Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1126/2020 21.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Allahverdiyev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (vəkili) X6, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) X3 iştirakları ilə İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci ildə nikahlarını rəsmi qaydada Gəncə şəhəri, Kəpəz rayon Qeydiyyat şöbəsində 761 nömrədə qeyd etdirməklə evlənmişlər. Nikahdan xx.xx.2010-cu il tarixdə X7 və xx.xx.2012-ci il tarixdə isə X8 adlı iki uşaqları anadan olmuşdur. Uşağın atası Cavabdeh uşaqlarına baxmır, bir aydır ki, uşaqları ilə onu evdən qovub və o azyaşlı uşaqları ilə məcbur olub valideynlərinin yanında qalırıq. Uşaqları məktəblidirlər. Eyni zamanda müəllimlərin yanına hazırlığa gedirlər. Cavabdeh fərdi əməklə məşğul olur. Cavabdeh hər ay yaxşı qazanc əldə etməsinə baxmayaraq uşaqlarına baxmır, onları saxlamır. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı ilə aralarında olan nikahın pozulması, nikah pozulduqdan sonra uşaqlarının onun yanında saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə xx.xx.2005-ci ildə nikaha daxil olmuşdur. Cavabdehlə birgə yaşadıqları müddətdə iki uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı iddia qaldıraraq nikahdan doğulmuş yetkinlik yaşlarına çatana kimi ondan hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat, cəmi 340 manat aliment tutulub iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, təbii ki, uşaqların saxlanması üçün bir ata kimi əlindən gələni etməyə hazır. Lakin nəzərə almaq lazımdır ki, onun aylıq əmək haqqı 375 manat təşkil edir. Əmək haqqından tutulmalar, aylıq kommunal xərcləri, onun ərzaqla təmin olunmaq haqqı nəzərə alınmalıdır. Buna görə də o qarşılıqlı iddia tələbi ilə iddia qaldırmaq məcburiyyətindədir. Belə ki, cavabdehlə son zamanlar ailədə ümumi dil tapıb dolanmaq mümkün deyildi. Bununla belə o heç vaxt evdə narazılıq salmamış, uşaqlarının xatirinə həmişə çalışırdır ki, evdə gözəl rəftar olsun. Cavabdeh onu bir ər kimi saymamış, onunla hesablaşmırdır. Cavabdehin üzü ancaq ona hədiyyə alınanda gülə bilərdi. O, atdığı hər addımda anası ilə məsləhətləşmışdir. Cavabdeh ondan aliment tələb etməkdə məqsədi odur ki, aldığı alimentlə sərbəst şəkildə özü üçün alış-veriş etsin. Cavabdeh həmişə öz mənafeyini uşaqlardan üstün tutmuşdur. Cavabdeh xx xxxxxx 2020- ci il tarixdə o işdə olan vaxt uşaqları da götürüb anasının yaşadığı evə getmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehİddiaçı ərizə verərək Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasını, nikah pozulduqdan sonra nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 onun yanında qalması və himayəsində olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X9 iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda izahat verib əlavə olaraq bildirdi ki, İddiaçı nikahın pozulmasına etiraz etmir, lakin uşaqların özünün yanında saxlanmasını və onların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, iddiaçının ona qaldırmış olduğu aliment məbləği olduqca yüksək olduğundan onun maddi imkanının və rəsmi iş yerinin olmasını nəzərə alaraq, ona təyin ediləcək alimentin aylıq əmək haqqının 1/3 hissəsi miqdarında təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh ərizə təqdim edərək, nikah pozulduqdan sonra nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları barədə qətnamə çıxarılmasına etirazı olmadığını bildirdirmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş çıxarışlardan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının 04/381 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, azyaşlıların gələcək mənafeyini nəzərə alaraq, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində qalması məqsədə müvafiq hesab edilir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşaması və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında tərəflərin ailə münasibətlərinə son qoyulduğu və tərəflərin hər ikisinin nikahın pozulmasına razı olduğu müəyyən edildi. Buna görə də nikahın pozulmasının səbəbləri araşdırılmadan nikah pozulmalıdır. Hazırda tərəflər nikah pozulduqdan sonra onların nikahlarından doğulmuş uşaqlarının İddiaçı yanında qalması ilə bağlı razılığa gəlmişdir. Eləcə də qəyyumluq və himayəçilik orqanı da rəyində uşaqların anaları ilə qalmasını məqsədəmüvafiq hesab etmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğini, tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Cavabdeh aliment məbləğinə dair etirazı əsassız olmaqla cavabdehin təklif etdiyi miqdarda alimentin tutulması uşaqların mənafeyinə ziddir və onların minimum dolanacaq xərclərinin ödənilməsi üçün yetərli deyildir. Buna görə də iddia aliment tələbi hissəsində qismən təmin olunmalı, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləği ilə aliment tutularaq, İddiaçı verilməli, alimentin tutulması müvəqqəti alimentin tutulması barədə xx.xx.2020-ci il tarixli qərardad üzrə tutulmuş alimentlər hesaba alınmaqla iddiaçının alimentin tutulması barədə ərizəni məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərəflərə xatırladır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Gəncə VVADQ şöbəsində xx xxxxxx 2005-cı il tarixdə, 761 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1126/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1126/2020
21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver