Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1261/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 13.08.2013-cü ildə anadan olmuş X1 və 26.03.2015-ci ildə anadan X2 onun yanında qalmalarına və yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin yalnız alimentin tutulması hissəsində təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh ilə el adəti ilə evlənmişlər lakin nikahlarını rəsmiləşdirməmişlər. Cavabdehlə birgə ailə münasibətlərindən 13.08.2013-cü il təvəllüdlü oğlu X4 və 26.03.2015-ci il təvəllüdlü qızı X5 anadan olmuşdur. Cavabdeh uşaqlarının hər ikisinin ataları hesab edilmişdir. Cavabdehlə münasibətləri kəskinləşmişdir. Hal-hazırda 1 ildir ki, ayrı yaşayırlar. Cavabdeh uşaqların atası olaraq uşaqları saxlamağa borcludur. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, bir ata kimi məsuliyyətini dərk edir, uşaqlarının saxlanılmasına köməklik edəcəkdir. Hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 223305 və AZ-İ 252026 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, İddiaçı 13.08.2013-cü il tarixdə doğulmuş Meracın və 26.03.2015-ci il tarixdə doğulmuş Aytacın atası Cavabdeh hesab edilmişdir. AZ-İİİ 224637 seriylı və AZ-İİİ 468849 seriyalı doğum haqqında şəhadətnamələrin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, tərəflərin 15.08.2013-cü ildə Merac və 26.03.2015-ci ildə Aytac adlı uşaqları anadan olmuşdur. 02.03.2022-ci il tarixli MŞG/1-00414 seriyalı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 02.03.2022-ci il tarixə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 13.08.2013-cü ildə anadan olmuş X3 və 26.03.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 05.04.2022-ci ildən başlayaraq Cavabdeh oğlundan hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Göründüyü kimi cavabdeh uşaqların saxlanmasında maddi cəhətdən kömklik etmədiyi üçün iddiaçı məcbur olub məhkəməyə müraciət edərək cavabdehin uşaqların saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. «X6» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193,0 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq habelə uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, təhsil və məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh oğlundan dövlət rüsumu hesabına 58,40 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 13.08.2013-cü ildə anadan olmuş X1 və 26.03.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 05.04.2022-ci ildən başlayaraq Cavabdeh oğlundan hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 58,40 (əlli səkkiz manat 40 qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1261/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1261/2022
18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver