Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1105/2020 02.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıCavabdeh qarşı «alimentin» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.03.2004-cü il təvəllüdlü x2 və 09.08.2010-cu il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zaman İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 13 yanvar 2004-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Hazırda birgə yaşayırlar. Birgə yaşayış dövründə iki nəfər uşağı doğulmuşdur. 03.03.2004-cü il təvəllüdlü x5 və 09.08.2010-cu il təvəllüdlü x3. Cavabdeh ailəsinə maddi cəhətdən köməklik etmir. İddiaçı özü iş tapıb işləyə bilmir. Bundan başqa oğlu Nəriman ağır nevroloji xəstədir. Onu nəzarətsiz qoymaq mümkün deyildir. Cavabdeh bunları nəzərə almır, o, bir ata kimi uşaqlarının qayğısına qalmır. Bütün günü işdə olur. Lakin, qazancını ailəsinə vermir. Maddi cəhətdən çətinlik çəkir, ona görə də məcbur olub aliment tələbi barədə məhkəməyə müraciət edir. Cavabdeh Şəmkir rayonu ərazisində tərəvəz parniklərində işləyir, qazancı yaxşıdır. Onun yüksək məbləğdə aliment vermək imkanı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və onun dəqiqləşməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını, Cavabdeh 03.03.2004-cü il təvəllüdlü x2 və 09.08.2010-cu il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iclasında Cavabdeh izahatında bildirdi ki, hazırda fəhlə işləyir, günlük gəliri 10 manat təşkil edir, uşaqların saxlanılması üçün aliment təyin edilməsinə etiraz etmir. Əlavə olaraq bildirdi ki, nikahları pozulmamış və hazırda birlikdə yaşayırlar. İşə əlavə edilmiş 13 yanvar 2004-cü il tarixli AZ-İ 871770 nömrəli, nikah haqqına şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Atakişiyeva Könül Firdovsi qızı ilə aralarında 15 nömrə ilə qeydə alınmış nikah bağlanmışdır. Nikah qeydə alındıqdan sonra ərə Kazımov soyadı, arvada isə Kazımova soyadı verilmişdir. İşə əlavə edilmiş AZ-İİ 556529 nömrəli, və AZ-İİ 421995 nömrəli doğum haqında şəhadətnamələrdən görünür ki, 03.03.2004-cü il tarixdə doğulmuş x2 və 09.08.2010-cu il tarixdə doğulmuş x1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə evlənmişlər və onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq birgə yaşamaqla nikahları pozulmamışdır. Cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi nəzərə alınaraq iddia təmin olunmalı, 03.03.2004-cü il təvəllüdlü x2 və 09.08.2010-cu il x1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 03 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin stabil qazancının olmaması onun yetkinlik yaşına çatmamış uşaqlarının minimum tələbatlarını ödəməklə bağlı konstitusiya vəzifəsindən azad edə bilməz. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay bir uşağa görə 110 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 03.03.2004-cü il təvəllüdlü x2 və 09.08.2010-cu il təvəllüdlü x1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Aliment 03 fevral 2020-ci il tarixdən tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x9 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1105/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1105/2020
02.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver