Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1220/2020 12.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı « aliment» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 oktyabr 2016-cı il tarixdə anadan olmuş x1 və 15 iyul 2019-cu il tarixdə anadan olmuş İbrahimov Şöhrət Elçin oğlunun saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat aliment, birgə nikahdan 3 yaşınadək uşağa baxdığı üçün hər ay mənə 100 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 dekabr 2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onun Cavabdeh ilə birgə nikahdan 2 uşaqları anadan olmuşdur: 24 oktyabr 2016 təvəllüdlü x2, 15 iyul 2019 təvəllüdlü İbrahimov Şöhrət Elçin oğlu. Cavabdehlə faktiki ayrılmışlar. Birgə nikahdan anadan olan uşaqlar onun himayəsində yaşayır. Cavabdeh fərdi əməklə məşğuldur, qazancı qeyrimüntəzəm və dəyişkəndir. Xeyli gəlir əldə etməyinə baxmayaraq, uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. O isə heç bir yerdə işləmir. Heç bir yerdən qazanc əldə etmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini, 24 oktyabr 2016-cı il tarixdə anadan olmuş x1 və 15 iyul 2019-cu il tarixdə anadan olmuş İbrahimov Şöhrət Elçin oğlunun saxlanması üçün hər ay uşaqlar yetkinlik yaşına çatana qədər hər uşaq üçün 250 manat, onun özünə isə 15 iyul 2019-cu il tarixdə anadan olmuş İbrahimov Şöhrət Elçin oğlunun 3 yaşınadək saxlanılması 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir və hər ay 100-150 manat sabit pul məbləğində aliment ödəyə bilər. Əlavə olaraq məhkəməyə arayış təqdim edərək bildirdi ki, hazırda Gəncə lokomotiv deposunda maşinist-köməkiçi işləyir aylıq gəliri dəyişkən olmaqla 300 manat civarındadır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş AZ-İİ seriyal, 973615 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Samux rayon qeydiyyat şöbəsində 18.12.2015-ci il tarixdə akt qeyd nömrəsi 1219 olan nikah bağlanmışdır. İşə əlavə edilmiş AZ-İİİ 959192 nömrəli doğum haqda şəhadətnamənin surətindən görünür ki, x2 24 oktyabr 2016-cı il tarixdə dünyaya gəlmiş, onun atası Cavabdeh, anası isə İddiaçıdır. İşə əlavə edilmiş AZ-İİİ 310318 nömrəli doğum haqda şəhadətnamənin surətindən görünür ki, İbrahimov Şöhrət Elçin oğlu 15.07.2019-cu il tarixdə dünyaya gəlmiş, onun atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları doğulmuşdur, aralarında olan narazılığa görə tərəflər faktiki olaraq bir yerdə yaşamırlar, lakin aralarında olan nikah pozulmamışdır. Uşaqlardan İbrahimov Şöhrət Elçin oğlu 3 yaşına çatmamışdır, uşaqların hər iki hazırda anasının yanında yaşayırlar. Cavabdeh uşağların saxlanılmasında iddiaçıya köməklik göstərmədiyindən, iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda işə baxılarkən iddiaçı cavabdehin daimi yüksək qazanc əldə etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh isə qazancının dəyişkən olmasını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu, iddiaçının tələb etdiyi aliment məbləğini, Cavabdeh daimi yüksək qazancının olmasını təsdiq edən sübutun təqdim edilməməsini və valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, 24 oktyabr 2016-cı il təvəllüdlü x1 və 15 iyul 2019-cu il təvəllüdlü İbrahimov Şöhrət Elçin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 125 manat olmaqla cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment, həmçinin iddiaçının 3 yaşınadək uşağa baxdığı üçün işləmək imkanları məhdud olduğundan İbrahimov Şöhrət Elçin oğlunun 3 yaşına çatanadək İddiaçı görə 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 13 fevral 2020-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2.-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 24 oktyabr 2016-cı il təvəllüdlü x1 və 15 iyul 2019-cu il təvəllüdlü İbrahimov Şöhrət Elçin oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 125 manat olmaqla cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh15 iyul 2019 təvəllüdlü İbrahimov Şöhrət Elçin oğlunun 3 yaşı tamam olanadək İddiaçı üçün 50 (əlli) manat aliment tutulub, İddiaçı verilsin. Aliment tutulması 12 fevral 2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1220/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1220/2020
12.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver