Məhkəmə qərarları › İş №2(043)-1181/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1181/2021

05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1181/2021 05.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2017-ci il təvəllüdlü X9 və xx xxxxxx 2013cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi olaraq ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2017-ci ildə Amin və xx.xx.2013-cü ildə Murad adlı uşaqları anadan olmuşdur. Hazırda uşaqlar onun himayəsindədir. O, özü heç bir yerdə işləmir, bu günədək uşağın saxlanılması üçün könüllü olaraq ona köməklik etmir. Ona görə də o, məcbur olaraq alimentin sabit pul məbləğində tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, uzun müddət cavabdehlə ayrı yaşamalarını, bu müddət ərzindən cavabdeh uşaqların saxlanılması üçün heç maddi köməklik göstərməməsini, Cavabdeh xx xxxx 2017-ci il təvəllüdlü X9 və 06 avqust 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat cəmi 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq, cavabdehin gəlirləri barədə heç bir sübut təqdim edə bilmədiyini bildirdi. Məhkəmə iclasına Cavabdeh izahat verərək göstərdi ki, qapı-pəncərə sexində işləyir, aylıq 250 manat əmək haqqı alır, bəzən isə aylıq gəliri artaraq 320 manata qədər ola bilir. İlk qeyri-rəsmi ailə həyatından 2 uşağı olmuş, Balakən rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə xx xxxxx 2009-cu ildə doğulmuş X5 və xx xxxxxxxx 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 50 manat cəmi 100 manat sabit pul məbləğində alimentin ondan tutulub X8 verilməsi qət edilmişdir və hazırda hər ay həmin alimentdən az qismini ödəyə bilir. Onun İddiaçı ilə ailə münasibətlərindən 2 uşağı xx xxxx 2017-ci il təvəllüdlü X14 və 06 avqust 2013-cü il təvəllüdlü X12 anadan olmuşdur. İddiaçının aliment tələbi ilə razı deyil. Maddi imkanı zəifdir. Hər ay hər bir uşağa 50 manat olmaqla, cəmi 100 manat aliment ödəyə bilər. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İşə məhkəmədə baxılarkən Cavabdeh birgə uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə xeyrinə aliment tutulan X11 iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. X8 məxsus (050) ***- **-** nömrəli mobil telefonla əlaqə saxlanılaraq xx xxxxx 2021-ci il tarixdə, saat 15:30-a təyin olunmuş mülki işlə bağlı məhkəmədə iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar edilmiş, X11 məhkəmə prosesi barədə məlumatı olduğunu və hazırda Balakən rayonunda yaşadığı üçün məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh ona iki uşaq üçün hər ay 100 manat aliment ödəyir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılarkən onun övladlarının da nəzərə alınmasını xahiş edir. Bu barədə telefonoqram tərtib edilmişdir. Məhkəmə üçüncü şəxs X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş DİN-nin xx.xx.2003-cu il tarixli, ******* nömrəli “yaşayış yeri haqqında” arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 157360 nömrəli və AZ-İİİ seriyalı, 889948 nömrəli doğum haqqına şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxx 2013-cü ildə X12 və xx xxxxxx 2017-ci ildə X4 anadan olmuşlar. Valideynləri- atası Cavabdeh, anaları isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 398316 nömrəli və AZ-İ seriyalı, 325201 nömrəli “atalığın müəyyən edilməsi” haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, İddiaçı doğulmuş xx xxxxxx 2013-cü ildə X12 və xx xxxxxx 2017-ci ildə X4 adlı uşaqların atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş Baləkən rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)-77/2015 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdən başlayaraq xx xxxxx 2009-cu ildə anadan olmuş X5 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 50 (əlli) sabit pul məbləğində aliment tutulub iddiaçı X8 verilməsi qət edilmişdir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı Cavabdeh ilə birgə ailə münasibətlərindən xx xxxx 2017-ci il təvəllüdlü X14 və 06 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. Ayrı yaşadıqları üçün uşaqlar İddiaçı himayəsindədir. Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ilk ailə münasibətlərindən 2 uşağı, 2-ci ailə münasibətindən 2 uşağı olmaqla ümumilikdə 4 uşağı olduğunu, 250 manat əmək haqqı aldığını, Balakən rayon Məhkəməsinin xx xxxxxx 2015ci il tarixli qətnaməsi ilə xx xxxxx 2009-cu ildə doğulmuş X5 və xx xxxxxxxx 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 50 manat cəmi 100 manat sabit pul məbləğində alimentin ondan tutulub X8 verildiyini, aylıq əmək haqqısından başqa gəliri olmadığı üçün alimenti ödəməkdə çətinlik çəkdiyini və xx xxxx 2017-ci il təvəllüdlü X9 və 06 avqust 2013-cü il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa 50 manat olmaqla, cəmi 100 manat aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atalarından ayrı olaraq anaları ilə birlikdə yaşamalarını və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini, cavabdehin ilk ailə münasibətindən də 2 uşağı olmasını və məhkəmə qətnaməsi ilə onlarında saxlanılması üçün aliment təyin edilməsi nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, xx xxxxxx 2013-cü ildə X7 və xx xxxxxx 2017-ci ildə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2013-cü il təvəllüdlü X7 və xx xxxxxx 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar