Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1431/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “İpoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı kimi ünvan 1rgilər Nazirliyinin İnternet Vergi İdarəsinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh ASC-nin hüquqi ünvanı ünvan 2ki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlak Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşsə də, mübahisə predmeti həmin daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə dair müqavilənin ləğv edilməsi və mülki əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı olduğundan, eləcə də Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1431/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1431/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver