Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1752/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı qızının cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı «ipoteka predimenti olan fərdi yaşayış evin ilkin satış qiymətinin bu gün ki günə müyyən edilməsi üçün qiymətləndirici dəvət edilərək fərdi yaşayış evinin real qiymətinin müəyyən edilməsi» tələbinə dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı qızı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı «ipoteka predimenti olan fərdi yaşayış evin ilkin satış qiymətinin bu günkü günə müyyən edilməsi üçün qiymətləndirici dəvət edilərək fərdi yaşayış evinin real qiymətinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 2014-cü ildə ipoteka ilə yüklü edilən zaman evimin ilkin satış qiymətinin 53.000 (əlli üç min) manat qiymətləndirməsinin ləğv edilməklə mülkiyyətində olan fərdi yaşayış evimin bu günkü günə real bazar qiymətinin müəyyənləşdirilməsi üçün qiymətləndirici dəvət edilməklə sözügedən evin bugünkü günə real qiymətinin müəyyənləşdirilməsi və həmin evin hərraca çıxarılan zaman ilkin satış qiymətinin yeni qiymətlə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsini yoxlayarkən müəyyən edilmişdir ki, iddia tələbində qeyri-müəyyənlik olmaqla, cavabdehlərin hər birinə qarşı yönələn tələbi müəyyən etmək mümkün deyil, iddia tələbi əsaslandırılmamış və tələbin əsasını təşkil edən sübutlar iddia ərizəsinə əlavə edilməmiş, bununla da ərizənin forma məzmuna dair tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3.-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.4.-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Əlavə olaraq iddiaçının diqqətinə çatdırılır ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi barədə işə məhkəmədə baxılarkən mübahisələdirilə bilər. Əgər ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilmişdirsə, həmin qətnamədən apelyasiya şikayəti verilməklə ipotekanın yenidən qiymətləndirilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbinin cavabdehlərə aidiyyətinin olmasını, iddiaya cavab verməli olan şəxsləri iddia ərizəsindən müəyyən etmək mümkün olmadığı kimi, iddia tələbində bununla bağlı hər hansı bir dəlil irəli sürülməmiş və əsaslandırılmamışdır. Bununla da iddiaya cavab verməli olan şəxsi müəyyən etmək və tələbin göstərilən cavabdehlərə yönəlməsini müəyyən etmək mümkün deyildir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdim: İddiaçı qızının cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı «ipoteka predimenti olan fərdi yaşayış evin ilkin satış qiymətinin bu günkü günə müyyən edilməsi üçün qiymətləndirici dəvət edilərək fərdi yaşayış evinin real qiymətinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1752/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1752/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver