013-cü il doğum tarixli Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. İşdə olan mediator Afət Səmədova tərəfindən verilmiş xx.xx.2023-cü tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, X9 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh nikahlarını 01 iyun 2022-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2013-cü ildə X12 və xx.xx.2023-cü ildə X13 adında iki uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra onların bir müddət münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar olmuş və ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(042)-304/2018 saylı qətnaməsi ilə X2 04 yanvar 2013-cü il tarixdə doğulmuş X7 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, 16 fevral 2018-ci il tarixdən başlayaraq, 04 yanvar 2013-cü il doğum tarixli Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Uşaqlar iddiaçının himayəsində yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır. İddiaçı uşaqlarının saxlanmasında çətinlik çəkdiyini bildirərək aliment təyin edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, bir uşaq üçün 200 manat məbləğində aliment təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə həmçinin iddiaçının “uşaq üç yaşına çatanadək əlavə yardım” tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir; AM-in 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, uşaq 3 yaşına çatanadək arvad o halda ərindən məhkəmə qaydasında aliment ödəməsini tələb edə bilər ki, ər arvada maddi cəhətdən kömək göstərilməsindən imtina etsin və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmasın, eləcə də alimenti ödəməli olan tərəf zəruri vəsaitə malik olsun. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya maddi köməklik etmir. Həmçinin, müəyyən edildi ki, onların üç yaşına çatmamış uşaqları vardır. Odur ki, məhkəmə iddiaçının cavabdehdən ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment tələb etməsini haqlı hesab edir. Eyni zamanda məhkəmə bu hissədə tutulmalı olan alimentin miqdarını müəyyənləşdirərkən hesab edir ki, arvadın saxlanılması üçün onun tələb etdiyi alimentin miqdarı 100 manat məbləğində ədalətli və məqsədəuyğun hesab edilə bilməz. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq iddia tələbini bu hissədə qismən əsaslı sayır və cavabdehdən iddiaçının xeyrinə ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 50 manat aliment tutulmasını ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ödənilmiş mediasiya xərci isə cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19 oktyabr 2023-cü il tarixdən başlayaraq, 21 iyun 2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulub iddiaçı X5 verilsin. 19 oktyabr 2023-cü il tarixdən başlayaraq, 21 iyun 2023-cü il təvəllüdlü X13 3 yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 50 manat aliment tutularaq X5 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş 55 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq iddiaçı X5 verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-93/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-93/2024
08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver