Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1137/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01.08.2008-ci il təvəllüdlü X2, 08.09.2011-ci il təvəllüdlü X1 və 18.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat aliment tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehdən hər uşağa görə 70 manat olmaqla, cəmi 210 (iki yüz on) manat alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəyə MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş 01.08.2008-ci il təvəllüdlü X5, 08.09.2011-ci il təvəllüdlü X3 və 18.06.2016-cı il təvəllüdlü X6 onun yanında saxlanmışdır. Cavabdehdən əvvəllər ona görə aliment almamışdır ki, qardaşları və atası tərəfindən ona köməklik edilirdi. Hazırda isə heç bir yerdən köməyi yoxdur. Cavabdeh uşaqların saxlanması üçün maddi cəhətdən köməklik etmir. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, bir ata kimi uşaqların saxlanılmasında olan məsuliyyətini dərk edir. Lakin banka borcu olduğu üçün hər ay hər uşaq üçün 50 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(043)-5170/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş 01.08.2008-ci il təvəllüdlü X5, 08.09.2011-ci il təvəllüdlü X3 və 18.06.2016-cı il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanmışlar. 05.03.2022-ci il tarixli MŞG11-00549 seriyalı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 05.03.2022-ci il tarixə saat 12:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı qızı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. AZ-İİ 157939 nömrəli, AZ-İİ 748525 nömrəli və AZ-İİİ 798051 nömrəli doğum haqqında şəhadətnamələrin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 01.08.2008-ci ildə Nihat , 08.09.2011-ci ildə Aynişan və 18.06.2016-ci ildə Adəm adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin 01.08.2008-ci ildə Nihat , 08.09.2011-ci ildə Aynişan və 18.06.2016-ci ildə Adəm adlı uşaqları anadan olmuşdur. Yetkinlik yaşlarına çatmayan uşaqların hər üçü iddiaçının yanında qalmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh uşaqların qayğısına qalmamış, onların saxlanmasında maddi cəhətdən köməklik etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 01.08.2008-ci ildə doğulmuş X2, 08.09.2011-ci ildə doğulmuş X1 və 18.06.2016-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 28.03.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 45,2 manat alınaraq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 01.08.2008-ci ildə doğulmuş X2, 08.09.2011-ci ildə doğulmuş X1 və 18.06.2016-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 28.03.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 45,2 (qırx beş manat 20 qəpik) manat alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1137/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1137/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver