Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-103/2022 28.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, ilkin iddia üzrə iddiaçıqarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1, ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 Musa oğlunun iştirakı ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair ilk, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın etibarsız hesab edilməsi, atalığın ləğv edilməsi, maddi və mənəvi təzminatın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.02.2021-ci il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və 05.02.2021-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər özü üçün 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 04.08.2020-ci il tarixdə 1636 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 05.02.2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra əvvəllər nikah münasibətləri normal olsa da sonradan xarakterlərinin uyğun gəlməməsi, cavabdehin ailəyə maddi yardım göstərməməsi, işləməməsi səbəbindən münasibətləri pozulmuşdur. Birgə nikahlarından olan uşaqları onunla yaşayır. Hal-hazırda o, cavabdehdən ayrı yaşayır, ayrı təsərrüfat aparır. Cavabdeh ona və uşağına maddi kömək etmir, uşağı ilə maraqlanmır. Ona görə də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatında olarkən ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.08.2020-ci il tarixli, 1636 saylı nikahın etibarsız hesab olunması, X6 barədə atalığın ləğv olunması, “X7 Center”-ə ödənilmiş 3000 (üç min) AZN və mediasiya xərci olaraq tərəfindən ödənilmiş 500 (beş yüz) AZN həmçinin, ona dəymiş mənəvi zərərə görə 4400 manat və 10 manat məhkəmə rüsumu olmaqla ümumilikdə 8000 manat dəymiş zərərin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə məhkəməyə ərizə verərək, Cavabdeh 05.02.2021-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul miqdarında alimentin və 05.02.2021-ci il təvəllüdlü X6 3 yaşına çatana qədər özü üçün 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması” barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ifadə verərək bildirdi ki, ilkin iddianı müdafiə edir. Belə ki, o, Cavabdeh ilə 04.08.2020-ci il rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahlarından 05.02.2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehin ailəyə maddi yardım göstərməməsi və işləməməsi səbəbindən münasibətləri pozulmuşdur. Birgə nikahlarından olan uşaqları onunla yaşayır. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianı isə əsassız hesab edir. Belə ki, cavabdeh 05.02.2021-ci il təvəllüdlü X2 atasıdır. Həmçinin “X7 Center” klinikası tərəfindən tərtib edilmiş analiz rəy hesab edilə bilməz. Həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin rəyi daha mötəbər sübutdur. Cavabdeh 05.02.2021-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul miqdarında alimentin və 05.02.2021-ci il təvəllüdlü X6 3 yaşına çatana qədər özü üçün 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin gəlirləri barədə rəsmi sübutu yoxdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 ifadə verərək bildirdi ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh ilə 04.08.2020-ci il tarixdə 1636 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar və onların 05.02.2021-ci il təvəllüdlü X6 adı uşaqları doğulmuşdur. “X7 Center” klinikası tərəfindən tərtib edilmiş sənəd rəy hesab edilə bilməz, sadəcə qan nümunələrinin analizdir və həmin sənəddə də uşağın atasının Cavabdeh olmaması göstərilməmişdir. Həmin klinikadan verilən bütün cavablar qeyri-dəqiqdir və bu isə sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin klinikanın atalığın təyini razılıq formasının 10-cu bəndində göstərilmişdir, “Referans” X4 tərəfindən aparılan bu testin ölkəmizdəki məhkəmələr tərəfindən sənəd olaraq qəbul edilməyəcəyini bilir və imzaları ilə təsdiq edirlər. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin rəyi ilə razılaşır. Ona görə də ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 Musa oğlu qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun ifadə verərək bildirdi ki, ilk iddianı qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. Cavabdeh ilkin iddia üzrə iddiaçı olan İddiaçı ilə qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Aygün Xəyala ondan uşağa qaldığını bildirdiyi üçün Xəyal onunla rəsmi nikah bağlamışdır. Cavabdeh İddiaçı başqaları ilə münasibətləri olduğunu eşitmiş və buna görə də Cavabdeh şübhələr yaranmışdır. “X7 Center” klinikası tərəfindən tərtib edilmiş test nəticələrinə əsasən 05.02.2021-ci il təvəllüdlü X2 atası Cavabdeh deyildir. Hesab edir ki, tərəflərin arasındakı nikah etibarsız hesab edilməlidir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin rəyi ilə razılaşmır və əsassız hesab edir. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilkin iddiaçını və nümayəndəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 404607 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 04.08.2020-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1636 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı, 573165 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 05 fevral 2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Valideynləri - atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 24.12.2021-ci il tarixli, MŞİH-10867 nömrəli arayışdan görünür ki, bu arayış Azərbaycan Respublikası Mediasiya Şurası tərəfindən mediator qismində təyin edilmiş X9 (mediasiya reyestrində qeydiyyat nömrəsi M-00106) tərəfindən İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verilir. Arayış İddiaçı aliment tələbinə dair müraciəti əsasında məlumatlandırılan Cavabdeh mübahisə üzrə 30 avqust 2021-ci il tarixində, saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər nikahlarını 04 avqust 2020ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 05 fevral 2021-ci il tarixdə Murad adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X12 21 yanvar 2022-ci tarixli, 939/2021-MTBŞ nömrəli məhkəmə tibbibioloji ekspertizasının rəyindən görünür ki, yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş X6 barəsində atalıq faktı inkar olunmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, ilkin iddia üzrə cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə rəsmi nikahlarından 05 fevral 2021-ci il təvəllüdlü X6 adlı uşağı doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzində birgə ailə münasibətlərindən doğulan uşaqlar anasının yanındadır. İlkin iddia üzrə cavabdeh uşağın saxlanması üçün ilkin iddia üzrə iddiaçıya əlavə maddi yardım göstərmədiyindən İddiaçı qızı “aliment” tələbinə dair mediasiya şurasında müraciət etmiş, lakin ilkin iddia üzrə Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən barışıq əldə edilmədiyi üçün “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə iddiaçının məhkəmə iclasında iddia tələbinin təmin edilərək, Cavabdeh 05.02.2021-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul miqdarında alimentin və 05.02.2021-ci il təvəllüdlü X6 3 yaşına çatana qədər özü üçün 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı isə cavabdehə qarşı iddia tələbində qeyd edilən alimenti ödəmək iqtidarında olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. İlkin iddia üzrə cavabdeh uşaqların onun himayəyə verilməsini tələb etmir, əksinə uşaqların atası olmadığını bildirərək bu barədə qarşılıqlı iddia vermiş və atalığı mübahisələndirmişdir. Qarşılıqlı iddia verərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.08.2020-ci il tarixli, 1636 saylı nikahın etibarsız hesab olunması; X6 barədə atalığın ləğv olunması; “X7 Center”-ə ödənilmiş 3000 (üç min) AZN və mediasiya xərci olaraq tərəfindən ödənilmiş 500 (beş yüz) AZN həmçinin, ona dəymiş mənəvi zərərə görə 4400 manat və 10 manat məhkəmə rüsumu olmaqla ümumilikdə 8000 manat dəymiş zərərin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X12 21 yanvar 2022-ci tarixli, 939/2021-MTBŞ nömrəli məhkəmə tibbi-bioloji ekspertizasının rəyindən görünür ki, yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş X6 barəsində atalıq faktı inkar olunmamışdır. Məhkəmə tibb ekspertizasının sözügedən rəyinə əsasən, ilkin iddia üzrə cavabdehin hazırki uşağın atası olması inkar olunmadığından ilkin iddia alimentə dair hissədə əsaslıdır. Buna görə də məhkəmə qeyd edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan aliment tutulması qanuni və əsaslıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların atasından ayarı olaraq anası ilə birlikdə yaşamasını və uşaqların saxlanılması üçün ilkin iddia üzrə cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini və tələb edilən aliment məbləğini nəzərə alaraq, ilkin iddia üzrə cavabdehdən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, ilkin iddia üzrə Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini, zəruri vəsaitə malik olmasını iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. İddia tələbinin birgə nikahdan doğulmuş uşağın 3 yaşına çatanadək cavabdeh olan ərdən 100 manat sabit pul məbləğində alimentin ilkin iddia üzə iddiaçı olan arvadın xeyrinə tutulması hissəsini əsassız hesab edərək məhkəmə qeyd edir ki, maddənin məzmunundan aydın olur ki, zəruri vəsaitə malik olan tərəf digər tərəfə aliment ödəməlidir. Lakin, hazırki iş üzrə cavabdeh olan ərin zəruri vəsaitə malik olmasını və daimi qazancının olmasını müəyyən etmək mümkün deyil, həmçinin bu halı təsdiq edən sübutlar ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iddia tələbi bu hissədə əsaslandırılmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ilkin iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 160 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 1920 manat təşkil etdiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, onun qarşılıqlı iddiası iş üzrə keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizasının rəyinə əsasən təkzib olunduğundan, nikahın etibarsız hesab edilməsi və atalığın ləğv edilməsi tələbi əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əssən Həmin Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Cavabdeh qarşılıqlı iddiasını İddiaçı onunla həqiqi ailə qurmaq məqsədi olmadan nikaha daxil olması ilə əsaslandırmışdır. Hesab edir ki, İddiaçı ilə rəsmi nikaha daxil olsalar da aralarında ailə münasibətləri olmamış, bir yerdə yaşamamışlar və eyni təsərrüfatı idarə etməmişlər. İddiaçı ona hamilə olduğunu və uşağın atasının onun olduğunu bildirməsi nəticəsində saxta nikah bağlamışdır. Məhkəmənin 02.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertin qarşısına İddiaçı (Fin:xxxxxxx) qızından 05 fevral 2021-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 atası - xx xxxxxx 1996-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (Fin:xxxxxxx) oğlu olmasının müəyyən edilməsi barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X8”nin 21 yanvar 2022-ci tarixli, 939/2021-MTBŞ nömrəli rəyində yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş X6 barəsində atalıq faktı inkar olunmamışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış nikah ailə qanunvericiliyin tələbinə uyğun olaraq bağlanmışdır. Cavabdeh İddiaçı nikaha daxil olarkən ailə qurmaq niyyəti daşımaması barədə mülahizələri sübuta yetirilməmişdir. Əksinə iş materiallarında olan şəkillərdə cavabdehin iddiaçı ilə birlikdə uşaq doğulan zaman uşağın tibb müəssisəsindən gətirilməsi şənliyinin təşkil olunması, qurban kəsilməsi və şirinlik paylanması eləcə də cavabdehin uşaqla birlikdə yatması və ona bir ata qayğısı göstərməsi kadrları əks olunmuşdur. Bu baxımdan və yuxarıda qeyd olunan normaların tələbləri baxımından da nikahın məhkəmə tərəfindən etibarsız hesab edilməsinə əsas verəcək heç bir hal müəyyən olunmamışdır. Buna görə də qarşılıqlı iddia tələbi nikahın etibarsız hesab edilməsi və atalığın ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Sözügedən qərarın 7-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Yenə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qarşılıqlı iddianın digər hissəsi olan maddi və mənəvi zərər tələbi ilə bağlı hissəyə münasibət bildirərək qeyd edir ki, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı ona vurulan maddi və mənəvi zərərin məbləği ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, bunu iddiasında kifayət qədər ətraflı əsaslandırmamış, eləcə də maddi və mənəvi ziyanın məbləğinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, həmin xüsusatı yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X8 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. “Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, 05 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, ilkin iddia üzrə İddiaçı ödənilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 31 avqust 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. İlkin iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın etibarsız hesab edilməsi, atalığın ləğv edilməsi, maddi və mənəvi təzminatın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştirаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin 216-220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Tərəflərin birgə ailə münasibətlərindən doğulmuş 05 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması 21 avqust 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın etibarsız hesab edilməsi, atalığın ləğv edilməsi, maddi və mənəvi təzminatın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-103/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-103/2022
28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver