Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1468/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ümumi övladları olan 27 yanvar 2016-cı il tarixdə anadan olmuş X2 üçün hər ay sabit pul məbləği ilə 250 (iki yüz əlli) manat alimentin cavabdehdən tutulub ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 11 aprel 2015-ci ildə el adəti ilə evlənmiş, 12 noyabr 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bu nikadan 27 yanvar 2016-ci il tarixdə X15 qizi adlı bir övladları dünyaya galmişdir. Lakin, nikahları davam etdirmək mümkün olmamış, cavabdehlə ayrılmışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2016-ci il tarixli qətnaməsi ilə 27 yanvar 2016-ci il tarixdə anadan olmuş qızları X2 üçün cavadehin əmək haqqısının 1/4 hissasi miqdarinda alimentin tutulması qət edilmişdir. Daha sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladları Sevda onun yanında saxlanmışdır. Lakin, məsələ burasındadır ki, cavabdeh 2021-ci ilin oktyabrından etibarən rəsmi işindən azad edildiyinə görə həmin vaxtdan da o, aliment ala bilmir. Cavabdeh işdən çıxmasını bəhanə edərək orta aylıq əmək haqqının hissəsi kimi də olsa alimenti ödəmir. Buna görə də olduqca çətin maddi vəziyyətlə üz-üzə qalmışlar. Qızının 6 yaşı var və məktəbə qədər hazırlıq sinfində oxuyur. Uşaq kiçik olduğu üçün işləyə bilmir. Cavabdeh isə öz övladının saxlanması üçün alimenti ödəmir. Həmçinin onun qazancı hazırda qeyrimüntəzəmdir və aliment onun qazancından hissə kimi tutula bilmir. Ona görə də sabit pul məbləği ila alimentin tutulması daha məqsədəuyğundur. Bu tələblə çıxış edərək yeni qanunvericiliyə əsasən məhkəmədən əvvəl mediasiyaya müraciət etmişdir. Lakin, cavabdehlə razılığa gələ bilməmişlər. Beləliklə, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Həmin arayışı və ilkin mediasiyanın keçirilməsi üçün tələb olunan xərcin ödənməsi barədə qəbzi iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi üzrə təyin edilmiş alimentin dəyişdirilməsi və hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ümumi övladları olan 27 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləği ilə 250 (iki yüz əlli) manat alimentin ondan tutulub verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia ərizəsi əsassızdır. Ona görə də sözügedən iddia ərizəsinə etirazını bildirmək istəyir. İlk növbədə bildirmək istəyir ki, İddiaçı ilə 2015-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 27 yanvar 2016-cı il tarixində X8 dünyaya gəlmişdir. Lakin, sonradan şəxsi münasibətlərlərinin kəskinləşməsi səbəbindən nikahları məhkəmə qaydasında pozulmuşdur. Buna qədər isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən uşağın saxlanılması üçün hər ay ümumi gəlirimin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Həmin vaxt onun daimi iş yeri olmaqla hərbidə işləmişdir. Təyin olunmuş alimenti də artıqlaması ilə ödəmişdir. Lakin, 2-ci Qarabağ müharibəsində xəsarət almış və bundan sonra hərbi xidmətdən ehtiyata buraxılmalı olmuşdur. Hazırda veteranlığa görə ayda cəmi 80 manat müavinət alır. Aldığı müavinətdən başqa heç bir yerdən gəliri yoxdur. Üstəlik 2017-ci ildə nikahları pozulduqdan sonra yenidən rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. 2ci nikahlarından hazırda 2 övladı vardır. Ailəsinin maddi durumu çox ağırdır. Heç yerdən gəliri yoxdur. Sağlamlığın da çox ciddi problemlər var və demək olar ki, əmək qabiliyyəti yoxdur. Hazırda da xəstəxanada müalicə alır. Lakin başa düşür ki, uşağın saxlanılması üçün aliment ödəməlidir. Hazırda xəstəliyi səbəbindən işləyə bilməsə də müalicə alır. Sağlamlığı bir qədər düzəldikdən sonra isə işləyərək yenidən maksimum dərəcədə aliment ödəməyə çalışacaqdır. Odur ki, iddianın qismən təmin olunması, yəni qızı Sevdanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin ondan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X9 cavabdeh ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 814291 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 27 yanvar 2016-cı il təvəllüdlü X8 doğulmuşdur. Valideynləri – atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(044)-2545/2017 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İbrahimova (Quliyeva) Əzizə Əziz qızı ilə arasında 12.11.2015-ci il tarixdə Gəncə-Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 2323 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra 27.01.2016-cı il tarixdə anadan olmuş X8 anası İbrahimova (Quliyeva) Əzizə Əziz qızının yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(044)-5523/2016 nömrəli qətnaməsindən görünür ki, 27 yanvar 2016-cı il tarixdə anadan olmuş X6 yetkinlik yaşma çatanadək saxlanması üçün 24 avqust 2016-cı il tarixdən başlayaraq, cavabdeh X4 əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 22.09.2021-ci il tarixli, №2021-002053 nömrəli arayışdan görünür ki, İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətiərindən irəti gətən “aliment” tələbinə dair mübahisə üzrə 22.09.2021-ci it tarixdə, saat 17:00-da Gəncə şəhəri H.Əliyev pr. 509 ünvanında mediator X11 tərəfindən keçiritən “ilkin mediasiya sessiyası”nda iştirak etmişlər. Lakin, tərəflər itkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbut etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respubtikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixti 308 nömrəti Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstəritməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Sevda adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Həmin uşaq hazırda iddiaçının himayəsində yaşayır. İddiaçı bundan əvvəl cavabdehə qarşı “aliment” tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, həmin tələbdə alimentin cavabdehin qazancının müəyyən hissəsi şəklində tutulması xahiş olunmuş və iddia tələbi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(044)-5523/2016 nömrəli qətnaməsi ilə cavabdehin daimi qazanc əldə etdiyi iş yeri olduğundan onun qazancının ¼ (dörddə bir) hissəsi miqdarında tutulması qət edilmişdir. Hazırda isə cavabdeh əvvəl işlədiyi iş yerində (hərbiçi) işləmədiyindən, alimentin tutulmasının icra edilməsi mümkünsüz olmuşdur. Bu səbəbdən iddiaçı cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsini və sabit pul məbləğində tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqların saxlanılması üçün valideynlərdən tutulan aliment onların qazancının və başqa gəlirlərinin hissəsi ilə müəyyən edilir. Bu qaydada kənara çıxmağa yalnız Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda və alimentin sabit pul məbləği ilə tutulmasına dair tələb edən şəxsin xahişi olduqda yol verilir. Beləliklə, qanunvericilikdə alimentin sabit pul məbləği ilə tutulmasının əsası kimi tələb edən şəxsin xahişinin olması mütləqdir. Hazırda iddiaçı alimentin sabit pul məbləği ilə tutulmasını istədiyi üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən tərəflərin birgə yaşayışlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 nömrəli Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(044)- 5523/2016 qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 27 yanvar 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1468/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1468/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver