Məhkəmə qərarları › İş №2(043)-1433/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1433/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1433/2020 20.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərraz Mərkəzi MMCyə, ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi idarəsinə və Cavabdeh1 ASC-yə qarşı hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərraz Mərkəzi MMCyə, ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi idarəsinə və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus fərdi yaşayış evinin Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 28/01 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin və həmin hərracın yekunların etibarsız hesab edilməsinə və ona məxsus ünvan 1 nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx xxxxxx 2015-ci il tarixli, GNC -2139-ip nömrəli ipoteka müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçın Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərraz Mərkəzi MMC-yə, ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi idarəsinə və Cavabdeh1 ASC-yə qarşı hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.6, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərraz Mərkəzi MMC-yə, ƏMDKYda DƏDRX-nin 3 saylı Ərazi idarəsinə və Cavabdeh1 ASC-yə qarşı hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X1 Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar