Məhkəmə qərarları › İş №2(043)-1241/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1241/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1241/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti, Gəncə şəhəri 4 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1rşı iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti, Gəncə şəhəri 4 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 06M000000237 saylı ipoteka müqaviləsinin və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qeyri-müəyyən tələb irəli sürülməklə verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsində ipoteka müqaviləsinin və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi irəli sürülmüşdür. İpoteka müqaviləsindən irəli gələn hüquqi nəticələrin mümkün dairəsi kifayət qədər geniş olmaqla iddiaçının məhz hansı hüquqi nəticənin və hansı əsasla ləğv edilməli olması iddia ərizəsindən görünmür. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(043)-353/2018 saylı qətnaməsi ilə mübahisələndirilən ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilmişdir. Qətnamənin özü, eyni zamanda həmin qətnamə üzrə aparılmış icra hərəkətləri də ipoteka müqaviləsinin hüquqi nəticələrindən olduğundan dolayısı ilə iddiaçının qətnamənin və onun əsasında həyata keçirilmiş icra hərəkətlərinin ləğv edilməsini də tələb etməsini qəbul etmək lazım gələcəkdir. Qeyd olunan tələblərə isə iddia icraatı qaydasında baxılması mümkün deyildir. Məhkəmə iddiaçıya izah edir ki, tələbinin məhz nədən ibarət olmasını və hansı əsaslarla irəli sürülməsini dəqiqləşdirərək məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti, Gəncə şəhəri 4 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X2rşı “ipoteka müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar