Məhkəmə qərarları › İş №2(043)-1208/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1208/2020

04.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1208/2020 04.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment və uşağın 3 yaşına çatanadək hər ay 100 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci ildə Amar və xx.xx.2002-ci ildə Muraz adlı uşaqları olmuşdur. Uşaqlarından Muraz yetkinlik yaşına çatmışdır. Cavabdeh uzun illərdir ki, ailəsinin qayğısına qalmır, uşaqların saxlanılmasıüçün heç bir köməklik göstərmir. Son vaxtlar Rusiya Federasiyasına pul qazanmaq üçün gedir.Hazırda uşaqları Amar körpə olduğu üçün heç bir işlə məşğul ola bilmir. Maddi vəziyyəti ağır olduğu üçün uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeş uşağın saxlanmasında heç bir köməklik etmir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddiaya dair etirazı yoxdur və təmin olunmasına etiraz etmir, aliment kəsilərlə imkanı olacaq ödəyəcək, imkanı olmayacaq ödəməyəcəkdir. Belə də ki, imkanı yoxdur aliment ödəməyə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işəəlavəedilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı 217974 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2018-ci ildə Amar adlı uşaqları anadan olmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Gəncəşəhəri, Kəpəz rayonu, X8 187 KM-da qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2002-ci ildə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2002-ci ildə Muraz və xx.xx.2018-ci ildə Amar adlı uşaqları andan olmuşdur. Uşaqlardan Muraz yetkinlik yaşına çatmışdır. Tərəflərin ailə münasibtləri baş tutmadığından ayrılmışlar, azyaşlı Amar iddiaçının yanında qalmışdır. Cavabdeh keçən müddət ərzində azyaşlı uşağı Amarın saxlanmasına maddi cəhətdən köməklik etmədiyindən iddiaçı məkəmədə iddia qaldıraraq cavabdehin azyaşlı uşağının saxlanmasına cəlb edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə qazansı olacağı təqdirdə alimenti ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinəəsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinəəsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “X4”Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinəəsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağıöz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş “X4” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adıçəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki vəəqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X5 Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının vəƏsas X2 Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunmasıüçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı mötəbər sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ölkəüzrə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edildiyindən və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğundan, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasınıəsas tutaraq, habelə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiqdir. İddia tələbinin 3 yaşınadək uşağa qulluq etməsinə görə hər ay 100 manat alimentin iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad maddi cəhətdən bir-birinə kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı 3 yaşınadək uşağa qulluq etməsinə görə hər ay 100 manat alimentin tutulmasını tələb etsə dəöz tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx xxxxxx 2018-ci ildə anadan olmuş Amarın yetkinlik yaşına çatana kimi saxlanmasıüçün xx xxxxxx 2020-cı ildən başlayaraq cavabdeh X1 hər ay 160 (bir yüz) manat məbləğində aliment və iddiaçının 3 yaşınadək uşağa qulluq etməsinə görə hər ay 50 manat olmaqla, cəmi:- 210 manat aliment tutularaq İddiaçı xeyrinəödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzindəödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki işüzrə Cavabdeh oğlundan dövlət rüsumu hesabına 30,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddiaqismən təminedilsin. xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci ildən başlayaraq Cavabdeh hər ay 160 ( bir yüz altmış) manat sabit pul məbləğində aliment və uşağın 3 (üç) yaşına çatana kimi saxlanılmasıüçün 50 (əlli) manat sabit məbləğində pul tutularaq İddiaçı xeyrinəödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30,0 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar