Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-112/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızının və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı qızının Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə iddiaçı İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından 15 mart 2010-cu ildə anadan İlahənin və 27 dekabr 2012-ci ildə anadan olmuş Vasifin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutlaraq ona ödənilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə savabdeh İddiaçı qızına qarşı qarşılıqlı iddia ərizəsi verərək cavabdehlə aralarında bağlanmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdehlə 2007-ci il tarixində toy edərək ailə qurmuşlar. Nikahlarını 2009-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarından 15 mart 2010-cu il tarixdə İlahə və 27 dekabr 2012-ci il tarixdə Vasif adlı uşaqları anadan olmuşdurlar. Belə ki, onlar 2020-ci ilin iyun ayına kimi, birlikdə yaşamışlar. Əvvəllər mehriban yaşamışlar. Sonradan ailə münasibətləri kəskinləşmişdir. Belə ki, cavabdehlə birgə yaşasalar da aralarında ailə münasibətləri yoxdur. Cavabdeh uşaqları ilə maraqlanmır. Ailəsinə və uşaqlarına baxmır, heç bir maddi köməklik göstərmir.Özü heç bir yerdə işləmir. Cavabdeh qaynaqçı işləməklə fərdi işlər görür, yaxşı pul qazanır. Ayda təxminən 1000-1500 manata qədər qazanc əldə edir. Cavabdeh öz uşaqlarına və valideynlərinə baxmaq əvəzinə başqa qadınla qeyri-rəsmi yaşayıb, həmin qadının uşağına baxır. İlkin iddianın təmin edilməsini qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qismən qəbul edərək qarşılıqlı iddianı müdafiə edib izahatında göstərdi ki, aralarında olan ailə münasibətləri pozulmuşdur. Hazırda nikahları formal xarakter daşıyır. Ailələrinin bərpası qeyri mümkündür. Ona görə də aralarında olan nikahın pozulması qərarına gəlmişdir. Barışmaları üçün verilmiş 3 ay vaxt ərzində barışmamışlar. Tələb olunan məbləğdə alimenti ödəməyə maddi imkanı çatmır. Hər ay hər uşağa görə 120 manat aliment verməyə imkanı çatır. İlkin iddianın qismən qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 471063 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahları 28.01.2009-cu ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 55 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 424367 nömrəli və AZ-İİİ 028993 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 15.03.2010-cu ildə İlahə və 27.12.2012-ci ildə Vasif adlı uşaqları anadan olmuşdur. 02.09.2021-ci il tarixli, AM-2021-00036 nömrəli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 02.09.2021-ci il tarixə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı qızı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Ailə Məcəlləsinin 22.2-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasının müəyyən edilməsidir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında və məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.(mad.75.1,75.4,100.2) Məhkəmə araşdırması zamanı tərəflər arasında ailənin qorunub saxlanmasının qeyri mümkünlüyü müəyyən edildi. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin olunmalı, tərəflər arasında olan nikah pozulmalı, keən müddət ərzində uşaqların hər ikisinin anasının yanında qalmalarını iddiaçının buna etirazının olmamasını nəzərə alaraq tərəflərin birgə nikahlarından 15.03.2010-cu ildə anadan olmuş X4 və 27.12.2012-ci il ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanmalıdırlar. İlkin iddia qismən təmin edilməli, 13.09.2021-ci il tarixdən başlayaraq Cavabdeh 15.03.2010-cu illdə anadan olmuş X1 və 27.12.2012-ci il ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməlidir. Göründüyü kimi cavabdeh uşaqların saxlanmasında maddi cəhətdən kömklik etmədiyi üçün iddiaçı məcbur olub məhkəməyə müraciət edərək cavabdehin uşaqların saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq habelə uşaqlara qulluq, onların sağlamlıq, inkişaf və məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Qarşılıqlı iddia təmin olunsun. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 28.01.2009-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 55 nömrə ilə qeydə alınmış nikah pozulsun, 15.03.2010-cu ildə anadan olmuş X4 və 27.12.2012-ci il ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlansınlar. İlkin iddia qismən təmin olunsun. Cavabdeh 13.09.2021-ci il tarixdən başlayaraq 15.03.2010-cu ildə anadan olmuş X4 və 27.12.2012-ci il ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-112/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-112/2022
12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver