Məhkəmə qərarları › İş №2(042)-988/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-988/2021

25.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-988/2021 25.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Qəhrəman oğluna və Cavabdeh2nə qarşı ona dəymiş 1605 manat maddi ziyanın cavabdehlərdən alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh2ndən 2652 manat ödənilməmiş əmək haqqının alınaraq, ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, o, 1984-cü il tarixdə Bakı Dövlət Universitetinin tarix fakültəsini zabit rütbəsi də verilməklə bitirərək həmin dövrdən tarix müəllimi və hərbi rəhbər kimi fəaliyyət göstərmişdir. 2017-ci il fevralın 9-dan 28-dək Azərbaycan dili və Ədəbiyyat müəllimi Hüseynova Mehriban xəstə olduğuna görə onun 17 saat həmin fənlər üzrə dərslərin tədris edilməsi ona həvalə edilmişdir. O, həmin dərsləri ixtisası ilə bağlı olduğuna görə tədris etmiş fevral ayına dair əmək haqqı cədvəlində əvvəlcə ona 333 manatı əmək haqqı əvəzçilik qaydasında hesablamışlar. Lakin sonra onu dərhal həmin aya aid digər əmək haqqı cədvəlində ləğv etmişlər. Səbəbini soruşduqda təhsil şöbəsində əsassız bəhanələr gətirərək bildirmişlər ki, təhsil şöbəsinin müdiri əlavə əmr yazmalıdır. Həmçinin 2017-ci ilin sentyabr ayından 2018-ci ilin yanvar ayınadək olan dövrdə, yəni 4 ay onun hər ay 318 manat əmək haqqını da verməmişlər. Bundan başqa 14 noyabr2016-cı il tarixdə F.Əliyev adına Çobankənd tam orta məktəbində direktorla müəllim arasında yaranmış kəskin zidyyətlə əlaqədar məktəb direktoru Cavabdeh1 Qəhrəman oğlu vəzifəsindən həmin tarixdən Təhsil Şöbəsi müdirinin 26 №li əmri ilə müvəqqəti azad edilmiş və həmin vəzifəyə müvəqqəti olaraq o, təyin edilmişdir. Həmin vəzifəni 14 noyabr 2016-cı il tarixdən 23 fevral 2017-ci il tarixədək müvəqqəti olaraq Təhsil Şöbəsinin müdirinin 126 №li əmrinə əsasən icra etmiş, verilən əmrdə aydın şəkildə qeyd edilmişdir ki, əmək haqqı ştat cədvəlinə uyğun hesablanmalı idi. O, həm də hərbi rəhbər vəzifəsini icra etmişdir. Həmin dövrdə hərbi rəhbər vəzifəsinin vəzifə maaşı 318 manat, direktorun vəzifə maaşı isə 583 manat olmuşdur. Belə olan vəziyyətdə hər hansı bir səbəblə əlaqədar iki vəzifə daşıyan şəxsin vəzifə maaşı əmək məcəlləsinin tələblərinə əsasən ştat cədvəlinə uyğun hansı daha çoxdursa onunla hesablanmalıdır. Lakin buna baxmayaraq onun 3 ay 10 gün direktor vəzifəsini icra etdiyi vəzifə maaşı 583 manatla deyil, 318 manatla hesablanmışdır. Bunları müqayisə edərək 583 manatdan 318 manatı çıxdıqda hər aya 265 manat fərq əmələ gəlmişdir. Bu fərqlərdən məzuniyyət puluna da 164 manat əlavə olunmalıdır. 3 ay 10 gün nisbətində hesablayaraq və məzuniyyət pulunu da əlavə edərək topladıqda ona vəzifə maaşının hesablanmasında yol verdikləri səhvlərə görə 1047 manat pul ödənilməlidir. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 nümayəndəsi X1 məhkəmənin 29.09.2021-ci il tarixdə keçirilmiş iclasında izahat verərək, bildirmişdir ki, həqiqətən Cavabdeh1 Qəhrəman oğlu işdən çıxarıldıqdan sonra 4 aya yaxın müddət ərzində direktor əvəzi kimi İddiaçı əvəz etmişdir. Cavabdeh2nə məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan dərs jurnallarının surətindən görünür ki, İX-Xİ siniflər üzrə hərbi hazırlıq dərslərini İddiaçı tədris etmişdir. İşdə olan Cavabdeh2 126 nömrəli əmrinin surətindən görünür ki, Gədəbəy rayon Çobankənd kənd orta məktəbinin direktoru Cavabdeh1 Qəhrəman oğlu 14 noyabr 2021ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir və həmin əmrlə 14 noyabr 2016-cı il tarixdən Gədəbəy Rayon Çobankənd kənd orta məktəbinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq, İddiaçı həvalə edilmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 9-cu maddəsinin d) bəndinə əsasən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; ı) bəndinə əsasən peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;q) bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Məcəllənin 12-ci maddəsinin a) bəndinə əsasən işəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməli; f) bəndinə əsasən işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmalı və bərabər imkanlar yaratmalıdır. Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məcəllənin 161.1-ci maddəsinə əsasən əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir. Məcəllənin 161.2-ci maddəsinə əsasən peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əmək haqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir. Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 2017-ci il fevralın 9-dan 28-dək Azərbaycan dili və Ədəbiyyat müəllimi Hüseynova Mehriban xəstə olduğuna görə onun 17 saat həmin fənlər üzrə dərslərin tədris edilməsi ona həvalə edilmişdir. O, həmin dərsləri ixtisası ilə bağlı olduğuna görə tədris etmiş, fevral ayına dair əmək haqqı cədvəlində əvvəlcə ona 333 manatı əmək haqqı əvəzçilik qaydasında hesablamışlar. Lakin sonra həmin aya aid digər əmək haqqı cədvəlində ləğv etmişlər. Həmçinin 2017-ci ilin sentyabr ayından 2018-ci ilin yanvar ayınadək olan dövrdə, yəni 4 ay onun hər ay 318 manat əmək haqqını da verməmişlər. Bundan başqa 14 noyabr 2016-cı il tarixdə məktəb direktoru Cavabdeh1 Qəhrəman oğlu vəzifəsindən Təhsil Şöbəsi müdirinin 126 №li əmri ilə azad edilmiş və həmin vəzifəyə müvəqqəti olaraq o təyin edilmişdir. Həmin vəzifəni 14 noyabr 2016-cı il tarixdən 23 fevral 2017-ci il tarixədək müvəqqəti olaraq Təhsil Şöbəsinin müdirinin 126 №li əmrinə əsasən icra etmiş, verilən əmrdə aydın şəkildə qeyd edilmişdir ki, əmək haqqı ştat cədvəlinə uyğun hesablanmalı idi. O, həmin dövrdə həm də hərbi rəhbər vəzifəsini icra etmişdir. Həmin dövrdə hərbi rəhbər vəzifəsinin vəzifə maaşı 318 manat, direktorun vəzifə maaşı isə 583 manat olmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh2ndən 2652 manat alınaraq, İddiaçı verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2ndən 2652 manat alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar