Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1580/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun iclas katibliyi, İddiaçı MMC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx xxxx 2018-ci il tarixli, 1046.B nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsinə, 1 ədəd Changan Eado minik markalı, 2014-cü buraxılış ili, tipi sedan, rəngi ağ, dövlət qeydiyyat nişanı 99AF543 olan minik avtomobilini Cavabdeh2 alınıb İddiaçı MMC-yə təhvil verilməsinə, həmin müqaviləyə görə cavabdehlərdən müştərik qaydada 1892 (bir min səkkiz yüz doxsan iki) manat 4 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1% miqdarında 30 (otuz) günə görə 141 (bir yüz qırx bir) manat, qalan 90 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 851 (səkkiz yüz əlli bir) manat (120 günə görə 992 manat cərimə borcu) cəmi: 2884 (iki min səkkiz yüz səksən dörd) manat borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun tutularaq xeyrlərinəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilib bütün sübutların təqdim edilib edilməməsi araşdırılarkən iddiaçının nümayəndəsi məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək,iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1046.B №-lialqı-satqı müqaviləsinin ləğv edilməsinə, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6 ay üzrə əsas borc üzrə 2838 (iki min səkkiz yüz otuz səkkiz) manat, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış aylıq ödəniş məbləğin 1 % miqdarında 30 (otuz) günə görə 141 (yüz qırx bir) manat, qalan 150 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 1419 (bir min dörd yüz on doqquz) manat məbləğində pulun və məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxılmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1046.B nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı bir ədəd Changan Eado minik markalı nəqliyyat vasitəsini cavabdehə satmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq avtomobilin dəyəri 16082 manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasəntərəflər ilkin ödənişsiz ümumi dəyəri 34 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 473 manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2021-ci il tarixə müəyyən edilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh2 müqavilə üzrə götürdüyü öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanaraq zamin Cavabdeh1 öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdehlər müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirmədikləri üçün iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmişCavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1046.B saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı- İddiaçı MMC ** AF *** qeydiyyat nişanlı, Changan Eado minik markalı, 2014-ci buraxılış ili, tipi sedan, rəngi ağ olan avtomobili 16082 manat qiymətinə Cavabdeh2 satmışdır. xx.xx.2020-ci il tarixli H/55 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə 2019-cu ilin oktyabr-2020-ci ilin mart ayları üzrə əsas borcu 2838 (iki min səkkiz yüz otuz səkkiz) manat, hər gecikdirilən günə görə hesablanmış aylıq ödəniş məbləğin 1% məbləğində 30 günə görə 141 manat və qalan 150 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 1419 (bir min dörd yüz on doqquz) manat təşkil edir. xx.xx.2018-ci il tarixli, 1046.B.1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMC ilə borclu Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə öhdəliyi öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixli əsas ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 99AF543 qeydiyyat nişanlı avtomobil üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi aylıq 473 manat ödəməyi öz öhdəsinə götürmüşdür. AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,Changan Eado minik markalı, 99AF543 qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. xx.xx.2020-ci il tarixli pretenziyalardan görünür ki, cavabdehlərə müqavilə üzrə öhdəliyin icra olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki,ddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesa edir ki, 150 günə görə gecikdirilmiş hər gün üzrə gecikmə məbləğinin 2% 1419 (bir min dörd yüz on doqquz) manatın tutulması cavabdehlərin əmlak vəziyyətinin ağırlaşmasına səbəb olduğundan qismən, 419 manat məbləğində təmin olunmalıdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda 2838 (iki min səkkiz yüz otuz səkkiz) manat əsas borc, hər gecikdirilən günə görə hesablanmış aylıq ödəniş məbləğin 1% məbləğində 30 günə görə 141 manat və qalan 150 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 419 (dörd yüz on doqquz) manatcavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün tərəflər arasında bağlanmış, xx xxxx 2018-ci il tarixli, 1046.B nömrəli alqı-satqı müqaviləsi ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. İddiaçı MMC ilə cavabdeh Cavabdeh2 arasında bağlanmış 12 iyul 2018-ciiltarixli, 1046.B nömrəli alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 1046 B nömrəli alqı-satqı müqaviləsi üzrə 2838 (iki min səkkiz yüz otuz səkkiz) manat əsas borc, hər gecikdirilən günə görə hesablanmış aylıq ödəniş məbləğin 1% məbləğində 30 günə görə 141 manat və qalan 150 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2%-i 419 (dörd yüz on doqquz) manat,cəmi 3398,00 (üç min üç yüz doxsan səkkiz) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1580/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1580/2020
23.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver