Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-171/2020 17.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh İlkin Azər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh İlkin Azər oğluna qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh İlkin Azər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi 1-ci döngədə yerləşən 37 nömrəli evin paylı mülkiyyətlərində olan 2 nömrəli mənzilinin naturada bölünməsinə, yəni sahəsi 18.7 kvm, 18.7 kvm iki yaşayış otağından, sahəsi 12.5 kvm mətbəxdən, sahəsi 17.2 kvm dəhlizdən və sahəsi 3.8 kvm hamamdan ibarət hissəsinin onun, sahəsi 26.6 kvm, 11.6 kvm və 18.7 kvm üç yaşayış otağından, sahəsi 13.5 kvm mətbəxdən ibarət hissəsinin İlkin Azər oğlunun istifadəsində saxlanılmaqla naturada bölünmüsinə və hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasının aidiyyatı üzrə dövlət orqanına həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi 1-ci döngədə yerləşən 37 nömrəli evin 2 nömrəli mənzili cavabdehlə paylı mülkiyyətlərində olmaqla, hazırki vəziyyətdə mənzilin 18.7 kvm, 18.7 kvm iki yaşayış otağından, sahəsi 12.5 kvm mətbəxdən, sahəsi 17.2 kvm dəhlizdən və sahəsi 3.8 kvm hamamdan ibarət hissəsi onun, sahəsi 26.6 kvm, 11.6 kvm və 18.7 kvm üç yaşayış otağından, sahəsi 13.5 kvm mətbəxdən ibarət hissəsi İlkin Azər oğlunun istifadəsindədir. Lakin cavabdehlə paylarının naturada bölünməsinə dair öz aralarında qarşılıqlı razılığa gələ bilməmişlər. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh İlkin Azər oğlu iddianı qəbul edərək göstərdi ki, əvvəl aralarında müəyyən anlaşılmamazlıq olduğu üçün qarşılıqlı razılığa gələ bilməmişlər. Hazırda paylarının ekspert rəyinə uyğun naturada bölünməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-in Gəncə 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinəəsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-in Gəncə 3 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş:-Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, 1-ci döngədə yerləşən 37 nömrəli evin 2 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı və İlkin Azər oğluna məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.05.2020-ci il tarixli 25586 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, 1-ci döngə, 37 saylı evin, 2 saylı mənzili təcrid şəkilində faktiki istifadə olunan qaydada 2 (iki) hissəyə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-un 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və Məhkəmə Tikinti –x1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. MM-in 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.(MM.mad. 220.1,220.2,220.3) Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu Qurtuluş küçəsi, 1-ci döngə, 37 saylı evin, 2 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı vəİlkin Azər oğluna məxsusdur. Paylı mülkiyyətçilərdən İddiaçı paylı mülkiyyətdə olan payının naturada ayrılmasını istəsə də digər paylı mülkiyyətçi ilə öz aralarında qarşılıqlı razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət edərək payının naturada ayrılmasını tələb etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar hazırki işdə mövcud olmaqla bu hallar Mülki Məcəllənin 220-ci maddəsinə uyğun olaraq iddianın təmin edilməsi üçün əsaslı olduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi 1-ci döngə 37 nömrəli evin, 2 nömrəli mənzili tərəflərin faktiki istifadə etdiyi qaydada təcrid şəkildə bölünməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaitinin 50 (əlli) manatı iddiaçı Hüseynov Könül Cümşüd qızından, 50 (əlli) manatı isə cavabdeh İlkin Azər oğlundan alınaraq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi 1-ci döngə 37 nömrəli evin, 2 nömrəli mənzili tərəflərin faktiki istifadə etdiyi qaydada təcrid şəkildə bölünsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaitinin 50 (əlli) manatı iddiaçı Hüseynov Könül Cümşüd qızından, 50 (əlli) manatı isə cavabdeh İlkin Azər oğlundan alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-171/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-171/2020
17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver