Məhkəmə qərarları › İş №2(043)-1322/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1322/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1322/2021 07.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2018-ci ildə anadan olmuş X3 və xx.xx.2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq onun xeyirinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə ailə qurmuşlar, nikahlarını xx.xx.2018-ci il tarixdə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2018-ci ildə Nihad və xx.xx.2020-ci ildə İnci adlı uşaqları anadan olmuşdur. Cavabdeh hərbi qulluqçudur, övladları ilə onu atıb getmiş və ailəsi ilə maraqlanmamışdır. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 iddianı qəbul edərək izahatında göstərdi ki, cavabdeh onun oğludur. Belə ki, cavabdehin birinci nikahından da bir uşağı vardır və həmin uşağa görə də aylıq qazancının ¼ hissəsi miqdarında aliment ödəyir. Bununla yanaşı hazırki uşaqlarına da qanunla müəyyən olunmuş qaydada aliment kəsilməsinə etiraz etmirlər. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(043)- 5067/2017 nömrəli qətnaməsi üzrə tələbkar X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və ona məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-284666 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində 1588 nömrə ilə qeydə alınmışdır. AZ-İV 126757 nömrəli və AZ-İV 457673 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə Nihad və xx.xx.2020-ci ildə İnci adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5067/2017 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh azyaşlı Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə iki uşağa görə-qazancın (və ya başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2018-ci ildə anadan olmuş X3 və xx.xx.2020ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay aylıq gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X3 və xx.xx.2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay aylıq gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İş üzrə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar