Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1033/2020 28.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıCavabdeh qarşı «alimentin» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində qalan 09 oktyabr 2012-ci il təvəllüdlü Telmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə yaşadığları dövrdə 09 oktyabr 2012-ci il tarixdə Telman adlı oğulları dünyaya gəlmişdir. Ailə qurduqdan az bir müddət normal münasibətdə yaşamışlar. Bundan sonra xasiyyətləri uyğun gəlməməsi səbəbindən aralarında mütamadi olaraq narazılıqlar olub, bunun da nəticəsində ər-arvad münasibətləri tamamilə pozulub. O, övladı ilə birlikdə valideynlərinin evində yaşayır. Cavabdeh uşağı ilə maraqlanmır, onun saxlanılması üçün könüllü yardım göstərmir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3881/2014 saylı qətnaməsinə əsasən cavabdehdən bir uşağın saxlanılması üçün hər ay aliment tutulması qət edilsə də, həmin vaxt cavabdeh onu aldadaraq, müxtəlif hiylə işlədərək alimentdən imtina etməyinə məcbur edib və onun ərizəsinə əsasən icra sənədi üzrə icraata xitam verilib. Hazırda o, yenidən aliment tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaq xəstədir və uşağın müalicə olunmasına cavabdeh heç bir köməklik göstərmir. Məhkəmədə iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddianı qismən qəbul edir, hazırda işsizdir bu səbəbdən də 120 manat aliment ödəyə bilər. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş AZ-İ 215532 nömrəli Atalığın müəyyən olunması haqqında şahadətnamənin surətindən görünür ki, 09.10.2012-ci il tarixdə İddiaçı Razim qızından doğulmuş x1 atası Cavabdehdur. İşə əlavə edilmiş 05.11.2011-ci il tarixli AZ-İİ 977034 nömrəli, doğum haqında şəhadətnamənin surətindən görünür ki, x3 09.10.2012-ci il tarixdə, doğulmuş, onun atası Cavabdeh, anası isə İddiaçıdır. İşə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 8(043)-207/2016 saylı qərardadın surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.11.2014-cü il tarixli, 2(043)-3881/2014 saylı icra sənədinə əsasən Cavabdeh 09.10.2012-ci il təvəllüdlü x1 yetçinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsinə dair icra sənədi üzrə icraat xitam verilmişdir. İşin faktiki halı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahları olmadan faktiki ailə münasibətlərində olmuşlar, onların faktiki ailə münasibətlərindən 09 oktyabr 2012-ci il tarixdə Telman adlı bir oğlan uşaqları doğulmuşur. Uşaq anası ilə birlikdə olmaqla tərəflər uzun müddətdir ayrı yaşayırlar. Məhkəmə qətnaməsi ilə əvvəllər aliment təyin edilmiş, sonradan tərəflər arasında barışıq olduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra tərəflər arasında münasibət pozulduğundan iddiaçı yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsini nəzərə alınaraq iddia qismən təmin olunmalı, 09.10.2012-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 29 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin stabil qazancının olmaması onun yetkinlik yaşına çatmamış uşağının minimum tələbatlarını ödəməklə bağlı konstitusiya vəzifəsindən azad edə bilməz. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay bir uşağa görə 150 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09.10.2012-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Aliment 29 yanvar 2020-ci il tarixdən tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz)manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1033/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1033/2020
28.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver