Məhkəmə qərarları › İş №2(043)-1284/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1284/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1284/2020 08.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağın mənşəyinin müəyyən edilməsi edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmayaraq ərarvad kimi yaşayaraq ailə qurmuşdular. Cavabdehlə birgə yaşayışlarından bir övladları xx.xx.2013cü il təvəllüdlü Cavabdeh doğulmuşdur. Cavabdehlə əvvəllərdə ayrılmalar olmuşdur. Lakin o övladının xatirinə cavabdehlə hər dəfə barışmalı olmuşdur ki, ailəsi dağılmasın. Cavabdeh bütün bunlara baxmayaraq yenidən ailədə yersiz mübahisələr yaratmış və həmin dava-dalaşların, sözsöhbətlərinin nəticəsi olaraq onlar hazırda yenidən ayrılmalı olmuşdular. Hazırda artıq yeddi ildir ki, cavabdehlə o faktiki ayrılmışdılar və ayrı yaşayırlar. Azyaşlı övladı onun himayəsində yaşayır. Cavabdeh ayrıldıqdan sonra o və onun himayəsində olan azyaşlı övladlarına heç bir maddi köməklik göstərmir, özərinə düşən valideynlik borcunu yerinə yetirmir və bu məsuliyyətindən yayınır. Hesab edir ki, cavabdeh uşağın saxlanılmasında maddi cəhətdən ən azı şərik olmalıdır və aliment ödəməlidir. “Yaşayış Minimumu” haqqında Azərbaycan Respublikası qanununa əsasən, ölkə ərazisində 2020-ci il üçün uşaqlar üçün yaşayış minumumu 170 manat məbləğində, miqdarında müəyyən edilmişdir. Cavabdehin maddi vəziyyəti hazırda yaxşıdır və ona da məlumdur ki, cavabdeh qarabağ veteranıdır, 450 manat məbləğində prezident təqaüdü alır. O isə hazırda xadimə işləyir, aldığı əmək haqqı çox azdır. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı iddia irəli sürmüş və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 mənşəyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Göyüşova Mətanət Tapdıq qızı nikahdan doğulmuş Umudun saxlanılması üçün ondan 150 manat alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı aliment tələbi ilə razı deyil. Belə ki, Umudun onun övladı olmağı onu sübhələndirir. Dəfələrlə bu haqqda onun şübələri olmuşdur, lakin bu dəfə qəti şəkildə uşağın onun övladı olmağına inanmır. Uşaq onun övladı olduğu təqdirdə maddi vəziyyəti imkan verdiyi həddə aliment ödəyə bilər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda izahat verərək ilk iddia tələbini müdafiə edərək tam təmin edilməsini və qarşlıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirdi ki, hazırda uşağın öz övladı olması ilə bağlı şübhələri yoxdur, lakin iddiaçının tələb aliment məbləği olduqca yüksəkdir. Onun pensiya kartı hazırda M.Göyüşovdadır və onun təqaüdünü hər ay iddiaçı alır. Uşağın saxlanılması üçün hər ay 100 manat aliment ödəməyə imkanı çatar. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 226829 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2013cü il tarixdə 236 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayışdan Cavabdeh DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində 1-ci qrup əlliliyinə 266,18 manat pensiya alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayışdan Cavabdeh DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində 1-ci qrup əlliliyinə görə müddətsiz ayda 50 manat prezident təqaüdü təyin edilmiş və qanuna müvafiq ödəniş aparılır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Cavabdeh xx.xx.2013-cü ildə doğulmuş X1 X1 atası olması tərəflərin birgə ərizəsi əsasında müəyyən edilmiş və bu barədə şəhadətnamə verilmişdir. Cavabdeh uşağın atası olmasını mübahisələndirdiyindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə xx xxxx 2020-cu il tarixli qərardadına əsasən Cavabdeh xx.xx.2013-cü ildə doğulmuş X1 atası olubolmamasının müəyyən edilməsi üçün məhkəmə tibbi-genetik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 məhkəmə tibbi biologiya şöbəsinin 9/855 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə qərardad icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Qərardadın icra edilməməsinin səbəbi kimi ekspertizanın keçirilməsi üçün təyin olunmuş gündə İddiaçı uşaqla birlikdə şöbəyə gəlməsinə baxmayaraq Cavabdeh gəlməməsi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cavabdeh işin həqiqi hallarının müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsində iştirak etməkdən heç bir üzrlü səbəb olmadan yayınmaqla ekspertizanın keçirilməsinə mane olmuşdur. Cavabdeh tədqiqat üçün nümunənin götürülməsi zəruri olduğundan, onun iştirakı olmadan ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçının məhkəmə iclasında faktiki olaraq öz iddiasını müdafiə etməməsini nəzərə alaraq qarşılıqlı iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğini, tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Cavabdeh təklif etdiyi miqdarda alimentin tutulması uşağın mənafeyinə ziddir və onun minimum dolanacaq xərclərinin ödənilməsi üçün yetərli deyildir. Buna görə də iddia aliment tələbi hissəsində qismən təmin olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləği ilə aliment tutularaq, İddiaçı verilməli, alimentin tutulması məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçıödənilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar