Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1710/2021 19.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 27.10.2012-ci ildə anadan olmuş X2 və 07.01.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2011-ci ildən 2016-ci ilədək birgə ailə münasibətlərində olmuşlur. Birgə yaşadıqları müddətdə 27.10.2012-ci ildə X4 və 07.01.2016-cı ildə X3 anadan olmuşdurlar.Cavabdehlə ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Uşaqların hər ikisi onun yanında qalmışdır. Cavabdeh uşaqların saxlanması üçün maddi cəhətdən köməklik etmir. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul edərək izahatında göstərdi ki, bir ata kimi uşaqların saxlanılmalarında vəzifələrini və məsuliyyətini dərk edir. Hər ay hər uşaq üçün 50 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 215648 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh oğlu 27.10.2012-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. AZ-İ 302795 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh oğlu 07.01.2016-cı ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. AZ-İİİ 028856 nömrəli və AZ-İİİ 718323 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 27.10.2012-ci ildə anadan olmuş Damlanın və 07.01.2016-cı ildə anadan olmuş Yağmurun atası Cavabdeh oğlu kimi qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin 27.10.2012-ci ildə Damla və 07.01.2016-cı ildə Yağmur adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar. Azyaşlı uşaqları iddiaçının yanında qalmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh uşağın qayğısına qalmamış, onun saxlanmasında maddi cəhətdən köməklik etməmişdir. Cavabdeh isə iddianı qəbul edərək uşaqların saxlanılmasında hər ay hər uşaq üçün 50 manat ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, 27.10.2012-ci ildə anadan olmuş X2 və 07.01.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 21.04.2021-ci ildən başlayaraq Cavabdeh oğlundan hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh oğlundan dövlət rüsumu hesabına 30,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 27.10.2012-ci ildə anadan olmuş X2 və 07.01.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 21.04.2021-ci ildən başlayaraq Cavabdeh oğlundan hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İş üzrə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh oğlundan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1710/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1710/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver